6. MÜASİr az-n əDƏBİ DİLİ. indd


AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN LEKSİK VƏ



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə258/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   254   255   256   257   258   259   260   261   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN LEKSİK VƏ
FRAZEOLOJİ TƏRKİBİNİN ZƏNGİNLƏŞMƏ
MƏNBƏ VƏ YOLLARI
§305. Dilimizin leksik və frazeoloji tərkibinin zəngin-
ləşməsi bilavasitə xalqımızın tarixi ilə bağlıdır. Xalqımız ta-
rixən inkişaf yolu keçdikcə dilimiz də buna müvafiq olaraq 
təkmilləşmə, zənginləşmə mərhələlərinə qədəm qoymuş-
dur. Azərbaycanda siyasi, iqtisadi, elmi, mədəni tərəqqi və 
yüksəlişlə əlaqədar olaraq dilimiz də çox sürətlə zənginləş-
miş və inkişaf etmişdir. Zənginləşmə və inkişaf dilimizin 
həm də leksikasında və frazeologiyasında özünü göstərir.
XX əsrdə Azərbaycan ədəbi dili lüğət tərkibinin zən-
ginləşməsində iki mənbədən istifadə edilmiş və hazırda 
da bunlardan istifadə olunur: birincisi, dilimizin daxili im-
kanları, ikincisi başqa dillərin vasitələri
1
.
ƏDƏBİ DİLİN LÜĞƏT TƏRKİBİNİN DAXİLİ
İMKANLAR ƏSASINDA ZƏNGİNLƏŞMƏSİ
§306. Başqa müasir dillər kimi, Azərbaycan ədəbi dili 
də, başlıca olaraq, öz daxili imkanları və ümumxalq dili 
əsasında inkişaf edir. Buna görə həmin imkanlar dilimi-
zin lüğət tərkibinin zənginləşməsi üçün başlıca mənbədir. 
Qeyd etmək lazımdır ki, bu hadisə dilimizin varlığını və 
onun müstəqilliyini şərtləndirən əsas amillərdən sayılır.
Ədəbi dilimizin lüğət tərkibi onun daxili imkanları 
əsasında, başlıca olaraq, iki yolla zənginləşir; birincisi yeni 
söz və ifadə yaradılmaqla, ikincisi dialekt və şivələrdən 
söz və ifadə götürülməklə.
1
Omonim, sinonim, antonim və digər söz qrupları ilə əlaqədar onların əmələ gəlməsindən 
danışıldığı üçün burada həmin məsələ yığcam və qısa verilir.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
442
DİLDƏ YENİ SÖZ VƏ İFADƏ YARADILMASI 
İLƏ LÜĞƏT TƏRKİBİNİN ZƏNGİNLƏŞMƏSİ
§307. Məlumdur ki, dilin lüğət tərkibinin zənginləş-
məsi, başlıca olaraq, yeni sözlərin yaranması hesabına olur. 
Yeni söz və ifadə yaratmaq Azərbaycan dilində müntəzəm 
davam edən zəruri bir prosesdir. Bu proses dilimizdə qüv-
vətli olduğu kimi, həm də çox məhsuldardır. XX əsrdə 
xüsusən indi elm, texnika, sənaye, ədəbiyyat, mədəniyyət 
və s. sahələrin sürətlə inkişafı əsasında dilimizdə yüzlərcə 
yeni-yeni söz və ifadələr yaranmışdır; məsələn: traktorçu, 
qabaqcıl, zərbəçi, sürücü, aqreqatçı, futbolçu, tankçı, təyyarəçi, 
lüğətçilik və s. Müasir Azərbaycan ədəbi dilində yeni söz və 
ifadələr müxtəlif şəkildə bir sıra üsullarla yaradılır. Bunla-
rın ən ümumməqbulu aşağıdakılardır:
1) leksik yolla,
2) semantik yolla,
3) morfoloji yolla,
4) sintaktik yolla.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   254   255   256   257   258   259   260   261   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə