6. MÜASİr az-n əDƏBİ DİLİ. indd


AVƏNG (f.) 1) asqı, paltar sərilən ip; 2) üzüm salxım- ları asılan ip; 3) hər bir asılı şey. AVTOMAT



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə246/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   242   243   244   245   246   247   248   249   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

AVƏNG (f.) 1) asqı, paltar sərilən ip; 2) üzüm salxım-
ları asılan ip; 3) hər bir asılı şey.
AVTOMAT (yun.) öz-özünə işləyən aparat.
AKADEMİYA (yun.) (akademiya, qədim yunan fi-
losofu Platon tərəfindən Afina şəhəri yaxınlığındakı bağ-
larda təsis edilmiş məktəbin adı). 1) elm və sənəti inkişaf 
etdirmək məqsədini daşıyan yüksək elmi müəssisə; 2) bəzi 
ali məktəblərin adı; məs: Memarlıq Akademiyası, Rəssam-
lıq Akademiyası və s.
ALBOM (fr.) şeir yazmaq, şəkil çəkmək, marka və şəkil 
yapışdırmaq və s. üçün təmiz vərəqləri olan kitab və ya dəftər.
“Əcnəbi sözlər lüğəti”nin müsbət cəhətləri ilə yanaşı, 
bir sıra çatışmazlıqları da vardır. Bu lüğətin əsas nöqsanla-
rı aşağıdakılardan ibarətdir:
1) Lüğətə klassik ədəbiyyatımızdakı çətin başa dü-
şülən bütün əcnəbi sözlərin daxil edilməsi nəzərdə tu-
tulmamışdır. Burada ancaq M.F.Axundovdan M.Ə.Sa bi-
rə qədərki dövrdə işlənən sözlərin əhatə edilməsi məqsə-
dəuyğun hesab olunmuşdur. Buna görə də belə bir lüğət 
həmin dövrdən əvvəl yaşamış sənətkarların, xüsusən 
Füzulinin əsərlərini öyrənmək üçün bir o qədər yararlı 
ola bilməzdi.
2) Bəzi sözlərin izahı qəlizdir. Məsələn, fars mən-
şəli asitan sözü izah edilərkən onun Azərbaycan dilində 
kandar, yaxud bargah, dərgah mənalarında işləndiyi söy-
lənilir. Göründüyü kimi, fars sözünü izah etmək üçün 
verilmiş bu sözlərin özü də çətindir. Şübhəsiz ki, oxucu 
bunları da başa düşmək üçün başqa lüğətə müraciət et-
məli olur.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
420
Nəhayət, qeyd etməliyik ki, “Əcnəbi sözlər lüğəti“nin 
tərtibi Azərbaycan dilçiliyində həmin sahədə ilk addım ol-
duğuna görə qiymətlidir.
AZƏRBAYCAN ƏDƏBİ DİLİNDƏ İŞLƏNƏN 
ƏRƏB VƏ FARS SÖZLƏRİNİN QISA LÜĞƏTİ

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   242   243   244   245   246   247   248   249   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə