6. MÜASİr az-n əDƏBİ DİLİ. indd



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə252/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   248   249   250   251   252   253   254   255   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

QRAMMATİKA (yunanca grammatike, rusca 
грамматика, ing. grammar, fr. qrammaire, alman grammatik
isp. gramatica) – dilçilikdə sözdəyişmə formalarını, söz bir-
ləşmələrinin formullarını və cümlə tiplərini sözlərin, söz 
birləşmələrinin və cümlələrin konkret maddi mənasından 
təcrid edilmiş şəkildə öyrənən şöbə. Qrammatika dilin lü-
ğət tərkibi və səs sistemi ilə sıx əlaqədardır. Qrammatika 
iki əsas hissədən ibarətdir: morfologiya, sintaksis. “Qram-
matika” termini “dilin quruluşu” mənasında da işlənir.
Müasir dilin qayda-qanunlarından bəhs edildikdə 
qrammatika – təsviri, bu və ya digər dilin qrammatik qu-
ruluşunun inkişafı tarixindən bəhs edildikdə – tarixi, bir 
qrup qohum dillərin qrammatik quruluşunun inkişafı 
müqayisəli-tarixi şəkildə öyrənildikdə – müqayisəli adlanır.
§293. Tərcümə terminoloji lüğətlərdə müxtəlif dillər-
dəki eyni terminlər qarşılaşdırılır. Nəşr olunmuş bu cür 
lüğətlərin əksəriyyətində rus və Azərbaycan dilinin mate-
riallarının qarşılaşdırıldığını görmək olur. Məsələn:
Rusca 
 
 
Azərbaycanca
горы древние
qədim dağlar
горы ледяные
buz dağlar
горы молодые
cavan dağlar
горы островные
adavarı dağlar
горы подводные
sualtı dağlar
2
1
Ə.Fərəcov. “İzahlı dilçilik lüğəti”, Bakı, 1969, səh. 24.
2
Coğrafiya terminləri lüğəti. “Elm” nəşriyyatı, Bakı, 1972, səh. 29.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
429
Terminoloji – tərcümə lüğəti adi tərcümə lüğətinin 
eyni deyildir. Bu, öz məqsədinə və materialın düzülüşü və 
izahına görə fərqlənir. Terminoloji lüğətdə, yuxarıdakı mi-
salda olduğu kimi, ancaq terminin qarşılığı verilir. Lakin 
tərcümə lüğətlərində isə bir sözün, yeri gəldikcə sinonimi, 
variantı, qrammatik xüsusiyyətləri və s. göstərilir.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   248   249   250   251   252   253   254   255   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə