6. MÜASİr az-n əDƏBİ DİLİ. indd



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə254/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   250   251   252   253   254   255   256   257   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

ВРЕМЯ cp. 1) Vaxt, zaman, müddət, zəmanə: Долгое 
времяuzun zaman; время от времени, от времени до 
времени, по временам – hərdənbir, bəzən; со временем – vaxtı 
ilə, vaxtı gələndə; до сего времени – bu vaxtadək, indiyədək; 
все время – həmişə; вовремя – vaxtında; тем временем – bu-
nunla belə, eyni zamanda; в то время как – halbuki; в тоже 
время – eyni zamanda; на время – bir vaxta qədər, bir müd-
dətə; настоящее время – indiki zaman; прошедшее время – 
keçmiş zaman; будущее время – gələcək zaman; с течением 
времени – tədricən, zaman keçdikcə; 2) yarışlarda müəy-
yən yerədək yüyürmək, üzmək, at çapmaq və s. üçün təyin 
edilən müddət; 3) saat; какое время – saat neçədir?
Yaxud:
ВСТРЕЧА ж. 1) rast gəlmə, təsadüf etmə; I. Görüşmə, gö-
rüş; II. yığıncaq: устроить товарищскую встречу – yoldaşlıq 
görüşü düzəltmək; 2) qarşılaşma: встреча двух футбольных 
команд – iki futbol komandasının qarşılaşması; 3) qarşılama, 
qabağına çıxma: для встречи делегатов – nümayəndələri qar-
şılamaq üçün; играть встречу – xoşgəldin çalmaq: bir adamı 
fəxri surətdə qarşıladıqda çalınan xüsusi musiqi.
Lüğətdə rus sözlərinin dilimizdə dəqiq qarşılığının 
seçilməsinə xüsusi diqqət yetirilmiş, izahlarda dilin sino-
nimliyindən geniş və bacarıqla istifadə olunmuşdur.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
432
1941–1955-ci illərdə müəyyən məqsədli bircildlik bir 
sıra rusca-azərbaycanca lüğət də çap olunmuşdur.
1956–1959-cu illərdə Ə.Orucov, S.A.Məlikov və 
A.Ə.Əfən di yevin redaktəsi ilə ikicildlik “Rusca-azərbaycan-
ca lüğət” çap edilmişdir. Bu lüğət H.Hüseynovun redaktə-
si ilə 1940–1946-cı illərdə dərc olunmuş dördcildlik lüğətin 
“ye nidən işlənib təkmilləşdirilmiş yeni nəşridir”. Lüğət rus 
dilində köhnəlmiş, dar, məhəlli sözlərdən, jarqonlardan 
azad edilmişdir. Burada məhdud ixtisas terminləri də ixtisar 
olunmuşdur. Yenidən işlənərkən sənaye, kənd təsərrüfatı və 
mədəniyyətin inkişafı ilə əlaqədar rus dilində təşəkkül tap-
mış sözlər lüğətə daxil edilmişdir. Rus dili sözlərinin qarşılı-
ğı göstərilərkən sinonimliyə geniş yer verilmiş və frazeoloji 
materialdan da xeyli istifadə olunmuşdur.
1970–1980-ci illərdə. 1971–1978-ci illərdə Azərbay-
can SSR EA-nın üzvü Ə.Orucovun redaktəsi ilə üçcildlik 
“Rusca- azərbaycanca lüğət” çap edilmişdir. Bu lüğət 1956–
1959-cu illərdə nəşr olunmuş ikicildlik “Rusca-azərbay-
canca lüğət”in təkmilləşdirilmiş yeni nəşridir. Bu, “Rus-
ca-azərbaycanca lüğət”in üçüncü nəşri adlanır. Buradakı 
dəyişikliklər və əlavələr yeni sözlərin və frazeoloji vahid-
lərin lüğətə daxil olunmasında daha çox müşahidə edilir.
1982–1984-cü illərdə üçcildlik “Rusca-azərbaycanca lü-
ğət”in dördüncü nəşri meydana çıxmışdır. Lüğət “Maarif” 
və “Gənclik” nəşriyyatlarında çap olunmuşdur.
§296. Azərbaycanca-rusca lüğət. Bu qrup lüğətlərin 
hazırlanmasına, əsasən, 1938-ci ildən başlanılmış və ilk 
“Azərbaycanca-rusca lüğət” 1939-cu ildə çap olunmuşdur. 
Həmin ildə “Azərbaycanca-rusca lüğət” adında bir neçə 
kitab dərc edilmişdir. H.Hüseynovun redaktorluğu ilə 
nəşr olunmuş lüğətlərin birində 8 min söz əhatə edilmiş 
və lüğətdə deyilir ki, bu lüğət ilk təcrübədir, şübhəsiz, ça-


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
433
tışmazlıqdan, qüsurlardan azad deyildir. 1939-cu ildə çap 
olunmuş (bunun da redaktoru H.Hüseynovdur) başqa 
lüğət nisbətən genişləndirilmiş, burada 12 min başlıq söz 
əhatə olunmuşdur. Bu lüğətdə frazeoloji materialın izahı-
nın verilməsi onun fərqli cəhətlərindəndir.
1941-ci ildə nəşr olunmuş “Azərbaycanca-rusca lüğət” 
SSRİ Elmlər Akademiyası Azərbaycan filialının Lüğətlər İns-
titutu tərəfindən 1939-cu ildə hazırlanmış lüğətin ikinci ça-
pıdır. Lüğət yenidən işlənilmiş, təkmilləşdirilmiş və 17 min 
sözü əhatə edir. Lüğətin əvvəlində onun məqsədi haqqında 
deyilir: “Bu lüğət geniş oxucu kütləsinə kömək göstərmək 
məqsədi ilə tərtib edilmiş və Azərbaycan dilini öyrənmək, 
azərbaycanca müstəqil surətdə oxumaq və Azərbaycan di-
lindən rus dilinə siyasi, elmi, bədii və s. ədəbiyyat tərcümə 
etmək işində yardımçı bir vasitə vəzifəsini görəcəkdir”.
1951-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının 
Ədəbiyyat və Dil İnstitutu tərəfindən “Azərbaycanca-rus-
ca lüğət” çap olunmuşdur. Bu lüğət 50-ci illərdə dilçilik 
məsələlərinin müzakirələri təsirində meydana çıxmışdır. 
Lüğət 10 min sözü əhatə edir. Həmin lüğət təkmilləşdi-
rilərək 1962-ci ildə yenidən çap edilmişdir. Lüğətin ikin-
ci nəşrində xeyli dəyişiklik və əlavələr edilmişdir. Burada 
omonimlərin şərhinə və sözlərin qrammatik xarakterizə 
edilməsinə xüsusi fikir verilmişdir.
1965-ci ildə X.Əzizbəyovun hazırladığı “Azərbaycan-
ca-rusca lüğət” çap edilmişdir. Bu lüğətdə 23 minə yaxın 
söz verilmişdir. Müəllif lüğətə ümumişlək sözlərlə yanaşı, 
bəzi arxaik və azişlənən sözləri də daxil etmişdir. Burada, 
yəqin ki, keçmiş ədəbi irsimizin öyrənilməsinə kömək et-
mək məqsədi gözlənilmişdir.
Hazırda azərbaycanca-rusca daha mükəmməl lüğət-
lərin yaradılmasına böyük ehtiyac vardır.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
434

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   250   251   252   253   254   255   256   257   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə