6. MÜASİr az-n əDƏBİ DİLİ. indd



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə248/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   244   245   246   247   248   249   250   251   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

KUHKƏN (f.) – dağçapan, dağyaran; klassik ədəbiy-
yatda Fərhadm ləqəbi. Kuhkən künd eyləmiş min tişəni bir dağ 
ilən (Füzuli).
GƏVƏZN (f.) – maral. Gəvəznlər çıxacaq dəşt ara gü-
ruh-güruh (S.Ə.Şirvani).
Lüğətdə sözlərin əsas mənaları ilə yanaşı, hansı mə-
cazi mənada işlənməsi də izah olunmuşdur. Eyni zaman-
da ərəb və fars sözlərinin bizim dilimizdə yeni kəsb etdiyi 
fərqli mənaları aydınlaşdırılmışdır. Bütün bu deyilənlər 
lüğətin müsbət cəhətləridir.
Lakin lüğətdə müəyyən qüsurlar da vardır. Məsələn, 
lüğətdə klassik ədəbiyyatımızda işlənən çətin mənalı bü-
tün ərəb və fars sözləri əhatə olunmamışdır; bəzi sözlərin 
izahında qeyri-dəqiqliyə yol verilmişdir.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
422
Bu kimi kiçik qüsurları olmasına baxmayaraq, həmin 
lüğət məktəblilərin, tələbələrin və ziyalı kütləsinin mədəni 
tələblərini müəyyən dərəcədə ödəmək üçün çox əhəmiy-
yətlidir.
ƏRƏB VƏ FARS SÖZLƏRİ LÜĞƏTİ (1966)
§286. 1966-cı ildə çap olunmuş “Ərəb və fars sözləri 
lüğəti”nin əsas məqsədi Azərbaycan klassik ədəbiyyatını 
oxumaq üçün tələbələrə, müəllimlərə kömək etməkdən 
ibarət idi. Lüğətdə Nəsimidən başlamış Azərbaycan klas-
siklərinin əsərlərində işlənən 16 mindən artıq qəliz ərəb və 
fars sözlərinin, ifadələrinin izahı verilmişdir.
Lüğət daha çox praktik xarakter daşıyır. Buna görə də 
baş sözün qarşısında onun hansı dilə aid olduğu göstəri-
lir, transkripsiyası verilir və mənbə dildə ifadə etdiyi məna 
aydınlaşdırılır. Bu lüğət nəzəri cəhətdən də faydalıdır.
AZƏRBAYCAN DİLİNİN OMONİMLƏR LÜĞƏTİ
§287. Omonimlər dilin leksik-semantik sistemində 
xüsusi mövqeyə malik vahidlərdir. Bunların öyrənilməsi 
olduqca vacib problemlərdəndir.
Bu növ semantik vahidlərin təhlili və təsviri omonim lü-
ğətlərdə verilir. Burada omonimlərin əmələ gəlməsi, inkişa-
fı, semantik xüsusiyyətləri, üslubi imkanları aydınlaşdırılır.
Azərbaycan dilinin omonimlərinin nəzəri məsələləri 
ilə 1960-cı illərdə daha çox məşğul olunmasına baxmayaraq, 
son zamanlara qədər omonimlər lüğəti yaranmamışdır.
1981-ci ildə “Maarif” nəşriyyatı H.Həsənovun “Müasir 
Azərbaycan ədəbi dilinin omonimlər lüğəti”ni çap etmiş-


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
423
dir. Lüğətin əvvəlində omonimlərə dair nəzəri məsələlərə 
toxunulur, sonra omonimlər əlifba sırası ilə lüğət hissəsin-
də şərh olunur.
Bu lüğətdə dilimizə məxsus leksik vahid kimi götü-
rülmüş omonim sözlər öz əksini tapmış, eyni zamanda 
onların leksik, leksik-qrammatik və qrammatik növləri 
göstərilmişdir.
Leksik omonimlər:
Yel I. is. – bir tərəfə axın edən hava cərəyanı.
Yel II. is.(tib.) – revmatizm (xəstəlik).
Leksik-qrammatik omonimlər:
Əlli I. say. – 49 sayından sonra gələn rəqəm.
Əlli II. zərf. – cəld, bacarıqlı.
Qrammatik omonimlər:
Yelli I. sif. – küləkli.
Yelli II. sif. – yel xəstəliyinə tutulmuş.
Yelli III. zərf. – çox tez, cəld.
Yelli IV. sif. – hirsli, acıqlı.
Lüğətdə 800-ə yaxın sözün 1000-dən çox omonimlik 
cərgələri müəyyənləşdirilmişdir. Azərbaycan dilçiliyində 
ilk təşəbbüsün nəticəsi kimi bu lüğətin xüsusi əhəmiyyəti 
vardır. Lakin dilimizin omonimlər lüğətinin daha geniş və 
dəqiq şəkildə işlənməsinə hələ də ehtiyac vardır.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   244   245   246   247   248   249   250   251   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə