6. MÜASİr az-n əDƏBİ DİLİ. indd


LEKSİK YOLLA SÖZ YARADILMASI



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə259/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   255   256   257   258   259   260   261   262   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

LEKSİK YOLLA SÖZ YARADILMASI
§308. Hər bir müasir canlı dil öz lüğət tərkibinin inki-
şafını təbii olaraq heç zaman dayandırmır. Lüğət tərkibi-
nin bir hissəsi dildə leksik yolla yaranan vahidlərin hesabı-
na artıb zənginləşir.
Müasir Azərbaycan ədəbi dilində leksik sözyaratma-
nın xüsusi qrupunu ixtisarlar – abreviaturlar
1
vasitəsilə ya-
ranan sözlər təşkil edir. Abreviatur geniş anlayışdır. Buna 
görə də bütün abreviaturlar dildə leksik sözyaratma pro-
sesinə aid edilmir.
Məlumdur ki, həm yazılı, həm də şifahi ədəbi dildə 
müəyyən qrup sözlər ixtisar formasında işlənilir. Bu ixti-
sarlar – abreviaturlar iki formadadır: a) qrafik abreviatur-
1
Abreviatur (abbreviatura) italyan sözü olub ixtisar deməkdir.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
443
lar, b) leksik abreviaturlar. Bunlardan qrafik abreviaturlar 
ixtisarla yazılır, lakin bütöv şəkildə oxunur. Məsələn: k. – 
kənd, qəp. – qəpik, prof – professor, dos. – dosent, yol. – yoldaş 
və s. Göründüyü kimi, qrafik abreviaturlar yaradılmış söz 
deyildir.
Yazılı və şifahi dildə eyni ilə işlənə bilən söz və söz 
birləşməsinin ixtisarı leksik abreviatur adlanır. Məsələn: 
ADPU (Azərbaycan Dövlət Pedaqoji Universiteti), TEC 
(Tələbə Elmi Cəmiyyəti), ASE (Azərbaycan Sovet Ensiklo-
pediyası), ABŞ (Amerika Birləşmiş Ştatları) və s.
SEMANTİK YOLLA SÖZ YARADILMASI
§309. Azərbaycan dilində bu yolla söz yaradılması 
başqa dillərdə olduğu kimi, semantik hadisələr əsasında 
əmələ gələn sözlər müşahidə olunur.
Dildə bu və ya digər omonimin daxili imkanlar əsa-
sında yaranması semantik hadisənin nəticəsidir və bu va-
sitə ədəbi dilin lüğətini daha da zənginləşdirir. Məsələn, 
ümumi adın xüsusiyə keçməsi əsasında zahid sözündən 

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   255   256   257   258   259   260   261   262   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə