6. MÜASİr az-n əDƏBİ DİLİ. indd



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə247/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   243   244   245   246   247   248   249   250   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

(1960)
§285. Klassiklərimizin əsərlərində və eləcə də müasir 
ədəbi dilimizdə müşahidə olunan və mənası çətin anlaşı-
lan sözlərin mənalarını aydınlaşdırmaq və bununla da orta 
və ali məktəblərdə tədris işinə kömək etmək məqsədi ilə 
S.Cəfərov, İ.Hacıyev, H.Mirzəzadə, C.Bağırov tərəfindən 
“Azərbaycan ədəbi dilində işlənən ərəb və fars sözlərinin 
qısa lüğəti” tərtib edilmişdir. Lüğət 1960-cı ildə nəşr olun-
muşdur. Lüğətdə təxminən 6000 söz əhatə edilmişdir.
Lüğətdə XIII əsrdən başlamış son dövrə qədər dilimizə 
ərəb və fars dillərindən keçmiş sözlər daxil edilmişdir.
Lüğətdə hər bir sözün qarşısında onun mənşəcə han-
sı dilə (ərəb və ya fars) məxsus olduğu mötərizədə göstə-
rilmişdir. Bundan sonra həmin sözün mənası izah olun-
muşdur. Sözlərin mənalarının şərh edilməsində aşağıdakı 
prinsiplər əsas götürülmüşdür:
1. Bu və ya digər ərəb və fars sözünün izahı həmin sö-
zün dilimizdəki qarşılığı (sinonimi) ilə verilmişdir; məsələn:
AQİL (ə.) – ağıllı
BƏN (f.) – xal
AHƏN (f.) – dəmir 
BƏTN (ə.) – qarın
AHU (f.) – ceyran 
VALİD (ə.) – ata. Və s.
VAS (f.) – vergi
2. Dilimizdə qarşılığı olmayan ərəb və fars sözlərinin 
mənası izah olunmuşdur; məsələn:
VARİS (ə.) – miras sahibi, ölən şəxsin malına qohum-
luq hüququna əsasən yiyələnən.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
421
DİLRÜBA (f.) – könül çəkən, hər kəsi özünə məftun edən.
ECAZKAR (ə.) – xariqüladə hərəkət edən, “möcüzə” 
göstərən.
3. Sözün mənasını daha aydın izah etmək üçün həmin 
sözün tərkiblər içərisində işləndiyi göstərilmişdir; məsələn:
ƏHL (ə.) – bir yerdə sakin olan insan, adamlar, əhli- 
beyt – ev əhli, arvad-uşaq; əhli-kəramət – kəramət, səxa vət 
əhli; əhli-ürfan – bilik əhli.
İQD (ə.) – həmail, boyunbağı, düyün, qaytan; topa; 
salxım, iqdi-əngur – üzüm salxımı; iqdi-sürəyya – ülkər ul-
duzlarının topası; iqdi-şəbnəm – şeh damlalarının topası.
4. Bəzi hallarda sözün izahı ilə əlaqədar olaraq onun iş-
ləndiyi bədii əsərdən sitatlar, misallar da verilmişdir; məsələn:
KASİD (ə.) – durğun vəziyyətdə olan (alver), müş-
tərisi olmayan, satılmayan, işə getməyən (mal). Şəha, şirin 
sözün qılır Misirdə bir zaman kasid... (Həsənoğlu).

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   243   244   245   246   247   248   249   250   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə