6. MÜASİr az-n əDƏBİ DİLİ. indd


AZƏRBAYCAN DİLİNDƏKİ ƏCNƏBİ



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə245/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   241   242   243   244   245   246   247   248   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

AZƏRBAYCAN DİLİNDƏKİ ƏCNƏBİ 
SÖZLƏR LÜĞƏTLƏRİ
§282. Əcnəbi sözlər lüğətində mənşəcə başqa dilə 
məxsus olan sözlər izah edilir. Bu lüğətlərdə qeyri-dillər-
dən alınmış və ancaq dar sahədə işlənən, yaxud çətin dərk 
olunan sözlər aydınlaşdırılır.
Əcnəbi sözlər lüğətində sözün hansı dilə aid olduğu, 
həmin dildə hansı mənanı ifadə etdiyi, hansı dildən hansı 
dilə daxil olduğu və hansı sahələrdə işləndiyi şərh edilir. 
Bununla bərabər, bu tipli lüğətlərdə vaxtilə klassik ədəbiy-
yatda işlənmiş və hazırda mənası tamamilə aydın olmayan 
sözlərin mənaları da izah edilir.
§283. Bütün dünya dillərində olduğu kimi, Azərbay-
can dilinin lüğət tərkibinə də tarixən bir sıra əcnəbi sözlər 
daxil olmuşdur. Bu sözlərin müəyyən qrupu, klassik ədə-
biyyatda işlənməsinə baxmayaraq, indi ümumxalq üçün 
qismən, ya da tamamilə anlaşılmaz şəklə düşmüşdür. Belə 
bir vəziyyət isə klassik irsi mənimsəməyə mane olur. Buna 
görə də əcnəbi sözlərin lüğətini tərtib etmək zəruriyyəti 
meydana çıxmışdır.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
418
Azərbaycan dilindəki əcnəbi sözlər lüğətinin tərtibinə 
XX əsrdə başlanmışdır. Bu işlə ilk dəfə Azərbaycan Elmlər 
Akademiyasının Dil İnstitutu məşğul olmuşdur.
AZƏRBAYCAN DİLİNƏ DAXİL OLMUŞ 
ƏCNƏBİ SÖZLƏR LÜĞƏTİ (1947)
§284. Bu lüğətin qarşısında duran əsas məqsəd çə-
tin əcnəbi sözlərin mənalarını aydınlaşdırmaqdan ibarət 
olmuşdur. Bunu tərtibçilər aşağıdakı kimi izah edərək 
demişlər: “Məlum olduğu üzrə, tələbələrimiz və ümu-
miyyətlə, oxucularımızın çoxu klassiklərimizin əsərlərini 
oxuyarkən çox böyük çətinlik çəkirlər; çünki ozamankı dil 
ənənələrinə görə, şair və yazıçılarımız öz əsərlərində çoxlu 
ərəb və fars sözləri işlətmişlər ki, onları bu gün lüğətsiz 
başa düşmək olduqca çətin və bəlkə də imkansızdır. Oxu-
cularımızın məhz bu ehtiyacını az-çox təmin və bu işdə 
onlara kömək etmək zərurəti institutu belə bir işə iqdam 
etməyə vadar etdi”
1
.
Bu məqsədlə hazırlanan “Əcnəbi sözlər lüğəti” kitab 
formasında çap olunmamışdır. Həmin lüğətin ancaq “A” 
hərfi 1947-ci ildə Dil İnstitutunun əsərlərinin I cildində 
nəşr edilmişdir. Burada təxminən 466 söz əhatə olunmuş-
dur. Lüğətə aşağıdakı qrup sözlər daxil edilmişdir: a) ərəb 
mənşəli sözlər; b) fars mənşəli sözlər; c) Avropa mənşəli 
sözlər.
Sözlərin qarşısında mənşəcə hansı dilə aid olduğu 
göstərilmiş və bunun Azərbaycan dilində hansı mənada 
işləndiyi aydınlaşdırılmışdır. Nümunə üçün aşağıdakı mi-
sallara nəzər yetirək:
1
Əcnəbi sözlər lüğəti. Dil İnstitutunun əsərləri, I cild, 1947, səh. 60.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
419
ABİDƏ (ər.) – 1) dillərdə dastan olub qalan vəqə; 2) uzaq 
keçmişə aid maddi mədəniyyət əsəri və ya ədəbi əsər; 3) bir 
hadisə və ya böyük bir şəxsə xatirə olaraq qoyulan heykəl.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə