26
əslində, mahiyyət birdir ki, birdir. Bu - hər yerdə və hər zaman
şəxsiyyətin özünü dərk etməsi, özünə qayıtması kimi böyük bir
mənəvi intibahın, əxlaqi inqilabın gerçəkləşməsidir. Bu mənəvi-
psixoloji çevrilişin, özünəqayıdışın ümumbəşəri əhəmiyyəti isə odur
ki, bu dünyada ocağa dönüklükdən də yaman dərd olmadığına
inanırsan!… Bu itirgənli çevriliş - son çağın ağrılı Azərbaycan
özünəqayıdışını da ifadə edir.
Anarın özünəqayıdış çarpışmalarında bulunan Fuadı həm də bir
təzadlı milli obraz olaraq qloballaşma çağında başqa
mədəniyyətlərdə əriyib itməyin, özünə yadlaşıb puç olmağın faciəvi
sonuclarını öncə görükdürür. Bu ayıldıcı sağlam ideyanın
mədəniyyətimizdə varlığı - qloballaşma epoxasında Azərbaycanın
itirgənliksiz təbii çağdaşlaşmasının ən möhkəm milli-mənəvi
təməllərindəndir.
QIRIQ XƏTLİ TELEFONLARIN ƏLAQƏSİ
Anarın nəsr yaradıcılığında "Əlaqə" povesti (1976) mövzu və
janrca bir qədər gözlənilməz, ancaq bu yaradıcılığın simasını
müəyyən edən, onun bədii miqyas hüdudsuzluğunu, paradoksallığa
meyllilik özümlüyünü üzə çıxaran əsərlərdəndir.
Sabit, möhkəmlənmiş düşüncə tərzinin dəyişilməsi, yeni idraki
"variantların" qəbulu və təsdiqi, şübhəsiz, uzun sürən prosesdir.
Ancaq necə olursa-olsun, bu dəyişikliyi görmək, yaratmaq lazımdır...
Əgər biz insanlar hər şeyi "kasıb zehnimizin qısa arşınıyla
ölçəcəyiksə", onda nə ictimai münasibətlər, nə də elm sahəsində heç
bir irəliləyişə ümid bəsləyə bilmərik. Çünki bütün kainatı ancaq biz
insanların məntiqi ilə idarə etmək olmaz. Bax, elə bu
antroposentrizm bizim beynimizdə möhkəm kök salmış hətta
müəyyən dərəcədə fanatik düşüncə
tərzidir. Özümüzü
təsəvvüredilməz dərəcədə böyük olan bütün kainatın mərkəzində
qoymaq, yalnız ÖZÜMÜZÜN DƏRK ETDİYİMİZ əlaqə
vasitələrindən istafadə edib digər planetlərin sakinləri ilə əlaqə
yaratmaq təşəbbüsümüz səmərəsiz olacaqdır. Anar bu məsələləri
həm oxucular, həm də elm adamları qarşısında qoyur, onları "başqa
növ əlaqə prinsiplərinə" yiyələnməyə çağırır. Məsələ burasındadır ki,
biz, yer kürəsinin insanları, 6 milyardı aşmağımıza (əsərin yazıldığı
vaxt 5 milyarda yaxın) baxmayaraq, yalnız yer kürəsində - BÖYÜK
downloaded from KitabYurdu.org
27
TƏNHALIQDA yaşayırıq! BÖYÜK kainat miqyasında, böyük
kainatla heç bir sivilizasiya MÜNASİBƏTLƏRİ olmayan tənha 5-6
milyard ansan! Deməli, mikrokosmun və makrokosmun dialektik
vəhdətində indiki halda heç bir ictimai-mənəvi münasibətlər deyil,
yalnız elmi-kosmik münasibətlər özünü köstərir. BƏŞƏRİYYƏTİN
KOSMİK ÖZÜNÜDƏRKİ hələ çoxtərəfli xarakter daşıya bilmir.
Yer sivilizasiyası və yerdənkənar sivilizasiyaların əlaqəsinə can
atılması bəşəriyyətin kosmosofiyasında hələ aparıcı tendensiyaya
çevrilməyib. Planetar özünüdərketmənin bu forması kainatın qlobal
fəthindən daha çox elə planetimizdəki ictimai-mənəvi, siyasi
münasibətlərin əlverişli şəkil alması, tənzimlənməsi üçün gərəklidir.
Deməli, bəşəriyyətin kosmik özünüdərki təkcə kosmik hadisələrin
öyrənilməsində deyil, habelə hərtərəfli insani münasibətlərin təşkili
üçün də müəyyənedici idraki-psixoloji mərhələdir.
Povestdə diqqəti, əsasən, - fenomenal üçlük cəlb edir: TƏNHA
YER KÜRƏSİ - TƏNHA BİNA -TƏNHA, FƏRDİYYƏTÇİ
TƏLƏBƏ! Yer kürəsinin antroposentrist sakinləri ona görə geniş
makrokosmik münasibətlər yarada bilmirlər ki, hərtərəfli kosmik
əlaqə vasitələrinə hələ yiyələnməyi bacarmayıblar; tələbə ona görə
kütləvi-insani həyat tərzinə qovuşa bilmir ki, fərdiyyətçidir və
insanlarla hərtərəfli əlaqə saxlamaq keyfiyyətindən tamamilə
uzaqdır. Şəhərdən ayrı, tənha bina. Əsərin ən böyük müvəffəqiyyəti
fərdiyyətçi tələbənin başına gələn hadisələrin məhz bu TƏNHA
BİNADA təsvir edilməsidir. İnsanlarla hərtərəfli ünsiyyətdən
məhrum olan gəncin başına gələn bu qəzavü-qədər belə məkanda
təsvir olunmalı idi: Şəhərdən, binalardan əlaqəsi kəsilmiş bu tək
bina, adamlardan ayrı düşmüş tənha gənclə digər planetlərin canlı
varlıqları ilə əlaqəsi olmayan tənha yer kürəsinin uyğun vəziyyətini -
böyük yalqızlığı qabarıq göstərmək üçün ən tutarlı simvolik
obyektdir. Belə əlaqələndirmənin sayəsindədir ki, povestdə möhkəm,
bitkin ideya-kompozisiya bütövlüyü yaradılmışdır.
Təsəvvüredilməz dərəcədə müxtəlif və çoxvariantlı, çoxqatlı
ictimai münasibətlər içərisində tək qalmaq, "qırıq xətli telefona"
çevrilmək, doğrudan da faciədir; tələbənin sabit DÜŞÜNCƏ tərzi
yalnız bir istiqamətə yönəldiyi üçün, o, vərdiş halını almış belə
qapalı vəziyyətindən kənara çıxmaq haqqında qətiyyən fikirləşmir,
əksinə, özünü başqalarından ayrı salmaqdan ötrü yollar axtarır;
insanlarla əlaqələnmə yolları yox, ayrılma, təcrid edilmə, "qırıq xətli
downloaded from KitabYurdu.org
28
telefona" çevrilmə yolları arayır...
İctimai elmlərdə fərd, şəxsiyyət, kollektiv, cəmiyyət məsələləri ən
geniş şəkildə və müxtəlif kontekstlərdə araşdırılır. İncəsənət də bu
qlobal problemə, öz bucağından baxır. Sənətkarlar müxtəlif bədii
formada, səpkidə şəxsiyyət probleminə öz münasabətini bildirir.
Anarın bu povestinin isə seçilənliyi orasındadır ki, şəxsiyyət, ictimai
əlaqə problemi əsərdə çox geniş fonda - necə deyərlər, makrokosmik
miqyasda əhatə oluna bilər; əgər məhdud, dar çərçivədə insan
(konkret halda tələbə) başqaları ilə əlaqə yarada bilmirsə, insanların
toplusu cəmiyyət, nəhayət, yer kürəsinin sakinləri də digər varlıqlarla
əlaqə yarada bilmir. İnsanlardan ayrı düşmüş tələbə - binalardan ayrı
düşmüş bina - planetlərdən ayrı düşmüş planet! Gözəl məntiqi
əlaqədir...
Bəlkə də əlaqə probleminə münasibəti başqa bədii formada da
göstərmək olardı. Ancaq hadisələrin ən geniş miqyasda təsviri üçün,
dar düşüncə tərzinin hüdudlarını ekssentrik bar ehtirasla qırıb məhv
etmək üçün fantastik üslub daha tutarlı və məqsədəuyğun olmuşdur.
Burada qorxu, xof, üşəndiricilik təkliyin özündən doğan təbii psixi
halətlər kimi təsvir edilir. Tələbənin real psixoloji vəziyyəti - isti
cənub şəhərində üzücü imtahanlardan çıxması, müvəffəqiyyətlərin
tam aydın olmayan, qarmaqarışıq sevinci, gərginlikdən sonra boşluğa
düşməsi onun sonrakı "fantastik vəziyyəti" ilə məntiqi şəkildə
əlaqələndirilir. Həm də onun ruhi sapmaları birdən-birə yox, tədriclə
və təmkinlə təsvir edilir; "fantastik girişdən" - tələbənin başqasını
abituriyent yoldaşı ilə qarışıq salmasından sonra bir-birinin ardınca
baş verən "əcaib-qəraib" gözlənilməzliklər onun olmazın ruhi
sarsıntılar çəkməsinə səbəb olur. Xüsusilə iki hadisə - 20 mərtəbəli
binanı axtararkən, birdən yanıb xarabalığa çevrilmiş, pəncərə və
qapılarından külək vıyıldayan, mərtəbələrində sərgərdan itlər
boğuşan binaya rast gəlməsi və şəkillərin onun gözü qabağında
yavaş-yavaş dəyişməsi gəncin əsəblərini son dərəcə tarıma çəkir və
onu tam psixopataloji hala salır. Bunlar tələbənin stress vəziyyətini,
onun qeyri-müəyyənliklər içərisində boğulan narahat, əzabkeş
şüurunun sarsıntılarını təsvir etmək üçün ən zəruri bədii
elementlərdir. Bu əsərdə başdan-başa yalnız tənhalıqla qarşılaşırıq,
elə bil insan cəmiyyət üçün, ünsiyyət üçün susayır, bu tənhalıq adamı
o qədər usandırır, hətta qorxudur ki, ilk kütləvi həyat tərzinin təsviri
bizə çox xoş təsir bağışlayır….
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |