6. MÜASİr az-n əDƏBİ DİLİ. indd


SÖZLÜK HAQQINDA ÜMUMİ MƏLUMAT



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə256/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   252   253   254   255   256   257   258   259   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

SÖZLÜK HAQQINDA ÜMUMİ MƏLUMAT
Dilin müəyyən sahəsinə aid hazırlıq kimi hər sözlük 
lüğətlərdən fərqli xüsusiyyətlərə malik olur. Bu növ lek-
sikoqrafik materialda lüğətdəki kimi izahlar, məlumatlar 
verilmir. Burada məqsəd sözləri əlifba sırası ilə vermək
düzgün yazı və düzgün tələffüzə xidmət etməkdir.
Azərbaycan dilçiliyində bir neçə sözlük hazırlanmışdır.
AZƏRBAYCAN DİLİNƏ AİD ORFOEPİYA
SÖZLÜYÜ
§298. Orfoepiya sözlüyündə sözlərin ədəbi dil norma-
larına uyğun düzgün tələffüzü göstərilir. Bu növ sözlük 
praktik xarakterlidir.
1983-cü ildə çap olunmuş “Azərbaycan dilinin orfoepiya 
sözlüyü” orfoqrafiya lüğəti əsasında tərtib edilmişdir. Lüğətə 
dilimizdə çətin tələffüz edilən, vurğusu fərqli olan sözlər 
daxil olunmuşdur. Oxucuya kömək üçün sözlükdə “Azər-
baycan dili orfoepiyasının prinsipləri” də göstərilmişdir.
Sözlüyün məqsədi şifahi ədəbi nitqdə yol verilən qü-
surları islah etməkdən ibarətdir. Buna görə də bu sözlük 
nitq mədəniyyətinin inkişafında xüsusi əhəmiyyət kəsb 
edir.
Sözlük hazırlanarkən geniş oxucu kütləsi nəzərdə tu-
tulmuşdur. Bu haqda sözlükdə deyilir: “Respublikada ilk 
dəfə tərtib edilən bu sözlük diktorlar, aktyorlar, müğən-


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
436
nilər, elmi işçilər, müəllim və şagirdlər, eləcə də ümumi 
oxucular üçün nəzərdə tutulmuşdur”.
Hazırda belə lüğətlərin hazırlanmasına böyük ehtiyac 
duyulur.
AZƏRBAYCAN DİLİNƏ DAİR 
ORFOQRAFİYA SÖZLÜYÜ
§299. Orfoqrafiya sözlüyü dildəki leksik vahidlərin 
düzgün yazılışını əks etdirir. Burada məqsəd savadlı yaz-
mağı daha da inkişaf etdirməkdən ibarətdir.
Orfoqrafiya sözlüyü imkan daxilində dilin bütün söz-
lərini, əks təqdirdə isə (sözlüyün həcmi ilə əlaqədar ola-
raq), əsasən, yazılışı çətin sözləri əhatə edir.
XX əsrdə Azərbaycan yazısında çətin ərəb əlifbası çıxa-
rıldıqdan sonra xalqın mədəni tərəqqisi ilə əlaqədar olaraq 
orfoqrafiya məsələsi günün mühüm məsələlərindən biri kimi 
qarşıya çıxmışdı. Həmin dövrdə orfoqrafiya qaydalarının 
nizama salınmasında orfoqrafiya sözlük və lüğətinin tərtib 
olunması da mühüm tələblərdən biri hesab edilmişdir.
§300. Azərbaycan dilinin ilk orfoqrafiya sözlüyü 1929-cu 
ildə “İmla lüğəti” adı ilə Azərnəşr tərəfindən buraxılmışdır.
Bu lüğət (sözlük), ümumiyyətlə, orfoqrafiya sözlüyü-
nün qarşısına qoyulan tələblərə müvafiq hazırlanmışdır.
Lüğətin həcmi çox kiçikdir. Burada dilimizin sözlə-
rinin olduqca az hissəsi verilmişdir. Lüğətin həcmcə çox 
qısa olmasına baxmayaraq, bu, yazılı nitq mədəniyyətinin 
inkişafında xüsusi rol oynamışdır. Həmin lüğət (sözlük) 
orfo qrafiya lüğəti (sözlüyü) tərtibi tarixində ilk təşəbbüs 
olduğu üçün də çox qiymətlidir.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
437
§301. Məlum olduğu üzrə, hələ 1939-cu ildə yazı-
mızın orfoqrafik qaydaları lazımi şəkildə sabitləşməmiş-
di. Orfoqrafiyamızda bəzi dolaşıqlıqlar hökm sürürdü. 
Bunların islahı ilə əlaqədar olaraq sonralar orfoqrafiya 
lüğətinin də yenidən hazırlanması zəruriliyi qarşıya 
çıxmışdı.
Azərbaycan SSR XKS tərəfindən təsdiq olunmuş or-
foqrafik qaydalara əsasən yenidən hazırlanan həmin lüğət 
“Orfoqrafiya lüğəti” adı ilə 1940-cı ildə nəşr olunmuşdur. 
Lüğətin ikinci nəşrinin həcmi kiçikdir. Dilimizdəki söz və 
terminlərin çox az hissəsi buraya daxil edilmişdir.
§302. Orfoqrafiya məsələlərinə dair ictimaiyyətin tələ-
bini lazımi şəkildə ödəmək məqsədi ilə 1960-cı ildə Azər-
baycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiy-
yat və Dil İnstitutu tərəfindən “Azərbaycan dilinin orfoqrafiya 
lüğəti” nəşr edilmişdir. Lüğət Azərbaycan SSR Nazirlər So-
vetinin 1958-ci il 24 iyul tarixli, 497 nömrəli qərarı ilə təsdiq 
edilmiş və 1959-cu il 6 aprel tarixli, 268 nömrəli qərarı ilə 
8-ci paraqraf dəqiqləşdirilmiş “Azərbaycan dilinin orfoqra-
fiya qaydaları” əsasında tərtib olunmuşdur
1
.
Bu lüğətin tərtibində 1940-cı ildə nəşr edilmiş 
“Orfoqra fiya lüğəti” əsas tutulmuşdur. Lüğətin üçüncü 
nəşrində, təxminən, 40000-dən artıq söz vardır.
Kitabda xüsusi coğrafi adlar və şəxs adları da əlavə 
şəklində verilmişdir. Həmin lüğət 1940-cı ildəkinə nis-
bətən xeyli təkmilləşdirilmişdir.
Hazırda “Azərbaycan dilinin orfoqrafiya lüğəti” yazılı 
nitq mədəniyyətini inkişaf etdirməkdə xüsusi əhəmiyyətə 
malikdir.
1
Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, 1960, səh. 3.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
438
§303. “Azərbaycan dilinin orfoqrafiya lüğəti” 1975-ci 
ildə çap olunmuşdur. Bu, onun dördüncü nəşridir. Həmin 
lüğət 1960-cı ildə çap edilmiş nəşrinin yenidən işlənilmiş 
və təkmilləşdirilmiş formasıdır.
Lüğətin əvvəlində deyilir: “Əvvəlki lüğətlərdən fərqli 
olaraq, bu lüğətdə bəzi dəyişikliklər edilmişdir”.
1
Həmin 
dəyişikliklər aşağıdakılardır:
1) Əvvəlki lüğətdə sözlərin iki formada yazılmasına 
(gizlənpaç, gizlənqaç) imkan verildiyi halda, burada 
ancaq bir formanın (çoxişlənən) saxlanılması zəruri 
hesab edilmişdir.
2) İnkişafla əlaqədar olaraq meydana gəlmiş sözlər (kos-
mos, orbit və s.) qanuni olaraq lüğətə daxil edilmişdir.
3) Lüğətin tərkibi bəzi təsadüfi, lüzumsuz sözlərdən tə-
mizlənmişdir.
Ümumiyyətlə, lüğətin bu nəşri xeyli təkmilləşdirilmiş, 
müasir tələblərə cavab verə bilən səviyyəyə yüksəldilmişdir.
Azərbaycan dilciliyində leksikoqrafiyanın daha da in-
kişaf etdirilməsi müasir aktual problemlərdəndir. Bu sahə-
də bir sıra yeni lüğətlərin və sözlüklərin yaradılmasına bö-
yük ehtiyac duyulur
2
.
1
Azərbaycan dilinin orfoqrafiya lüğəti, Bakı, 1975, səh. 3.
2
Afad Qurbanov. Tətbiqi dilçilik məsələləri, Bakı, 2003.


439

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   252   253   254   255   256   257   258   259   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə