6. MÜASİr az-n əDƏBİ DİLİ. indd


Zahid xüsusi şəxs adı; mənanın genişlənməsi əsasında var



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə260/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   256   257   258   259   260   261   262   263   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

Zahid xüsusi şəxs adı; mənanın genişlənməsi əsasında var, 
cah-calal mənasını bildirən dövlət sözündən iqtisadi-siyasi 
mənalı dövlət sözü; adi sözün termin kimi işlənməsi nəti-
cəsində üz, camal mənasını bildirən sifət sözündən əlamət 
və keyfiyyət bildirən nitq hissəsinin adı olan sifət omonimi 
meydana çıxmışdır.
Dilimizdə semantik yolla omonim sözlərin əmələ 
gəlməsinin tarixi çox qədimdir. Belə ki, “omonimlərin he-
sabına dilimizin lüğət tərkibinin zənginləşməsi onun ən 
qədim, ilk təşəkkülü dövrlərindən başlamış davam edən 
hadisələrdən biridir”
1
.
Dilin lüğət tərkibinin zənginləşməsində söz və ifadələ-
rin mənalarının dəyişdirilməsi də əsas vasitələrdən biridir. 
Dünyada hər bir anlayışı ayrı-ayrı xüsusi sözlə ifadə edən 
1
S.Cəfərov. “Müasir Azərbaycan dilinin leksikası”, Bakı, 1958, səh.32.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
444
heç bir dil yoxdur və ola da bilməz. İnkişafla əlaqədar ola-
raq meydana çıxan yeni-yeni anlayışların ifadəsi üçün çox 
zaman yeni söz axtarılmayıb, dildəki mövcud sözün mənası 
dəyişdirilməklə bu və ya başqa məfhum ifadə olunur. Bu 
məqsədlə sözlərin mənalarının dəyişdirilməsi iki cür olur:
● sözün mənası tamamilə dəyişir. Belə hallarda köhnə 
sözə yeni məna verilir;
● mövcud sözün əsas mənası mühafizə edilərək onun 
semantik dairəsi genişlənir və qismən dəyişiklik edi-
lir. Burada da söz yeni məna qazanır, başqa şəkildə 
desək, dildə məna cəhətdən yeni söz yaranır. Məhz 
elə buna görə də sözün mənasının istər tam, istərsə də 
qismən dəyişilməsinə semantik söz yaradıcılığı kimi 
baxmaq lazımdır.
Müasir Azərbaycan ədəbi dilinin lüğət tərkibindəki söz-
lərin bir qismi, o cümlədən hazırda dilimizdə çox geniş şə-
kildə işlənən zəhmət, iclas və s. kimi onlarla sözün qədimdə 
ifadə etdikləri mənalar dəyişmiş və yeni məna kəsb etmişdir.
Sözün yeni məna kəsb etməsi hadisəsi dilimizin daxili 
semantik qanunlarına əsasən və birdən-birə deyil, tədrici 
yolla baş vermişdir. Bu hadisə nəticəsində dilimizin lüğət 
tərkibi kəmiyyətcə yox, keyfiyyətcə zənginləşmişdir.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   256   257   258   259   260   261   262   263   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə