6. MÜASİr az-n əDƏBİ DİLİ. indd



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə250/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   246   247   248   249   250   251   252   253   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

TERMİNOLOJİ LÜĞƏTLƏR
§289. Dildəki terminlərin izahına, qarşılaşdırılmasına 
(başqa dillərlə) və digər cəhətlərinə dair olan lüğətlər termi-
noloji lüğətlər adlanır. Bu növ lüğətlər müxtəlif elm sahələ-
rinə məxsus olduğu üçün bunlara sahə lüğətləri də deyilir.
Termin elmin əsasını təşkil edir. Buna görə də başqa 
xalqlarda olduğu kimi, Azərbaycanda da XX əsrin ilk gün-
lərindən bu problem ön plana çəkilmiş və xüsusi işlər apa-
rılmağa başlanılmışdır. 1929-cu ildə Azərbaycan Dövlət 
Elmi-Tədqiqat İnstitutunun nəzdində xüsusi olaraq ter-
minologiya komitəsi yaradılmışdır. Bu komitə dilimizdəki 
müxtəlif sahələrə dair bir çox terminin meydana çıxarıl-
masında və dəqiqləşdirilməsində mühüm rol oynamışdır. 
Müəyyən vaxtdan sonra bəzi səbəblər üzündən komitənin 
işi zəifləmişdir. Lakin bu sahədə işi daha da qüvvətlən-
dirmək üçün 1952-ci ildə yenidən terminologiya komitəsi 
yaradılmışdır. İndi bu komitə komissiya kimi Azərbaycan 
Milli Elmlər Akademiyasının Rəyasət Heyəti yanında fəa-
liyyət göstərir. Terminologiya komitəsi daha çox iş görmüş, 
bir sıra terminlərin yaradılmasına, dürüstləşdirilməsinə və 
digər cəhətlərə aid düzgün istiqamət verə bilən təkliflər 
irəli sürmüşdür. Terminologiya məsələləri sahəsində ko-
missiyanın görəcəyi böyük və vacib işlər çoxdur
1
.
1
Afad Qurbanov. “Müasir Azərbaycan dilçiliyi məsələləri”. Bakı, 2003, səh. 53-59.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
426
§290. Azərbaycanda terminoloji lüğətlərin çapına 
1920-ci ildən başlanmışdır
1
. Həmin ildən indiyə kimi bir 
çox elm sahələrinə dair 200-dən çox lüğət çap edilmişdir. 
1920–1940-cı illərdə 11, 1941–1960-cı illərdə 30, 1961–1984-cü 
illərdə 71 lüğət dərc olunmuşdur. Deməli, terminoloji lü-
ğət nəşri tarixində 1960-1980-ci illər daha məhsuldardır.
Mövcud terminoloji lüğətlər elmlərin müxtəlif sahələ-
rinə aiddir: a) ictimai elmlərdən – fəlsəfə, siyasi iqtisad, 
hüquq, estetika, pedaqogika, psixologiya, dilçilik, ədəbiy-
yatşünaslıq, ümumi tarix, Azərbaycan tarixi...; b) təbiət 
elmlərindən – biologiya, kimya, fizika, riyaziyyat, tibb, 
anatomiya, botanika, fiziologiya, zoologiya, astronomiya, 
geologiya, torpaqşünaslıq...; c) texnika elmlərindən – tex-
nika, neft və mədən işləri, avtomobil nəqliyyatı, radio-
elek trotexnika, hidravlika...
Terminoloji lüğətlər xarakterinə görə, əsasən, üç cür 
olur: a) izahlı, b) izahlı tərcümə və c) tərcümə.
§291. İzahlı terminoloji lüğətlərdə hər terminin hansı 
anlayışı ifadə etdiyi geniş şərh olunur, misallar göstərilir. 
Belə lüğətlərə Ə.Mirəhmədovun tərtib etdiyi “Ədəbiyyat-
şünaslıq terminləri lüğəti”ni misal göstərmək olar. Həmin 
lüğətdə “inversiya” və “intonasiya” terminləri aşağıdakı 
kimi izah olunur
2
.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   246   247   248   249   250   251   252   253   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə