Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə85/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   81   82   83   84   85   86   87   88   ...   100

 
258 
“Yaralı  top”  aşığın  digər  dastanlarına  nisbətən zəif təsir  bağışlasa  da,  “bir  xalq 
əfsanəsinin bir xalq şairinə ilham verməsi baxımından dəyərlidir” [190, 357]. Digər 
t
ərəfdən mifik motivlərin zənginliyi (növbətçi  əsgərin  yuxulaması,  topun  yoxa 
çıxması, əsgərin qudsal sirri açdığına görə ölümü və s.) müasir məzmunlu bu dastanı 
q
ədim dövrlərlə bağlayır. 
XVI-XVII 
əsrlər Azərbaycan  xalq  dastançılığının  intibah  dövrü  sayılır. 
“XVIII-XIX yüzillikl
ərdə dastan yaradıcılığı əvvəlki tempini yavaş-yavaş azaltmış və 
dastan  ifaçılığına  diqqət  artırılmışdır.  Dastanların  ayrı-ayrı  aşıq  mühitlərində 
d
əyişikliklərə  məruz  qalaraq  variantlaşması  prosesi  də  əsasən bu tarixi mərhələdə 
getmişdir...Bu tarixi mərhələdə ayrı-ayrı aşıqlar bir sıra dastanlar yaratsalar da, onlar 
lokal-m
əhəlli  mövcudluq  keçirmiş,  kütləvilik qazanmadığından  aşıq  repertuarında 
möhk
əmlənməmişdir” [34, 627]. 
Bu elmi q
ənaət nə  qədər tarixi-mədəni gerçəkliyi  əks etdirsə  də,  Ağbaba-
Çıldır sənətkarlarının dastan yaradıcılığını Azərbaycan xalq dastançılığı kontekstində 
araşdıranda qeyd olunan fikrin ikinci tərəfi ilə razılaşmaq çətindir. 
N
əzərə  almaq  lazımdır  ki,  “dastanların  yaranması  ağır  gedişli  və  ləngərli 
prosesdir”  [15,  49].  Folklorşünas  M.Allahmanlı  dastan  yaradıcılığının  inkişaf 
prosesind
ən bəhs edərkən əhvalatçılığın dastançılıq ənənəsində səciyyəvi cəhət kimi 
n
əzərə  çarpdığını  göstərərək XIX əsrdən etibarən güclənən istiqamətdə  müşahidə 
olunduğunu yazır. Alim Aşıq Ələsgər, Aşıq Alı, Aşıq Mirzə və başqa sənətkarların 
deyişmələrində  əhvalatçılığın  olduğunu  müşahidə  edir və  haqlı  olaraq  bu  qənaətə 
g
əlir  ki,  bütün  bunlar  “dastanların  yaranma  prosesinin  dayanması  da  demək deyil” 
[15, 49]. 
T
əhlilini verdiyimiz dastanlar, xüsusilə  Aşıq  Şenliyin  “Lətif  şah”,  “Salman 
b
əy”  dastanları  Ağbaba-Çıldır  aşıq  mühitində  dastan  yaradıcılığının  dayanmadığını 
v
ə bu prosesin ağır və ləngərli bir şəkildə davam etdiyini söyləməyə əsas verir. 
 
İfaçılıq: improvizə və bəstəçilik məsələləri 
Az
ərbaycan aşıq sənətinin tarixi-mədəni, etno-genetik köklərindən qidalanan 
Ağbaba-Çıldır  aşıq  mühitinin  ifaçılıq  və  bəstəçilik  ənənələri  şifahi  yaddaşın 


 
259 
özün
əməxsus prinsipləri  əsasında  formalaşıb  inkişaf  etmişdir.  Bu  mühitin  bir  çox 
s
ənət problemləri kimi ifaçılıq və sənətkarlıq, bəstəçilik, improvizasiya ənənələri, bu 
ənənələrin icra yerləri və  zamanları  məsələləri indiyə  qədər elmi-nəzəri səviyyədə 
araşdırılmamışdır. Bu, bir tərəfdən problemin mürəkkəbliyi, daha doğrusu, genişliyi 
v
ə  çoxcəhətliliyi ilə  bağlıdırsa,  digər tərəfdən  Ağbaba-Çıldır  aşıq  mühitinin 
Az
ərbaycan  folkloşünaslığının  diqqət mərkəzindən kənarda  qalması  ilə  əlaqədar 
o
lmuşdur.  
Qeyd  edildiyi  kimi,  Ağbaba-Çıldır  aşıq  mühiti  Anadolu  və  Azərbaycan 
aşıqlığının  xüsusiyyətlərinin birləşdirsə  də, Azərbaycan  aşıq  sənətinin  ifaçılıq 
ənənələri bu mühitdə  daha  geniş  yayılmışdır.  Ağbaba-Çıldır  aşıqlarının  təksazlı 
ifaçılığa  və  təsəvvüfə  güclü  meyli  mühitin  ozançılıq  ənənələrinə, bəlkə  də, 
ozançılıqdan daha qədim sənət sisteminə bağlı olduğunu ehtimal etməyə imkan verən 
amill
ərdən biridir. Tədqiqatçı T.İsabalı qızı Borçalı aşıq mühitini araşdırarkən ifaçılıq 
ənənəsinin  aşıq  yaradıcılığında  mövqeyinə  ayrıca  diqqət yetirir: “Hər  hansı  aşıq 
mühitinin özün
əməxsus ifaçılıq və sənətkarlıq məsələlərinin öyrənilməsi aşıq sənəti 
v
ə  yaradıcılıq  tədqiqinin, bəlkə  də  çətin və  mürəkkəb sahələrindəndir. Məsələnin 
ç
ətinliyi   predmetin mürəkkəbliyi ilə şərtlənir. Belə ki,  aşıq sənəti poetik yaradıcılıq, 
saz-
ifaçılıq,  musiqi-bəstəkarlıq,  aktyor-ifaçılıq  və  s. sənətkarlıq  yönlərini özündə 
qovuşduran  sinkretik  (qovuşuq)  hadisədir.  Bu  baxımdan  əslində  ifaçılıq  və 
s
ənətkarlıq məsələlərinə elmi yanaşmanın imkanları çox genişdir” [92, 105]. 
Göst
ərilənlərdən  əlavə,  aşıq  mühitinin  tarixi-mədəni  coğrafiyası,  dinləyici 
auditoriyası, aşıq ocaqları, bu ocaqların sənət ənənələri və s. məsələlər də predmetə 
t
ədqiqi yanaşmanın çox istiqamətliyinə daxildir. Problemə bu anspektdən yanaşdıqda 
Ağbaba-Çıldır aşıq mühitində təsəvvüfə meyilliyin davamlı olaraq ifaçılıq ənənəsində 

əyyən  yer  tutduğunu  görərik. Fikrimizcə,  Aşıq  Nöqsani  (XVIII  yüzillik),  Sofu 
D
ədə  (XVIII  yüzillik),  Aşıq  Əmrah  (1780-1860),  Aşıq  Şenlik  (1850-1913),  Aşıq 
Zülali (1873-
1959),  el  şairi  Rəcəb Hifzi (1893-1918),  Aşıq  Nəsib (1870-1944) və 
başqa saz-söz sənətkarlarının yaradıcılığında sufi ideyalarının dərin kök salması adı 
ç
əkilən  aşıqların  ifaçılıq    tərzinə  təsir göstərən mühüm amillərdən  biridir.  İfaçılıq 
ənənəsindəki bu özünəməxsusluq aşıq qarşılaşmalarında qabarıq şəkildə özünü hiss 


 
260 
etdirir. Aşıq Summani-Aşıq Şenlik-Aşıq Zülali üçlü qarşılaşmasında bir-birini sənət 
imtahanına  çəkən bu sənətkarların  məclis  aparmasının,  ifaçılıq  formasının  ilk  öncə 
t
əsəvvüf  motivlərinə, türk-islam  mifoloji  düşüncəsinə  əsaslandığını  görərik. Türk 
folklorşünası  O.Özbək həmin  qarşılaşmanı  belə  təsvir  edir:  “Aşıq  Summani  eşqinə 
dayana bilm
ədiyi Gülpərinin dərdindən diyar-diyar gəzməkdə, getdiyi yerlərdə 
tapmayınca  ah-zar  çəkməkdə  idi.  Əhməd  adlı  qardaşı  ilə  gedə-gedə  Qarsın  Posof 
q
əzasına gəldilər. Orada Aşıq Zülalinin evinə müsafir oldular. Aşıq Zülalinin evində 
bir  müsafir  daha  vardı.  Bu,  Çıldırlı  Şenlikdi...  Öncə  sözə  çox uzaqlardan gəlmiş 
Summaninin başlaması uyğun görüldü . 
Aldı Summani:  
Ad
əmi-Seyfullah məqami-pedər, 
C
ənnətdən iğvaya bir kərə düşdü. 
“Sürün”-dedi-R
əbbim, təqdiri-qədər, 
C
ənnətdən dünyaya bir kərə düşdü. 
Aldı Şenlik: 
Hişmı nar içində gülüstan gözlü, 
İbrahim Səfaya bir kərə düşdü. 
İsmayıla gələn qoç qurban quzu, 
C
ənnətdən Minaya bir kərə düşdü. 
Aldı Zülali: 
Turabdan bir ovuc haqq aldı qaddəs, 
Bu z
əmin lərzəyə bir kərə düşdü. 
Beytullah yerin
ə beytül müqəddəs
Quruldu K
əbəyə bir kərə düşdü. [224, 50] 
Qeyd ed
ək ki, bu deyişmə kiçik imla fərqləri nəzərə alınmazsa, E.Aslanın bizə 
m
əlum əsərində də eynidir. Müxtəlif dini ifadə və rəvayətlər, çətin müəmmalar, eyni 
qafiy
ə  üzərində  rəqibinə  cavab vermək və  sair  bu  üç  aşığın  sənətkarlığını,  ifaçılıq 
qüdr
ət və bacarığını müəyyənləşdirən özəl cizgilərdir. Bu cizgilər özlüyündə Ağbaba-
Çıldır  aşıqlarının təsəvvüf poeziyasının sufi mərasimlərinə uyğun ifasını tələb edən 
s
ənət göstəricisi kimi dəyərləndirilməlidir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə