6. MÜASİr az-n əDƏBİ DİLİ. indd


AZƏRBAYCAN DİLİNİN FRAZEOLOJİ



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə249/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   245   246   247   248   249   250   251   252   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

AZƏRBAYCAN DİLİNİN FRAZEOLOJİ
LÜĞƏTLƏRİ
§288. Frazeoloji vahidlərə aid leksikoqrafik iş frazeo-
loji lüğət adlanır. Lüğətlərin bu növündə hər bir frazeo-
loji ifadə və ibarə linqvistik mövqedən öz təhlilini tapır. 


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
424
Bu lüğətlər bir və ikidilli olur. İkidilli frazeoloji lüğətlərdə 
müxtəlif dillərin vahidləri qarşılaşdırılır.
1976-cı ildə Ə.Ə.Orucovun hazırladığı “Azərbaycan-
ca-rusca frazeologiya lüğəti” nəşr olunmuşdur. Bu kitab ön 
söz, giriş, lüğətin quruluşu haqqında oçerk və lüğət hissə-
sindən ibarətdir. “Giriş”də frazeologiyanın mahiyyətindən 
danışılır, yeni maraqlı fikirlər irəli sürülür. “Lüğətin qurulu-
şu haqqında” başlıqda isə 17 maddədə frazeoloji materialın 
seçilməsi meyarından, onların lüğətdə yerləşdirilməsi prin-
siplərindən, qarşılaşdırılması qaydalarından bəhs olunur.
Məlum olduğu kimi, Azərbaycan dili olduqca zəngin 
frazeoloji vahidlərə malikdir. Bu lüğətə dilimizin frazeoloji 
tərkibinə aid olan bütün spesifik vahidlər daxil edilmişdir. 
Burada ancaq frazeoloji ifadələr lüğət üçün obyekt götü-
rülmüşdür. Lüğətdə deyilir: “Bu və ya digər frazeoloji ifa-
dələrin lüğətə daxil edilməsi üçün əsas meyar onda məcazi 
mənanın olması, obrazlılıq, ekspressivlik üslubi çalarlıq və 
sairdir. Buna görə də lüğətə frazeologiyanın yalnız “Leksik 
idiomlar” mahiyyəti daşıyan hissəsi daxil edilmişdir”
1
.
Lüğətdə 5.500 frazeoloji vahid əhatə olunmuş, bunların 
rusca qarşılığı verilmişdir. Bu lüğət dilimizin frazeoloji ma-
terialının toplanmasına dair faydalı və qiymətli təşəbbüsdür.
Azərbaycan dilinin frazeologiyasına dair M.T.Tağıye-
vin hazırladığı “Rusca-azərbaycanca frazeoloji lüğət”də 
də müəyyən material vardır. Adından bəlli olduğu kimi, 
burada rus dilinin frazeoloji vahidlərinə Azərbaycan di-
lində qarşılıq axtarılmış və ya mənanın başqa vasitələrlə 
ifadə olunmasına səy göstərilmişdir. Bu lüğət 1964-cü ildə 
və təkmilləşdirilmiş şəkildə 1974-cü ildə nəşr olunmuşdur.
Azərbaycan dili rəngarəng frazeoloji tərkibə malikdir. 
İndiyə kimi nəşr olunmuş lüğətlərdə frazeoloji vahidlərin 
1
Ə.Ə.Orucov. “Azərbaycanca-rusca frazeologiya lüğəti”, Bakı, 1976, səh. 14.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
425
az hissəsi əhatə olunur. Dilimizin frazeoloji materialını ət-
raflı şəkildə toplamaq və onun leksikoqrafik təsvirini verən 
xüsusi Azərbaycan dili frazeoloji lüğətinin yaradılması müasir 
dilçiliyimizin qarşısında duran aktual vəzifələrdəndir.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   245   246   247   248   249   250   251   252   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə