6. MÜASİr az-n əDƏBİ DİLİ. indd



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə257/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   253   254   255   256   257   258   259   260   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

SÖZYARATMA ANLAYIŞI
§304. Hər bir müasir dildə bu və ya digər məfhumu ifa-
də etmək üçün yeni-yeni söz və ifadələr meydana çıxır, dilin 
lüğət tərkibini inkişaf etdirir. Lüğət tərkibini zənginləşdirən 
vasitələrdən biri dildə yeni söz yaratmaqdır. Dildəki söz-
lərin, demək olar ki, əksəriyyəti sözyaratma yolu ilə əmələ 
gəlmişdir. Deməli, sözyaratma dilin inkişafı və formalaşma-
sında başlıca vasitədir. Söz müxtəlif mənbələr əsasında bir 
sıra üsullarla əmələ gətirilir. Sözyaratmanın mənbələri, im-
kanları, vasitələri, formaları, xüsusiyyətləri və digər cəhətlə-
ri ilə məşğul olan dilçilik şöbəsi derivatologiya adlanır.
Derivatologiya, təxminən, Azərbaycan dilçiliyində 
XX əsrin 60-cı illərində müstəqil şöbə kimi formalaşmış-
dır. Əvvəllər derivatologiya məsələləri qrammatika və 
leksikologiyada öyrənilirdi. Bəzi tədqiqatlarda derivatoloji 
məsələlər qrammatikanın xüsusi hissəsi, bəzi əsərlərdə isə 
morfologiyanın bir bölməsi hesab olunurdu. Leksikoloqla-
rın yaradıcılığında isə sözyaratma hadisəsi tam leksikoloji 
tədqiqatlara aid edilirdi.
Derivatologiya, demək olar ki, dilçiliyin bütün şö-
bələri ilə sıx əlaqədədir. Lakin bu əlaqə leksikologiya və 
qrammatika arasında daha yaxın və möhkəmdir. Belə ki, 
sözlərin leksik-semantik əlamətləri araşdırılarkən deri-
vatologiya leksikologiyaya daha da yaxınlaşır, bir-birinin 
ümumi və xüsusi məsələlərinə əsaslanır. Beləcə də sözün 
morfoloji quruluşu ilə əlaqədar derivatologiya morfologi-
yaya, sintaktik əlaqələrlə bağlı isə sintaksisə müraciət edir, 
beləliklə, şöbələrarası əlaqə sıxlaşır və daha da artır.
XIII. DERİVATOLOGİYA


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
440
Müstəqil dilçilik şöbəsi kimi derivatologiyanın sərhə-
di necə müəyyən edilir? Məlumdur ki, sözyaratma dedik-
də hər cür proses buraya aid edilmir. Məsələn, uşaq, uşaq-
lıq, uşaqcığaz, uşaq bağçası sözlərində uşaqlıq, uşaqcığaz, uşaq 
bağçası derivatologiyanın tədqiqat obyekti olur. Bəs uşaq? 
Bu söz necə yaradılmışdır? Belə suallara dilçiliyin başqa 
şöbələri, o cümlədən semasiologiya şöbəsi cavab verir. 
Deməli, sözyaratma dedikdə, son zamanlarda, xüsusən 
hazırkı dövrdə əmələ gələn söz və ifadələr nəzərdə tutulur 
və derivatologiyanın sərhədi buradan müəyyənləşir.
Dildə sözyaratma prosesinin öyrənilməsi bir neçə 
cəhətdən xüsusi elmi və əməli əhəmiyyətə malikdir.
● Sözyaratma qanunauyğunluqlarının açılması hər bir 
morfoloji vahidin əlamətlərinin dərindən mənimsə-
nilməsinə kömək edir.
● Hər bir derivatoloji tədqiqat dilin leksik-semantik sis-
teminin inkişaf qanunlarını daha da aydın aşkar et-
məyə imkan yaradır.
● Derivatoloji axtarışların nəticələri dilin frazeoloji ma-
teriallarının təhlil və tədqiqinə, onun elmi şərhinə im-
kan yaradır.
● Sözyaratma hadisəsinin öyrənilməsi həmçinin bütün 
elm sahələrinə dair müxtəlif terminlərin yaradılması-
na kömək edir.
Azərbaycan dilində sözyaratmanın nəzəri məsələləri 
az-çox işlənilmişdir. Lakin dilimizdə gedən sözyaratma 
prosesinin bütün sahələri hələ tam elmi təhlilini tapmamış-
dır. Bu sahəni hərtərəfli əhatə etmək üçün dilçilikdə deri-
vatologiyanı geniş mənada götürüb dilin lüğət tərkibinin 
inkişaf mənbələrini də öyrənmək vacib məsələlərdəndir.
Göründüyü kimi, leksik abreviaturlar söz və ifadənin 
komponentlərinin müəyyən ünsürlərinin ixtisarı əsasında 
yaranmışdır. Leksik abreviaturlar bütöv sözlərin ifadə et-
diyi anlayışı bildirir. Deməli, leksik abreviaturların əmələ 
gətirilməsi sözyaratma prosesidir.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
441
Leksik abreviaturlardan Azərbaycan dilinin leksik sis-
temində istifadə olunarkən heç bir anlaşılmazlığa və do-
laşıqlığa yol verilmir. Buna görə də abreviatur dilimizin 
inkişafı üçün faydalı sözyaratma yollarındandır.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   253   254   255   256   257   258   259   260   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə