Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə82/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   78   79   80   81   82   83   84   85   ...   100

 
249 
dönm
əyəcəyini görən Gövhər xanım da atını minərək qılınc-qalxanını qurşandı, o da 
Salman b
əyin dalınca qoşuna daldı. 
İki cəngavər qaranlıq çökənə qədər qılınc çaldılar” [164, 436]. 
Örn
ək gətirdiyimiz  oxşar  motivləri təsadüfi hal saymaq olmaz. Yaxud 
“Koroğlu” dastanında bir epizoda diqqət yetirək. Koroğlu Nigar xanımı qaçırdanda 
Nigar xanım məsləhət görür ki, dava eləmədən sakitcə qaçıb getsinlər. Lakin Koroğlu 
bu t
əklifi qəbul etmir. 
“Koroğlu dedi: 
-S
əni Çənlibelə  bu cür apara bilmərəm. Sonra deyərlər  ki,  Koroğlu  gedib 
xotkarın qızını oğurlayıb gətirib. Mən gərək dava eləyəm” [101, 74].  
D
əmirçioğlu  da  Telli  xanımı  Ərzurumdan,  Salman  bəy Gövhər  xanımı 
B
əkistandan qaçırdanda eyni hərəkəti edirlər. 
Bütün  bunlar  Aşıq  Şenliyin  əski eposçuluq ənənələrindən yüksək 
s
ənətkarlıqla  qaynaqlandığını  göstərir.  Bu  baxımdan  həm qəhrəmanlıq,  həm də 
m
əhəbbət motivlərinin üzvi  şəkildə  ahəngdarlıq  təşkil  etməsi, hadisələrin epik 
harmoniyası olduqca təbii təsir bağışlayır. 
Aşıq  Şenliyin  “Sevdagar  şah  ilə  Gülənaz  Sultan”  dastanının  mövzusu  Şah 
Abbas haqqında Şərqi Anadoluda geniş yayılmış nağıl süjetlərindən götürülmüşdür. 
Şah  Abbasın  övladı  olmadığından  Gülşah  adlı  qulluqçusu  ilə  evlənir ki, bəlkə  bir 
uşağı  ola.  Şah  Abbas  səfərdə  ikən  onun  bir  oğlu  olur.  Şah  Abbasın  arvadı  uşağı 
öldürm
ək üçün adam yollasa da, buna nail ola bilmir. Qəndəhara pənah gətirən uşaq 
burada böyüyür v
ə  şahın  vəzirinin  qızı  Gülənaz  xanıma  aşiq  olur.  Müxtəlif 
ç
ətinliklərdən sonra o, öz sevgilisinə qovuşur. 
 
“Sevdagar şah” adı ilə tanınan bu dastanın da sonunda Şenlik onun düzülüb-
qoşulma  tarixini  və  dastanın  içindəki  şeir  parçalarının  sayını  özünün  dastan 
yaradıcılığı üslubuna sadiq qalaraq bu cür ifadə etmişdir: 
Bu bir hekay
ədir təfsir yazıda, 
Yüz 
əlli dörd qitə təsnif özümdə, 
Tarix min iki yüz doxsan doqquzda
Qul Şenliyin vəsfi-halı deyərsən. [164, 416] 


 
250 
Bu b
ənddən aydın olur ki, “Sevdagar şah” dastanını aşıq hicri tarixi ilə 1299-
cu ild
ə (miladi-1881) bitirmişdir. 
Maraqlıdır ki, dastanları yaratdığı tarixə, hadisə və əhvalatlara uyğun olaraq 
qoşduğu bəndlərin sayını müəllif finalda əsas qəhrəmanların dili ilə ifadə etmişdir ki, 
bu da aşığın ədəbi irsini öyrənmək baxımından əhəmiyyətlidir. 
Aşıq Şenliyin dastan yaradıcılığının bu cəhətinə ayrıca diqqət yetirən türkiyəli 
t
ədqiqatçıların fikirləri maraq doğurur. Prof E.Aslan dastanların poetik strukturundan 
b
əhs edərkən nəzm hissəsində bəndlərin sayının göstərilməsinin səbəbini izah etməyə 
çalışmışdır: “Dastanlardakı türkülər dastanların dəyişməyən sabit hissələridir. Çünki 
türkül
əri dəyişdirib  yerinə  eyni anlam və  qafiyədə  ayrısını  qoymaq  asan  deyildir. 
Ayrıca,  bu  türkülərin  əksəriyyətini dinləyicilər  əzbər bilirlər. Dəyişdirildiyini  bilən 
kimi  aşığa  xəbərdarlıq  edirlər.  İfaçı  aşıqlar  dinləyicilərin bu cür xəbərdarlıqlarına 
h
ədəf olmamaq üçün türküləri ən doğru şəkildə öyrənib söyləməyə səy göstərirlər. 
Aşıq Şenlik “Lətif şah”da 167, “Sevdagar”da 154, “Salman bəy “də 222 bənd 
olmaqla c
əmi 543 bənd türkü qoşmuşdur” [164, 73]. 
E.Aslanın  bu  mülahizəsi özlüyündə  maraq  doğursa  da,  ilk  baxışdan 
mübahis
əli görünür. Əvvəla, qeyd etdiyimiz kimi, müəllifli dastanlar bir qayda olaraq 
dastan yaradan saz-söz s
ənətkarının  şagirdləri, sonra isə  ifaçı  aşıqlar  tərəfindən 
m
əclislərdə,  el  şənliklərində  ifa oluna-oluna  cilalanır.  Dinləyici  auditoriyasının 
zövqünü oxşamaq, onun diqqətini daha çox çəkmək üçün dastanın həm nəzm, həm də 
n
əsr hissəsində  ifaçılar  müəyyən dəyişiklik  edirlər.  Başqa  sözlə, yerinə  düşməyən 
söz, ifad
ə, misra, hətta bütöv bəndlər daha ifadəli və obrazlı deyimlərlə əvəz olunaraq 
cilalanır.  Belə  olmasaydı,  folklorun  müxtəlif  janrlarının,  o  cümlədən  dastanların 
variantları və invariantları yaranmazdı. 
Dig
ər bir araşdırmasında  E.Aslan  adı  çəkilən  dastanlarda  şeir  hissəsindəki 
b
əndlərin sayını başqa cür göstərir: “Lətif şah”- 147 bənd, “Sevdagar şah” 154 bənd, 
“Salman b
əy” –242 bənd [165, 46]. 
Göründüyü kimi, mü
əllif birinci araşdırmasında “Lətif şah”da 167, “Salman 
b
əy”də  222 bənd  türkü  olduğunu  yazırsa,  ikincidə  bu rəqəmlər fərqli  şəkildə  qeyd 
olunur. T
ədqiqatçı, Aşıq Şenlyin dastanların yaranma tarixini və nəzm hissəsindəki 


 
251 
b
əndlərin  sayını,  “misralarda  nəqş  etməsini”  onun  böyük  ustalığı  və  uzaqgörənliyi 
kimi d
əyərləndirərək, bu bilgilərin araşdırıcılar üçün əhəmiyyətini xüsusi vurğulayır. 
“Çünki bu gün s
ənəd yoxluğundan Yunusun, Qaracaoğlanın, Əmrahın, Kərəmin və 
daha  bir  çox  ünlü  şairimizin  yaşadıqları  çağları  belə  təsbit etməkdə  çətinlik 
ç
əkilməkdədir” [164, 43]. 
“Sevdagar  şah”  dastanında  da  Aşıq  Şenlik  çeşidli  folklor  motivlərindən, 
mifoloji ünsürl
ərdən istifadə  etmişdir.  Əsasən Qəndəhar və  İsfəhan  şəhərlərində 
c
ərəyan edən hadisələr, obrazlar sistemi, gözlənilməz situasiyalar və s. bir sıra xalq 
romanları ilə yaxından səsləşir. Dəli Becan, Zöhrə Sultan, Allahverdi xan obrazları 
hadis
ələrin  əsas  iştirakçıları  kimi  diqqəti cəlb edir. Allahverdi xan və  Dəli Becan 
obrazları “Abbas və Gülgəz” dastanındakı adaşları ilə eyni rəsmi, lakin fərqli bədii 
funksiyanı  yerinə  yetirirlər. Allahverdi xan və  Dəli Becan “Abbas –Gülgəz”də  şər 
qüvv
əni təmsil edirlər.  Onlar  Şah  Abbasın  tapşırığı  ilə  Pəri  xanımı  zorla  İsfəhana 
aparır, onu sevgilisindən ayırırlar. 
“Sevdagar şah” dastanında Dəli Becanın əsas məqsədi həm aşıq və məşuqu – 
Se
vdagar  şahla  Gülənaz  Sultanı  bir-birinə  qovuşdurmaqdan  ibarətdir. Dəli  Becanın 
xarici görk
əmi, bir pəhləvan  kimi  döyüşə  can  atması,  lakin  döyüş  olmadığı  üçün 
küsm
əyi və  s. obraza yumoristik çalarlar əlavə  edir  ki,  bu  da  bir  sıra  çətin 
situasiyalarda şux ovqat doğurur. 
Tehran  şahının  bacısı  Zöhrə  Sultan  “Şah  İsmayıl”  dastanındakı  Ərəbzəngi 
obrazını  xatırladır.  Zöhrə  Sultan  da  Ərəbzəngi kimi igid bir cəngavərdir. Hər iki 
q
əhrəman öz məhəbbətləri yolunda çətin  sınaqlardan  keçir,  dözüm  və  sədaqət 
göst
ərirlər. 

Sevdagar  şah” dastanının obrazlar  sistemində  Sevdagar  şah  əsas qəhrəman 
olsa da, dig
ər personajlara nisbətən zəif təsir bağışlayır. Doğrudur, Sevdagar şah öz 
eşqində  vəfalıdır,  Gülənaz xanıma  çatmaq  üçün bir  çox çətin maneələrdən keçməli 
olur, n
əticədə  vüsala  qovuşur.  Lakin  o,  bu  maneələri vəzir  Allahverdi  xanın,  Dəli 
Becanın  köməyi ilə  aşır.  Xüsusilə, Dəli  Becanın  döyüşkənliyi və  şücaəti olmasa
dastanda Sevdagar şahın məqsədinə çatması çətin görünür. Lətif şahda, Salman bəydə 
gördüyümüz q
əhrəmanlıq,  cəsarət,  qorxmazlıq  Sevdagar  şahda  müşahidə  olunmur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə