  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə40/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   36   37   38   39   40   41   42   43   ...   154

                                                     

 

  



                                                                            

                                                    

158 

tab gətirməz. Həm də heç cürə qabaqcadan demək olmaz,  



mənim  taleyim  qərib  ölkələrdə  necə  olacaq.  Bəlkə,  ilkin 

ekspedisiya  zamanı  mən  okeanın  dibinə  qərq  oldum,  onda 

necə  olsun?  Belə  çıxır  ki,  mən  özüm  həmin  qızı  bədbəxt 

eləmiş  oluram?  Bəs  onda  nə  etməli?  Gərək,  Karlosun  özü 

ilə görüşüb onunla ciddi söhbət edim.  

Migel  Floridaya  su  aparanda  artıq  İlona  onun  yanında 

idi.  Oğlan  hiss  etdi  ki,  onlar  Karlos  haqqında  danışırlar. 

Florida  bacısından  xahiş  etdi  ki,  onları  tək  buraxsın.  Ona 

görə  ki,  Migelnən  söhbəti  yarımçıq  qalmışdı.  Bu  təklif 

Migelin ürəyindən oldu. 

-  Sinyorita,  mən  Karlosa  yaxınlaşmayacağam,  -  deyə 

İlona otağı tərk edən kimi Migel təkidlə dilləndı və az qala 

eyni  divanda  qızla  yanaşı  oturacaqdı.  -  onda  siz  də  söz 

verin ki, ondan uzaq olacaqsınız. Mən sizi əmin edirəm ki, 

o,  çox  alçaq  və  mənfur  bir  adamdır.  Siz  öz  taleyinizi  ona 

tapşırmamalısınız. Bir uşaqlıq dostu kimi mənə inanın. 

Florida  artıq  heç  bir  söz  demək  istəmirdi.  Sanki  o, 

Migelin sözlərini eşitmirdi. Qız öz daxilində hansısa, qəribə 

hisslər  keçirirdi.  Onun  ipək  parçası  kimi  alışıb  yanan 

yanaqları  get-gedə  qırmızılaşırdı.  Heyranedici  gözləri  iri 

olmasa da, hiss etmək olardı ki, gözlərinin içi isti həyəcanın 

buxarından  parıldamağa  başlayır.  Özünə  görə  iri  olan 

döşləri  dərindən  nəfəs  aldıqca  şişib-əriyirdi. Az  sonra  



                                                     

 

  



                                                                            

                                                    

159 

Migel başa düşdü ki, Floridanı məhəbbət hissi öz caynağına 



alıb onu itaətsizliyə çağırmışdı. Lakin qızdakı bu məhəbbət 

hissi  hansı  bəxtəvərin  səmtinə  yönəlmişdir?  Karlos  özünü 

nə  qədər  alçaq,  yalançı  və  şöhrətpərəst  adam  kimi  göstər-

məsə də, bu tezliklə Floridanın məhəbbətini qazana bilməz-

di. Keçmiş yunqa dəqiq bilirdi ki, artıq qız öz inamını yaxın 

adamlarına qarşı itirmişdir. 

Elə  oldu  ki,  Migel  qızın  düz  yanında  əyləşdi  və  gözə-

yarı  ona  sirayətedici  nəzər  saldı.  Ancaq  qız  bunu  da  hiss 

etmədi. Ona görə ki, o, hələ də dərin xəyallar içərisində idi. 

Florida  öz-özünə  danışmasa  da,  dodaqları  naməlum 

səbəbdən  titrəyirdi.  Məhz  bu  haldan  sonra  Migel  yüz  faiz 

əmin oldu ki, bu qız yalnız məhəbbətin məngənəsinə düşüb. 

İstər-istəməz  cavan  yunqanın  da  ürəyi  kövrəldi  və  birdən-

birə onun qıza olan istəyi artdı. Baxışlarının səmti, məcburi 

olaraq  yanındakı  adama  tərəf  yönəlirdi.  Belə  bir  şeydə 

ehtiyatlı olan Migel cəld özünü aldı. O, üzünü qızdan çəkib 

təmkinlə dedi: 

- Sinyorita, hiss edirəm ki, siz özünüzü çox narahat hiss 

edirsiniz.  Arxayın  ola  bilərsiniz,  Karlosla  heç  bir  işim 

olmayaçaq.  Ümumiyyətlə,  gəlin  bu  söhbəti  birdəfəlik 

unundaq. Mən çox yaxşı başa düşürəm ki, hazırda siz ağır 

iztirablar  içindəsiniz.  Rahat  istirahət  üçün  istəyirsiniz  sizi 

yataq otağına aparım? Orada istirahət etmək üçün hər bir  



                                                     

 

  



                                                                            

                                                    

160 

şərait var. 



Bu təklif də Floridanı qane etmədi, hətta qızı qıcıqlan-

dırdı.  O,  öz  narazılığını  gizlətməyib  açıq-aydın  bəyan  etdi 

ki, daha bu evdə qalmaq istəmir. 

- Sinyorita, belə çıxır ki, siz məndən narazısınız? - deyə 

Migel  dilləndi  və  təşviş  içində  sözünə  davam  etdi.  -  Başa 

düşə  bilmirəm,  hansı  sözümə  görə  məndən  incimisiniz? 

Yaxşı,  istəyirsiniz,  mən  sizi  bu  zalda  tək  buraxıb  bağa 

gedim. Ancaq bu cür acınacaqlı vəziyyətdə bizim evi tərk  

etməyin. Bu hərəkət babamın xətrinə deyə bilər. 

Bu  sözlərdən  sonra  Florida  daha  da  hiddətləndi  və  dik 

ayağa qalxıb ikrah hissi ilə dedi: 

-  Yox,  artıq  buna  dözmək  olmaz.  Doğrudan  da  siz 

dəyişmisiniz.  Yaxşı  olardı  ki,  mən  özüm  sizi  tək  buraxım. 

Bircə xahişim var, bacımı tapıb evə dəvət edin. 

Migel  ədəb-ərkanla  qızla  vidalaşıb  İlonanın  ardınca 

həyətə düşdü və bağa girəndə qızı Osvaldo ilə birlikdə şirin 

söhbət  etdiyini  gördü.  Migel  bir  anlığa  təəccüb  içində 

yerində  donub  qaldı.  Bir  az  keçəndən  sonra  o,  üzrxahlıqla 

qızı Osvaldodan ayırdı. 

-  Bu  İlona  əcəb  qızdır,  -  ehtiras  içində  olan  Osvaldo 

qeyri-müəyyən  qərzdə  dilləndi  və  qızın  ardınca  həsrətlə 

baxa-baxa  məyus  halda  sözünə  davam  etdi.  -  o,  mənimlə 

elə danışırdı  ki, guya  yaşda  mən  ondan kiçiyəm. Migel  



                                                     

 

  



                                                                            

                                                    

161 

inanırsan, elə bil dünya onun vecinə deyil. Amma öz ara- 



mızdır, hər iki bacı bir-birindən yaman gözəldirlər. Yalan-

doğru  qızın  iyirmi  yaşı  var.  Migel,  sən  onları  çoxdan  tanı-

yırsan? Görəsən nə üçün İlona indiyə kimi ərə getməyib? 

-  Görünür,  hələ  ürəyinə  yatan  adama  rast  gəlməyib.  - 

deyə Migel  məyus halda yırğalanaraq qeyri-müəyyən tərz-

də  dilləndi  və  daha  heç  bir  aydınlıq  vermədən  babasıgilin 

yanına yollandı. 

          

 

 

 



 

  XV fəsil. Cavan zadəganı hiddətə gətirən  

                        xəbərlər 

 

Doğrundan  də  həmin  günü  Florida  Migelin  hərəkət-



lərinə görə ondan bərk incimişdi. Çünki Florida bu evi tərk 

edəndə heç Migel ilə sağollaşmamışdı da. Bu hərəkətə görə 

qızın  atası  utandığından  qızardı  və  pərt  halda  bu  evi  tərk 

etmişdi.  Osvaldo  da  Florindanın  bu  hərəkətindən  narazı 

qaldı,  lakin  üzdə  buna  heç  bir  əhəmiyyət  vermədi.  Çünki 

hər  hansı  bir  anlaşılmaz  hadisə  baş  vermişdisə  də,  yalnız 

onların  arasında  baş  vermişdi.  Qonaq  zalında  onlardan 



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə