ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 4,07 Mb.
səhifə38/39
tarix14.06.2018
ölçüsü4,07 Mb.
#48866
1   ...   31   32   33   34   35   36   37   38   39

İKİNCİ TƏNBEH

«YALAN ANDIN CƏZASI!»


Hacı Rza Nəzəri nəql edir:

Təxminən 1255-ci hicri qəməri ilində həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) pak hərəmində idim. Bir nəfəri düyü oğurluğu ittihamı ilə həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) zirehinin yanına gətirdilər. Ona and verdirmək istəyirdilər. Öz gözlərimlə müşahidə etdim ki, ağzın açıb and içmək istədikdə birdən qorxulu bir səs eşidildi. Belə ki, hamı qorxuya düşdü. Həzrətin zirehi təkan vurdu. O, oğlan zirehdən yuxarı səviyyədə qalxıb üzü üstə bihuş halda yerə düşdü.

Polislər onu qaldırıb dedilər: Nəyə görə həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) qəbri yanında yalandan and içirsən? O, zəif səslə cavab verdi:

Şeytan mənə qələbə çaldı.

O vaxt onu ölümcül halda polis şö`bəsinə apardılar. Çox çəkmədi ki, canını tapşırdı.

ÜÇÜNCÜ TƏNBEH

«QÜRURLU MƏ`MUR ƏBUL FƏZL ABBASIN(Ə) QƏZƏBİNƏ DÜÇAR OLDU!»


Nasirəddin şahın dövründə mə`murlardan biri dükançılardan birindən maliyyət tələb edir. Dükançı bu gün-sabaha salır. Bir gün sübh mə`mur mağazanın müqabilində dayanıb deyir:

Bu gün səndən maliyyət almayınca burdan gedən deyiləm.

Dükançı cavab verir:

Sənə and verirəm həzrət Əbul Fəzl Abbasa(əleyhissalam), məni üzürlü hesab et, imkanım yoxdur!

Məğrur mə`mur cavab verir:

Əgər Əbul Fəzl Abbasın qüdrəti varsa mənim şərrimi səndən uzaqlaşdırsın!

Dükançı ah çəkib deyir:

Ya Əbul Fəzl Abbas! Köməyimə yet!

Dərhal mə`murun atı oynayıb o qədər o tərəf bu tərəfə qaçır ki, onu qaldırıb yerə vurur. Sonra ayaqları ilə mə`muru təpikləməyə başlayır. O da it səsi kimi səs çıxartmağa başlayır.

Əhali gələndə artıq onun üst çənəsi aşağı, alt çənəsi isə qabağa getmişdi. Vəziyyəti çox ağır idi. Çox keçmir ki, bu şəkildə onu ölüm haqlayır.


DÖRDÜNCÜ TƏNBEH

«OĞRU ÖZ OĞURLUĞUNA E`TİRAF ETDİ!»


Höccətul-islam vəl-müslimin hacı şeyx Əli Əkbər Qəhatani nəql edir:

Günlərin birində həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) hərəmindən ötürdüm. Gördüm ərəblər yığışıb bir cavan oğlanı inək oğurluğu ilə ittiham edirlər. Onu and içməkdən ötrü həzrətin hərəminin eyvanına gətirirlər. Hərəmin xidmətçilərindən biri ona dedi:

Əgər inəyi oğurlamısansa e`tiraf et! Həzrətə nahaq yerə and içmə! Bu sənin üçün qorxuludur.

Onu da deyim ki, həzrət Əbul Fəzl Abbas(əleyhissalam) hərəmində and içməyin xüsusi mərasimi var. Müttəhim oğurluğunu inkar edirdisə ona deyilir:

Üç qədəm qabağa get, sonra dala qayıt!

Xadimin nəsihətinə qulaq asmayan cavan bu mərasimi yerinə yetirdi. Sonra həmin yerdə üzünün yarısı əyildi və yerə yıxıldı. Bu hadisə ilə qohumları onun oğru olmasını e`tiraf edirlər. Sonradan ona şəfa verməkdən ötrü həzrət imam Hüseyn (əleyhissalam)-ın pak hərəminə gedirlər. Oğlanı zirehə bağlayılar. Anası ağlar halda İmam (əleyhissalam)-a yalvarmağa başlayır. Bir azdan oğlan yaxşılaşıb oğurluq etdiyini e`tiraf edib, mal sahibindən üzr istəyir.


BEŞİNCİ TƏNBEH

«YA ƏBUL FƏZL ABBAS! QƏLƏT ELƏMİŞƏM!


Höccətul-islam vəl-müslimin hacı şeyx Əsədullah İsmaili nəql edir:

Mən bir nəfər ruhani ilə birlikdə Nəcəfül-Əşrəfdən Kərbəlaya gedirdik. Maşınımız zəvvarları daşıyan maşınlardan idi. Kərbəlaya çatanda Ruhani dedi:

Mən imam Hüseynin (əleyhissalam) ziyarətinə gedirəm, amma həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) ziyarətinə vaxtım yoxdur. Olsa olar, olmasa ki, olmayıb. Çünki, o Həzrət İmam deyil!

O, imam Hüseyn (əleyhissalam)-ın ziyarətindən qayıdıb maşına minmək istədi. Maşın içi dolu halda hərəkətə gəlmişdi. Bə`ziləri maşının üstündə oturmuşdular. Ruhani əlini dəstəkədən tutub maşına minmək istədi. Amma maşın dayanmayıb hərəkətində davam etdi. O nə qədər səslədisə faydası olmadı.....

Ruhani bu səhnəni gördükdə Kərbəlaya tərəf dönüb fəryad çəkdi:

Ya Əbul Fəzl Abbas (əleyhissalam)! Qələt eləmişəm! Bir də belə ədəbsizlik etmərəm. Əgər bir dəfə də Kərbəlaya gəlsəm Sənin ayaqlarından öpməyə gələrəm!

Bu halda maşın irəlidə dayandı və ruhani özünü ona çatdırdı!

ALTINCI TƏNBEH

«ŞEYX! ƏGƏR PEŞİMANSANSA QALX!


Höccətul-islam vəl-müslimin hacı şeyx Əli Əkbər Qəhtani dostlarının dilindən nəql edir:

Mərhum atam, hacı Hüseyn İsmaili çox inanılmış şəxs idi. Dəfələrlə mənə nəql etmişdir ki, Məşhədə səfərimdə Şirazdan olan bir qoca kişi ilə yoldaş oldum. Yol arası mənə dedi ki, dəfələrlə Kərbəlaya ziyarətə getmişdir. Ondan soruşdum ki, bu səfərlərin arasında o şəxsiyyətdən kəramət görmüsənmi? Dedi: Bəli!

Bir neçə dəfə Kərbəla ziyarətindən sonra bir dəfə ziyarətə gedəndə öz-özümə dedim:

Ya Əbul Fəzl Abbas (əleyhissalam)! İstəyirəm ki, Kərbəlada öləm və burada da torpağa tapşırılam. Dərhal xəstələndim. Vəziyyətim çox ağırlaşdı. Cümə gecəsi dostlara dedim: Bu gecə məni Həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) qəbri kənarına aparın və sübh gəlib baxarsınız, əgər ölsəm burda dəfn edərsiniz, yox əgər sağ qalsam sizinlə qayıdacağam. Dostlarım məni qəbrin kənarına apardılar. Gecə yarısı Kərbəlada ölmək fikrindən peşiman oldum. Vətən havası burnuma gəldi. Ərz etdim:

Ağacan! Peşiman olmuşam! Siz bəni haşimlə zarafat da etmək olmur! Mən zarafat edirdim. Burda ölmək istəmirəm. Özümdən getdim. Bu arada gördüm ki, ağa mübarək zirehdən çıxıb ayağının ucu ilə bədənimə işarə edib buyurdu:

Şeyx! Əgər peşimansansa qalx ayağa!?

Ayıldım. Özümdə xəstəlikdən heç bir əsər-əlamət görmədim.

YEDDİNCİ TƏNBEH

«YALAN AND İÇMƏK ONU ŞİL ETDİ!»


Cənab Əbdül Hüseyn Cəvahir Kəlam atasından nəql edir:

Atam nəql edir ki, iki nəfərin ixtilafı düşmüşdü. Çox çək-çevridən sonra qərara alırlar ki, and içsinlər. Həzrət Əblu Fəzl Abbas (əleyhissalam)-a and içməyi qərar alırlar. Hər ikisi and içir. Yalandan and içən şəxs dərhal şil olur. Sonradan nə qədər həkimlərə müraciət edirsə faydası olmur. Nəhayət, həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) hərəminə gəlib peşiman olduğunu iqrar edir.



SƏKKİZİNCİ TƏNBEH

«PUL SAHİBLƏRİ MƏNİM QƏBRİMİN YANINDA!»


Höccətul-islam Hacı-şeyx Təhtani yazır:

Bir nəfər Kərbəlada olarkən həzrət Hüseyn (əleyhissalam) və Əbul Fəzl Abbasa (əleyhissalam) dua edir və ondan həyatının yaxşılaşmasından ötrü mal-dövlət edir. Günlərin birində yolda dolu bir pul kisəsi tapır. Fikirləşir ki, yə`qin bunu İmam Hüseyn (əleyhissalam) özü göndərib. Pulu götürüb evə gəlir.

İş elə gətirir ki, bu pul imam Hüseyn (əleyhissalam)-ın zəvvarlarının birindən düşmüş olur. Onu başqasının yanında əmanət qoyubmuş, o da itirib. Pul sahibi gəlib pulunu tələb edir. Əmanətdar and içir ki, pulun itib, mənim ondan xəbərim yoxdur. Şəxs qəbul etmir. Çarə qalır ki, imam Hüseyn (əleyhissalam)-a təvəssül olunsun. Bundan sonra imam Hüseyn (əleyhissalam) pulu tapanın yuxusuna girib ona buyurur:

Sabah bu şəxslər belə əlamətlə mənim qəbrimin yanında olacaqlar, pulu apar onlara ver.

O kişi səhər sübh ziyarətə gəlir. Yuxuda deyilən şəxsləri həmin yerdə görür. Amma, şeytan onu aldadır. Pulu onlara verməyib mənzilə qayıdır. Gecə yenidən yuxu görür. İmam Hüseyn (əleyhissalam)bu dəfə də onu görüb buyurur:

Sabah zəvvar və pul sahibi oğlum Əli Əkbərin (əleyhissalam) qəbrinin yanına gələcək, pulu apar onlara ver!

Səhəri gün kişinin tüğyan etmiş nəfsi yenə də pulu sahibinə qaytarmağa mane olur.

Üçüncü gecə yuxuda imam Hüseyn (əleyhissalam) ilə həzrət Əbul Fəzl Abbas (əleyhissalam) qəzəbli halda kişinin yuxusuna girirlər. Həzrət Əbul Fəzl Abbas (əleyhissalam)çöhrəsi çox qəzəbli halda ona xitab edir:

Sabah pul sahibləri mənim qəbrimin yanına gələcəklər, pulu onlara apar!

Tez yuxudan ayılan kişi sübh tezdən pulu həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) qəbri yanında sahibinə qaytarır.

Beləliklə, Həzrətin qəzəbli çöhrəsi işi həll edir.


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə