6. MÜASİr az-n əDƏBİ DİLİ. indd



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə255/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   251   252   253   254   255   256   257   258   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

DİGƏR LÜĞƏTLƏR
§297. Azərbaycan leksikoqrafiyasında rusca-azərbaycan-
ca və azərbaycanca-rusca tərcümə lüğət növlərindən əlavə, 
digər dillərə tərcümə ilə bağlı da lüğətlər yaradılmışdır.
1944-cü ildə “Rusca-farsca-azərbaycanca” lüğət çap edil-
miş, 1945-ci ildə isə Y.Mirbabayevin tərtib etdiyi “Müx tə sər 
farsca-rusca-azərbaycanca” lüğət meydana çıxmışdır. Hər iki 
lüğət çox sadə formada tərtib edilmişdir. Belə ki, lüğətdə bu 
və ya digər sözün hər üç dildə ancaq qarşılığı göstərilir.
1965-ci ildə “Fransızca-azərbaycanca lüğət” dərc 
olun muşdur. Lüğətin məqsədi fransız dilinin Azərbaycan 
oxucuları tərəfindən öyrənilməsinə xidmət etməkdən iba-
rət dir. Burada fransız dilinin lüğət tərkibində aktiv layı 
təşkil edib çox işlənən 25 min söz və ifadə əhatə edilmişdir. 
Lüğətdəki hər bir söz və ifadənin azərbaycanca qarşılığı ve-
rilmiş, hər hansı bir lüğəvi vahidin qarşılığı tapılmadıqda 
isə izah şəklində tərcümədən istifadə olunmuşdur.
1971-ci ildə “Almanca-azərbaycanca lüğət” oxucula-
rın istifadəsinə verilmişdir. Lüğət, əsasən, alman dilini öy-
rənənlərə, alman bədii ədəbiyyatı, ictimai-siyasi, elmi-küt-
ləvi ədəbiyyatı, qəzet və jurnalları oxuyub tərcümə etməyə 
kömək məqsədini güdür. Lüğətə elmin, mədəniyyətin
xalq təsərrüfatının sahələrinə aid olan 30 min söz və ifadə 
daxil edilmişdir.
1974-cü ildə V.Qukasyanın tərtib etdiyi “Udincə-azər-
baycanca-rusca lüğət” Azərbaycan SSR EA-nın “Elm” nəş-
riyyatı tərəfindən çap edilmişdir. Bu maraqlı lüğət üç his-
sədən ibarətdir. Lüğətin əvvəlində udi dili və onun sözləri 
haqqında elmi məlumat vardır. Lüğət hissəsində baş sözlər 
əlifba sırası ilə verilir. Burada diqqəti cəlb edən cəhətlərdən 
biri eynimənalı dialekt sözlərinin paralel yazılıb onun hansı 
dialektə aid olmasının da göstərilməsidir. Lüğətin sonunda 


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
435
udi dilinin qrammatikasına dair müxtəsər oçerk də veril-
mişdir. Dillərin qarşılıqlı öyrənilməsində və bir sıra tarixi 
izləri axtarmaqda bu lüğət xüsusi əhəmiyyətə malikdir.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   251   252   253   254   255   256   257   258   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə