"Gənclərin Virtual Multikulturalizm Mərkəzi" n 29 (93 2016)



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə205/222
tarix18.05.2018
ölçüsü6,34 Mb.
#44769
1   ...   201   202   203   204   205   206   207   208   ...   222

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

811 


 

Topuğacan qanlı palçıq, bathabat, 

Inam gücdür, ancaq o da azalır. 

 

Acıqanın sıraları yarıldı, 



Atlar, qıçlar, qollar, başlar yoruldu

Basar, basıq bir-birindən ayrıldı, 

Inam gücdür, ancaq o da azalır. 

 

                *** 



 

Tutuq Firon gətirildi Başevə, 

Qıvraq dünən dilənçiydi, bu gün şah. 

Düstaqlıqdan çıxartdılar Çatanı, 

Qıvraq dünən dilənçiydi, bu gün şah. 

 

Tunqər, Turqər oturmuşdu yanaşı, 



Firon isə qolubağlı evbaşı, 

Çoxunun da dəyişmişdi göz başı, 

Qıvraq dünən dilənçiydi, bu gün şah. 

 

Tunqər dedi:-Çatan burda şah olsun, 



Turqər dedi:-O, Firona tay olsun, 

Firon dedi:-O ikinci say olsun

Firon günəş, Çatan isə ay olsun, 

Qıvraq dünən dilənçiydi, bu gün şah. 

 

Tunqər dedi:-Çatan günəş, Firon ay, 



Bundan sonra Turanındır bu saray, 

Turanındır böyük Misir taybatay, 

Qıvraq dünən dilənçiydi, bu gün şah. 

 

Biri dedi, iki min il arası, 



Tutuq olub burda onun babası, 

Bu gün böyük başbaşıdır atası, 

Firon olsun Çatan şahın qudası, 

Qıvraq dünən dilənçiydi, bu gün şah. 

 

Çox dedilər, danışdılar, neçə gün, 



Düyün düşdü, açılmadı çox düyün, 

“Bu doğrudur, bu ayrıdır, bu düzgün”, 

Qıvraq dünən dilənçiydi, bu gün şah. 

 

Firon dedi:-Bəsdir, getmə dərinə, 



Mən batmışam utancaqlıq tərinə, 

Mən qoyaram beş il onu yerimə, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

812 


 

Qıvraq dünən dilənçiydi, bu gün şah. 

 

Tunqər dedi:-Güc veribsən yalana, 



Sən bizimlə gedəcəksən Turana

Pay verərsən orda olan qalana, 

Qıvraq dünən dilənçiydi, bu gün şah. 

 

 



                     *** 

 

Qızıl quşun səsi gəldi yaxından, 



Ağır gündə hamı doğma qardaşdır. 

Turqər çıxdı tər-tələsik qapıya, 

Ağır gündə hamı doğma qardaşdır. 

 

Turpar yazı göndərmişdi:-“Turq ata,  



Mən burdayam, ata, lap-lap yaxında, 

Tusər, beş min yaraqlı da yanımda, 

Ağır gündə hamı doğma qardaşdır. 

 

Eşitdik ki, döyüşdəsən, təklənib, 



Sənə qarşı Firon beş qat köklənib, 

Hərdən-birdən səni sancır, ərklənir, 

Ağır gündə hamı doğma qardaşdır. 

 

Gəldik bura toplumbaşı Tusərlə, 



Dayanmışıq arxanızda təpərlə, 

Üç min atlı, on təkərli çəkərlə”, 

Ağır gündə hamı doğma qardaşdır. 

 

Tunqər, Turqər çox üstünlük duydular



Bunu Tunqa böyük yardım saydılar, 

Çatan şahı burda Firon qoydular, 

Ağır gündə hamı doğma qardaşdır. 

 

Yazı yaman düşündürdü Tunqəri, 



Bir də bir il bundan qabaq ötəri, 

Öc almağa gələn güclü Tusəri, 

Ağır gündə hamı doğma qardaşdır. 

 

“Yaxşı olub, o, Tusəri gətirib, 



Yaxşı, İran bizə yardım yetirib, 

Öclü günü ondan qapıb götürüb”. 

Ağır gündə hamı doğma qardaşdır. 

              *** 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

813 


 

 

On iki il Firon oldu Çatan şah, 



Nə olsan da sən gərək ol ölkənə. 

Turon-Misir yolu doldu, boşaldı, 

Nə olsan da sən gərək ol ölkənə. 

 

Su üstünə on dörd bərə saldırdı, 



Suqırağı daş-tikinti qaldırdı, 

Bataqlığı daşla, qumla doldurdu, 

Nə olsan da sən gərək ol ölkənə. 

 

Suda balıq, çöldə maral, quş artdı, 



Sürü artdı, inək artdı, qoç artdı, 

Az yaşayan adamlarda yaş artdı, 

Yer becərən öküz artdı, xış artdı, 

Nə olsan da sən gərək ol ölkənə. 

 

 

     Deyişmə söylənci 



 

 

On gün qaldı Uruyerdə Turq ata, 



Iki başev ikiləşmə deməkdir. 

Əkbitəndə əsnəyirdi Ağüzər, 

Iki başev ikiləşmə deməkdir. 

 

Turqun burda azalmışdı çəkisi, 



Tunq, Turq burda deyişirdi ikisi, 

Deyişmə yox, ağızlaşma türküsü, 

Iki başev ikiləşmə deməkdir. 

 

O deyirdi:-Gözüm-başım sozarıb, 



Turanlının döyüş gücü azalıb, 

Tanrı sanki aramıza lov salıb, 

Iki başev ikiləşmə deməkdir. 

Turq deyirdi:-Bunlar səndə görünmür, 

Bizimkilər döyüşlərdə sürünmür, 

Ağır gündə yoldan dönmür, ərinmir, 

Iki başev ikiləşmə deməkdir. 

 

Tunq deyirdi:-Görüş, barış artıqdır, 



Yürüş gərək, görüş-mörüş artıqdır, 

Işdə-mişdə, yarış-marış artıqdır, 

Iki başev ikiləşmə deməkdir. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

814 


 

Turq deyirdi:-Dirrik döyüş deyildir, 

O dinclikdir, hər gün yürüş deyildir

O çalışdır, çarpış-marpış deyildir, 

Iki başev ikiləşmə deməkdir. 

 

Tunq:-Sən ata, orda, burda qonaqsan, 



Barış, döyüş arasında ortaqsan, 

Həm barışsan, həm də iti yaraqsan, 

Iki başev ikiləşmə deməkdir. 

 

Turqər:-Mənə tanrı belə buyurur, 



Adamları pisə, yeyə ayırıb, 

Indi hamı qana doğru yüyürür, 

Iki başev ikiləşmə deməkdir. 

 

Tunq:-Mən almasam qabağını öclərin, 



Kim qoruyar əl-ayaqsız heçləri, 

Dincçilərin buna çatmaz gücləri, 

Iki başev ikiləşmə deməkdir. 

 

-Düzdür, sənin bacarığın gərəkdir



Çox basarlıq çox qan-qada deməkdir, 

Əkin üçün günlər dardır, seyrəkdir, 

Ancaq dinclik əkin, biçin deməkdir, 

Iki başev ikiləşmə deməkdir. 

 

Tunq:-Yim sən deyən o dincliyi yaratdı, 



Yer üzündə adam beşdə yüz artdı, 

Çoxluq yeri, ev-eşiyi daraltdı, 

Iki başev ikiləşmə deməkdir. 

 

-O,tanrıdan yeni yardım istəyib, 



Tanrı ona yeni yollar göstərib, 

Yim yenə də yer üzünü bəsləyib, 

Doqquz yüz il yerdə şahlıq eyləyib, 

Iki başev ikiləşmə deməkdir. 

 

Tunq:-Sən deyənlə gedsək, nələr etməli



Yim yoluyla, Tunq yoluyla getməli? 

Qan-qadanın üstün nəylə örtməli, 

Iki başev ikiləşmə deməkdir. 

 

Turq:-Yavaş-yavaş qan-qadanı pisləmək, 



Adamları yaxşı yola səsləmək, 

Tanrıların dediyini izləmək, 




Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   222




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə