6. MÜASİr az-n əDƏBİ DİLİ. indd



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə253/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   249   250   251   252   253   254   255   256   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

TƏRCÜMƏ LÜĞƏTLƏRİ
§294. Özgə dili mükəmməl öyrənmək və bir dildən 
başqa dilə tərcüməni asanlaşdırmaq üçün yaranan lüğətlərə 
tərcümə lüğəti deyilir. Tərcümə lüğəti sadəcə iki dili qarşılaş-
dırmaq olmayıb, bir dilin zənginliyinə dair digər dildə qarşı-
lıq tapmaq, onu izah edib aydınlaşdırmaqdan ibarətdir.
Azərbaycan dilində bu qrup lüğətlərin tarixi çox qə-
dimdir. Belə ki, ehtiyac əsasında hələ XIII–XIV əsrlərdə 
Hinduşah Naxçıvani “Sihah ül-əcəm” adlı farsca-azərbay-
canca, İbn Mühənna “Kitabi-məcmuəyi-tərcümani-tür-
ki-farsi-moğoli” adlı tərcümə lüğətləri yaratmışlar.
Azərbaycanda elmin, maarifin və mədəniyyətin inki-
şafı ilə əlaqədar XX əsrin əvvəllərindən tərcümə lüğətləri 
tərtibinə meyil xeyli güclənmişdir. 1902-ci ildə S.M.Qəni-
zadənin “Lüğəti-rusi-türki”, 1907-ci ildə Ü.Hacıbəylinin 
“Rusi-türki və türki-rusi lüğəti”, 1912-ci ildə Q.Qarabə-
yovun “Qamusi-rusi” və başqa lüğətlər çap olunmuşdur. 
Bunların hər birinin özünəməxsus tərtibi, xarakterik xü-
susiyyətləri, tərcümə üsulu və s. vardır. Bu lüğətlərin hər 
biri vaxtmda rus və Azərbaycan dillərinin öyrənilməsində 
xüsusi rol oynamışdır.
§295. Azərbaycanda tərcümə lüğətlərinin əsaslı şəkil-
də hazırlanmasına, başqa mədəni sahələrdə olduğu kimi, 


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
430
XX əsrdə başlanılmışdır. İlk illərdən başlayaraq bir sıra 
yeni-yeni lüğətlər yaradılıb oxucu kütləsinin istifadəsinə 
verilmişdir. XX əsrdə tərcümə lüğətlərinin yaranması və 
inkişaf tarixi aşağıdakı formadadır:
1920–1930-cu illərdə. Bu illərin əvvəlində inqilabdan 
qabaq hazırlanmış bəzi lüğətlər yenidən çap edilmişdir. 
Məsələn, S.M.Qənizadənin bir neçə dəfə dərc olunmuş 
“Rusca-türkcə lüğət”i 1922-ci ildə yenidən çap olunmuş-
dur. Lüğətin bu altıncı çapında 12 min söz əhatə olunmuş-
dur. Söz seçmək, onu şərh etmək sahəsində lüğətdə bir sıra 
qüsurlar vardır.
1928–1929-cu illərdə. R.Axundovun redaktəsi ilə “Rus-
ca-türkcə lüğət” çap edilmişdir. Lüğət iki cilddən ibarət 
olub, 60 min sözü əhatə edir. Bu lüğət söz miqdarına, 
sahələrə aid söz seçilməsinə, izahına və digər cəhətlərinə 
görə özündən əvvəlki lüğətlərdən ciddi şəkildə fərqlənir. 
Buna görə də Azərbaycan leksikoqrafiyası tarixində ilk 
mükəmməl lüğət kimi qiymətləndirilir.
1939-cu ildə H.Hüseynovun redaktəsi ilə bir neçə bir-
cildlik tərcümə lüğətləri çap edilmişdir. Lüğətin əvvəlində 
deyilir: “SSRİ Elmlər Akademiyası Azərbaycan filialının En-
siklopediya və Lüğətlər İnstitutu rus dilini böyük həvəslə 
öyrənən xalqımıza kömək etmək məqsədi ilə hələlik az bir 
müddət içərisində, orta məktəblər həcmində də olsa, bu lüğə-
ti düzəltmişdir”. Şübhəsiz ki, bu lüğətlər sonrakı illərdə mey-
dana çıxmış böyük lüğətin hazırlanmasında ilk addımlar idi.
1940–1950-ci illərdə. Bu illər Azərbaycan lüğətçiliyin-
də xüsusi mövqeyə malikdir. Belə ki, 1940–1946-cı illər-
də H.Hüseynovun bilavasitə rəhbərliyi altında irihəcmli 
“Rusca-azərbaycanca lüğət” hazırlanmış və onun redaktə-
si ilə dərc olunmuşdur. Lüğəti SSRİ Elmlər Akademiyası 
Azərbaycan filialının Ensiklopediya və Lüğətlər İnstitu-
tu hazırlamışdır. Lüğət dörd cilddən ibarətdir, 100 minə 


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
431
yaxın sözü əhatə edir. Bu lüğət özünün bir sıra məziyyət-
ləri ilə əvvəlki lüğətlərdən ciddi şəkildə fərqlənir. Burada 
rus ədəbi dilinin müxtəlif üslublarında işlənən sözlərin, 
demək olar ki, əksəriyyəti əhatə olunmuşdur. Bununla 
yanaşı, sözlərin bütün mənaları ətraflı verilmiş, məna və 
məna çalarlığı çətin anlaşıla bilən sözlər misallarla şərh 
olunmuşdur; məsələn:

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   249   250   251   252   253   254   255   256   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə