6. MÜASİr az-n əDƏBİ DİLİ. indd



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə251/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   247   248   249   250   251   252   253   254   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

İNVERSİYA – bədii üslubda ifadə üsullarından biri, 
cümlədə sözlərin adi düzülüş qaydasından fərqli bir şə-
kildə düzülməsi ilə yaradılan bədii ifadə üsulu. Məsələn, 
inversiya yolu ilə yaradılan cümlədə mübtəda xəbərdən 
sonra, epitet təyin edilən sözdən sonra gəlir və s. Səməd 
1
Ruscadan-lürkcəyə (azərbaycancaya – A.Q). Hüquq terminləri lüğəti. Bakı, 1920.
2
Ə.Mirəhmədov. “Ədəbiyyatşünaslıq terminləri lüğəti”. “Maarif” nəşriyyatı, Bakı, 1978, 
səh. 78-79.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
427
Vurğunun “Var olsun şeirimiz, şairlərimiz!” misrasında in-
versiya vardır. Qrammatik qaydaya görə bu misra belə ol-
malı idi: “Şeirimiz, şairlərimiz var olsun!”
Yaxud:
C.Məmmədquluzadənin 1906-cı ildə “Molla Nəsrəd-
din” jurnalında yazdığı aşağıdakı parçanı nəzərdən ke-
çirək: “Ey mənim müsəlman qardaşlarım! Əgər bilmək 
istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qa-
bağınıza aynanı və diqqət ilə baxınız camalınıza” (qabağı-
nıza aynanı qoyunuz və diqqət ilə camalınıza baxınız forması 
əvəzinə). Söz və ifadələrin inversiya yolu ilə yerdəyişməsi 
bədii dili daha güclü və təsirli edir.
Yaxud:
İNTONASİYA – danışıq tərzi, tələffüz xüsusiyyəti, səs 
tonunun ucalıb alçalması. Danışan adamın bəhs etdiyi möv-
zuya, hadisəyə, məsələyə, yaxud müraciət etdiyi adama
əşyaya, hədəfə münasibəti, onların həmin şəxsdə oyatdığı 
hiss və həyəcan intonasiyada özünün aydın ifadəsini ta-
pır. Bədii əsərdə cümlənin ahəngi, melodik quruluşu, ruhu 
müxtəlif olur; başqa sözlə, cümlənin intonasiyası sual, nida, 
kinayə, adi təhkiyə və s. səciyyəsi daşıyır. Danışan adamın 
bu və ya başqa sözə, ifadəyə vermək istədiyi konkret mə-
nanı, canlı məna çalarını bildirməkdə intonasiya xüsusi rol 
oynayır. Məsələn, “vur” nidası müxtəlif məqamda müxtəlif 
intonasiyada işlədilə bilər. Sabirin məşhur “Balaca səhnə” 
tərcüməsində mülkədarın dilindən deyilən “Vur! Vur ki, gə-
tirməyibdir arpa!” əmrində qəddarlıq, zalımlıq; S.Vurğunun 
“Raport” şeirində “Vur! – dedim, – vur! Zərbələrini bərk vur!” 
xitabında isə adamları yeni həyat quruculuğuna, əmək rəşa-
dətinə ruhlandırmaq cəhdi aydın hiss olunur.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
428
§292. İzahlı tərcümə terminoloji lüğətlərdə bu və ya 
digər terminin qarşılığı başqa dildə göstərilir və sonra iza-
hat verilir. Ə.Fərəcovun tərtib etdiyi “İzahlı dilçilik lüğəti” 
belə lüğətlərə aiddir. Burada dilçilik terminlərinin yunan-
ca, rusca, ingiliscə, fransızca, almanca, ispanca qarşılığı 
göstərilir və sonra izahat verilir
1
. Məsələn:

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   247   248   249   250   251   252   253   254   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə