1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı


Kosmik fəaliyyətə və bu zaman vurulan zərərə görə beynəlxalq məsuliyyət



Yüklə 391,8 Kb.
səhifə151/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   147   148   149   150   151   152   153   154   ...   159
beyn-lxalq-h-quq (1)

Kosmik fəaliyyətə və bu zaman vurulan zərərə görə beynəlxalq məsuliyyət. Dövlətin bütün milli kosmik fəaliyyətə görə beynəlxalq məsuliyyəti prinsipi, yuxarıda qeyd etdiyimiz kimi, beynəlxalq kosmos hüququnun əsas prinsiplərindən biridir; kosmik fəaliyyətin hökumət orqanları və ya xüsusi şəxslər tərəfindən həyata keçirilməsindən asılı olmayaraq, məsuliyyəti dövlət daşıyır. Bu fəaliyyətdə beynəlxalq təşkilatın iştirak etdiyi halda isə, təşkilat və onun üzv-dövlətləri birgə məsuliyyət daşıyır.

Hüquqauyğun kosmik fəaliyyət nəticəsində xarici dövlətə və ya onun fiziki və hüquqi şəxslərinə zərər dəymişsə, bu zərərin ödənilməsi vəzifəsi kosmik obyektin buraxılmasını həyata keçirmiş və ya təşkil etmiş dövlətin, habelə ərazisindən və ya qurğusundan həmin obyek buraxılmış dövlətin üzərinə qoyulur. Dövlətin bu hallarda daşıdığı maddi məsuliyyətin həyata keçirilməsi əsasları və qaydası Kosmik obyektlərin vurduğu zərərə görə beynəlxalq məsuliyyət haqında 1972-ci il Konvensiyasında müəyyən olunmuşdur. Konvensiyaya görə, kosmik obyektin vurduğu zərərə dedikdə, insan ölümü, bədən xəsarəti, səhhətə dəyən digər zərər,
dövlətlərin, fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların əmlakına vurulan zərər başa düşülür.
Kosmik fəaliyyətin həyata keçirilməsi nəticəsində Yerdəki və ya hava məkanındakı obyektlərə zərər dəymişsə, ortaya çıxan məsuliyyət mütləq (obyektiv) məsuliyyətdir; heç bir beynəlxalq hüquq norması pozulmasa da, dövlət bu zərəri ödəməlidir. Kosmik fəaliyyət bu halda yüksək təhlükə mənbəyi kimi nəzərdən keçirilir; Kosmik obyekt tərəfindən başqa bir dövlətin obyektinə kosmik fəzada və ya səma cismi üzərində vurulan zərərə görə isə məsuliyyət yalnız təqsir olduqda ortaya çıxır.

  1. Kosmosun tədqiqi istifadəsi sahəsində beynəlxalq əməkdaşlıq.

Kosmosun tədqiqi və istifadəsi həm fundamental elmin inkişafı, həm də bir sıra praktik-tətbiqi məsələlərin həlli baxımından prinsipial əhəmiyyət daşıyır. Kosmosun hərtərəfli tədqiqi və onun nadir imkanlarından istifadə nəticəsində yeni elm və fəaliyyət sahələri meydana gəlmişdir: kosmik meteorologiya, astronomiya, kosmik rabitə, naviqasiya və s.
Kosmik meteorologiya sahəsində əməkdaşlıq Kosmos üzrə BMT Komitəsi, Ümumdünya meteorologiya təşkilatı, İNTELAST və b. vasitəsilə həyata keçirilir. Yeni süni peykləri havanın proqnozlaşdırılmasının, iqlim inkişafının, dənizin temperaturunun, küləyin surətinin və s.öyrənilməsi üçün istifadə olunur.
Yerin məsafədən zondla tədqiq edilməsi (YMZT) geologiya, coğrafiya, geodeziya və kənd təsərrüfatı sahəsində uğurla isrifadə olunur. YMZT vasitəsilə quru, okezn və Yer atmosferinin vəziyyəti təyin olunur, ətraf mühit üzərində nəzarət həyata keçirilir, Yerin təbii ehtiyatları öyrənilir, faydalı qazıntıların yataqları aşkara çıxarılır və s. 1986-cı ildə BMT Baş Assambleyası Yerin kosmik fəzadan məsafə zondlamasına dair Prinsiplər qəbul etmişdir. Bu prinsiplərə görə, xarici dövlətlərin ərazisinin kosmosdan zondlaması hüquqauygundur və dövlətlər bu sahədə beynəlxalq əməkdaşlığın inkişafına dəstək verməlidir.
Kosmik rabitə sahəsində dövlətlərin əməkdaşlığı son illər xeyli genişlənmişdir. Bu, bir tərəfdən, Yerdə kommunikasiya vasitələrinə artan tələbatla, digər tərəfdən isə kosmosda yerüstü stansiyalar, Yerin süni peykləri, orbital stansiyalar və s.
arasında əlaqə qurulması zərurəti ilə bağlıdır. Hazırda radio və televiziya peyk xidməti, Yerin süni peykləri vasitəsilə proqramların birbaşa ötürülməsi sistemi intensiv inkişaf edir. Kosmik rabitənin tətbiqi dəniz əlaqəsinin və dənizdə xilasetmə işlərinin səmərəliliyini xeyli artırmışdır. Dövlətlər göstərilən sahədə Beynəlxalq Elektron Rabitəsi İttifaqı, İNTELSAT, ARABSAT və s. kimi beynəlxalq hökumətlərarası təşkilatlar vasitəsilə əməkdaşlıq edirlər. Kosmik rabitənin hüquqauyğun və səmərəli istiqamətini təmin etmək üçün BMT Baş Assambleyası 1982-ci ildə “Dövlətlər tərəfindən Yerin süni peyklərinin beynəlxalq birbaşa televiziya verlişləri üçün istifadə olunması Prinsipləri” adlı qətnamə qəbul etmişdir.
Kosmik naviqasiya hər hansı bir yerdə qəzaya uğrayan dəniz və hava gəmilərinə kömək göstərilməsi üçün müstəsna əhəmiyyət daşıyan bir sahədir. Statisdikaya görə, il ərzində qəzaya uğrayan gəmilərin, demək olar ki, yarısı meteopeyklər vasitəsilə xilas olunur. Bu sahədə, 1976-cı ildə yaradılmış Beynəlxalq dəniz peyk rabitəsi təşkilatı İNMARSAT mühüm rol oynayır. İNMARSAT-ın təşkili və fəaliyyətinin, habelə dövlətlərin sözü gedən sahədə əməkdaşlığının hüquqi əsasları Beynəlxalq dəniz peyk rabitəsi təşkilatı haqqında 1976-cı il Konvensiyası ilə müəyyən olunur.
Göstərilənlərdən əlavə, kosmik geologiya, kosmik texnika və texnologiya da böyük praktiki əhəmiyyət kəsb edən sahələrdir.
Yekun olaraq qeyd edilməlidir ki, bütün yuxarıda sadalanmış və habelə kosmosun tədqiqi və istifadəsi ilə bağlı gələcəkdə ortaya çıxacaq yeni fəaliyyət növləri beynəlxalq hüququn və beynəlxalq kosmos hüququnun prinsiplərinə söykənməli və bütün bəşəriyyətin rifahı naminə həyata keçirilməlidir.

Yüklə 391,8 Kb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə