6. MÜASİr az-n əDƏBİ DİLİ. indd


AZƏRBAYCAN DİLİNİN DİALEKTOLOJİ



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə244/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   240   241   242   243   244   245   246   247   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

AZƏRBAYCAN DİLİNİN DİALEKTOLOJİ
LÜĞƏTİ (1964)
§281. Azərbaycan dialekt və şivələrinin leksik tərkibi-
nin öyrənilməsinə son zamanlarda daha ciddi fikir veril-
miş və bu sahəyə dair tədqiqat işləri genişləndirilmişdir.
1958-ci ildən Azərbaycan SSR EA Nizami adına Ədə-
biyyat və Dil İnstitutunun Azərbaycan dialektologiyası 
şöbəsi bircildlik “Azərbaycan dilinin dialektoloji lüğəti”ni 
hazırlamağa başlamışdı. Bu iş başa çatdırılaraq 1964-cü 
ildə R.Rüstəmov və M.Şirəliyevin redaktorluğu ilə nəşr 
olunmuşdur. “Azərbaycan dilinin dialektoloji lüğəti”ndə 
dilimizin dialekt və şivələrində mövcud olub ümumədə-
bi dilin lüğət tərkibindən fərqlənən 6300 sözün mənası 
aydınlaşdırılmışdır.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
416
Lüğətdə hər baş sözün qarşısında onun hansı dialekt 
və şivədə işləndiyi mötərizə içərisində göstərilmişdir. Bu-
nunla bərabər, hansı nitq hissəsinə aid olduğu ixtisar şək-
lində qeyd olunmuşdur. Bundan sonra sözün mənası izah 
edilmiş, izahların rusca tərcüməsi verilmişdir. Sözləri daha 
dəqiq şərh etmək üçün onların yerli şivədəki tələffüzünə 
aid misallar (cümlələr) göstərilmişdir; məsələn:
ALATORAN: (Qazax), is. z. – dan yeri sökülən vaxt – 
спозаранку, чуть свет, рано утром. – Yerimnən alatoran du-
ruf yola düşdüm.
Yaxud:
BIÇQI: (Biləsuvar), is. – mişar-pila. – Bıçqının dişdəri köhnədi.
Dilimizin dialekt və şivələrinə aid ilk dəfə olaraq bü-
töv şəkildə nəşr olunmuş bu lüğətin ən yaxşı xüsusiyyətlə-
ri təxminən aşağıdakılardır:
1. Lüğətin sözlüyü, əsasən, düzgün seçilmişdir; orada 
ancaq dialekt və şivə sözləri əhatə olunmuşdur.
2. Lüğətdə sözlərin mənalarının düzgün izahına xüsusi 
diqqət yetirilmiş və demək olar ki, hər bir sözün mə-
nası aydın şəkildə şərh edilmişdir.
3. Lüğətdəki misal-cümlələr dialekt və şivələrdə olduğu 
kimi verilmişdir.
4. Lüğətdən istifadəni asanlaşdırmaq üçün orada izah 
olunan hər sözün hansı şivə və ya dialektə aid olduğu 
aydın şəkildə əks etdirilmişdir.
Bütün bu kimi müsbət cəhətləri ilə yanaşı, lüğətdə 
bəzi çatışmazlıqlar da vardır. Məsələn, lüğətdə dilimizin 
dialekt və şivələrindəki bütün sözlər əhatə edilməmişdir. 
Oradakı baş sözlərdən bir çoxunda hansı dialekt və ya 


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
417
şivələrdə işləndiyi dəqiq müəyyənləşdirilməmişdir. Mə-
sə lən, arakəsmə sözü ancaq Şahbuz şivələrinə, beşdaş sözü 
Ba kı və Şamaxı dialektlərinə, vayıs sözü Nuxa dialektinə 
və s. aid edilmişdir. Halbuki bu sözlərdən bir sıra başqa 
di alekt və şivələrdə də (Gürcüstanın Marneuli, Dmanisi, 
Baş keçid və s.) eyni mənada istifadə olunur.
Bu qüsurlarına baxmayaraq, dilimizin hərtərəfli öy-
rənilməsində “Azərbaycan dilinin dialektoloji lüğəti”nin 
böyük elmi əhəmiyyəti vardır.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   240   241   242   243   244   245   246   247   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə