6. MÜASİr az-n əDƏBİ DİLİ. indd


MORFOLOJİ YOLLA SÖZ YARADILMASI



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə261/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   257   258   259   260   261   262   263   264   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

MORFOLOJİ YOLLA SÖZ YARADILMASI
§310. Müasir Azərbaycan ədəbi dilində morfoloji yol-
la söz yaradıcılığı son dərəcə mürəkkəb bir proses olduğu 
üçün bunun çox müxtəlif formaları vardır. Morfoloji yolla 
sözlər, əsasən, sözdüzəldici şəkilçilər (leksik şəkilçilər) va-
sitəsilə yaradılır. Bunlardan bir neçəsini nəzərdən keçirək.
-lıq, -lik, -luq, -lük şəkilçisi. Bu şəkilçinin köməyi ilə 
dilimizdə vəzifə, peşə, kəmiyyət, keyfiyyət, əşya və s. mə-
nalar bildirən yeni sözlər yaranmışdır; məsələn:
● vəzifə bildirən: rektor-luq, nazir-lik, katib-lik, sədr-lik və s.
● peşə bildirən: müəllim-lik, aqronom-luq, mühən-
dis-lik və s.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
445
● kəmiyyət bildirən: az-lıq, çox-luq və s.
● keyfiyyət bildirən: yaxşı-lıq, pis-lik və s.
● əşya adı bildirən: göz-lük, baş-lıq, əl-lik və s.
 
-ma, -mə şəkilçisi. Dilimizdə bu şəkilçi vasitəsilə, 
əsasən, aşağıdakı qrup yeni sözlər əmələ gəlmişdir
məsələn:
● əşya adı bildirən sözlər: düy-mə, dol-ma, süz-mə, çək-mə, 
qovur-ma, yar-ma və s.
● termin bildirən sözlər: qoş-ma, deyiş-mə, yanaş-ma, uz-
laş-ma və s.
● qarşılıqlı iş adı və əlamət bildirən sözlər: vuruş-ma, 
döy-mə (ət), hör-mə (don) və s.
 
-ar, -ər şəkilçisi. Bu şəkilçi vasitəsilə müxtəlif mənalı 
bir sıra yeni sözlər yaranmışdır; məsələn:
● əşya adı bildirən sözlər: aç-ar, kəs-ər və s.
● hal-vəziyyət və hərəkət bildirən sözlər: göy-ər(mək), 
boz-ar(maq), ot-ar(maq) və s.
Müasir Azərbaycan dilində morfoloji yolla, yəni şə-
kilçilər vasitəsilə yeni sözlər yaradılması digər yollara nis-
bətən daha məhsuldar xarakter daşıyır. Bu, dilimizdəki 
sözdüzəldici şəkilçilərin çox zəngin olması ilə əlaqədardır. 
Müasir Azərbaycan ədəbi dili morfoloji yolla yeni söz ya-
ratmaq üçün çox geniş imkanlara malikdir. Hazırda yeni 
sözlər yaratmaq üçün yüzdən artıq şəkilçidən istifadə olu-
nur. Bunlardan, təxminən, qırxı isim düzəldən şəkilçidir.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   257   258   259   260   261   262   263   264   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə