Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə80/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   76   77   78   79   80   81   82   83   ...   100

 
243 
-R
əmmal, bir irəml at görüm, mənim bu səfərim necə  olacaq, irəml nə 
görs
ədir?  
Üç d
əfə rəml atıb eyni nəticəyə gələn rəmmal Əhməd tacirə deyir: 
-
Ağa,  başına  dönüm,  irəml çox qəribə  göstərir. Sənin bu dəfəki  şikarın  elə 
yağlıdı, elə yağlıdı ki, daha heç nə deyə bilmirəm. Sən bu dəfə ya xəzinə tapacaqsan
ya da ki, padşahlığa çatacaqsan” [42, 246-247].  
Göründüyü kimi, h
ər  iki  nağılda  rəmmalın  rəml  atması  ilə  başlanan 
ekspozisiya süjetin sonrakı inkişaf xəttini müəyyənləşdirir. Müxtəlif real əhvalatlar, 
mifik hadis
ələr, magik situasiyalardan sonra nəticə təsdiqlənir, ekspozisiyada süjeti 

əyyənləşdirən epizod finalda yekunlaşaraq nağılın magik səciyyəsini tamamlayır. 
Çağdaş  dövrümüzdə  xalq  danışıq  dilində  işlənən  “ağzı  faldır”,  “falı  düz 
çıxdı”,  “falına baxdırmaq”  və  sair ifadələrdə  əski  görüşlər mühafizə  olunmaqdadır. 
Bir  sıra  mərasim və  ayinlərimizdə  rəmmallıq,  fala  baxmaq  bu  gün  də  icra edilir. 
Burada dig
ər bir məsələyə  də  ayrıca  diqqət yetirmək vacibdir. Müənəccim  – 
r
əmmalları əski inam və etiqadlarla bağlı yalnız mifik obraz kimi səciyyələndirmək 
yanlış  nəticələrə  gətirib  çıxarar.  Folklorumuzun  müxtəlif  janrlarında  münəccim, 
r
əmmal, falçı terminləri ilə adlanan bu peşənin tarixi çox qədim dövrlərə gedib çıxır. 
Dünya  xalqlarının  antik mədəniyyətində, sosial-siyasi həyatında  münəccimliyin 
özün
əməxsus  yeri  olmuşdur.  Bu  istiqamətdə  araşdırma  aparan  türkiyəli tədqiqatçı 
Ayşə  Duvarçının  fikirləri  maraqlıdır.  Alimin  tədqiqatlarından  aydın  olur  ki,  qədim 
Babilistan,  Çin,  Misir,  Yunanıstan,  Roma və  digər ölkələrdə  falçılıq  astroloji  və  əl 
falı  kimi  metodlara  əsaslanaraq elmi və  dini biliklər vasitəsilə  gələcəyi müəyyən 
ed
ən, ondan xəbər verən bir sənət olmuşdur. Məsələn, qədim Romada münəccimlər 
dövl
ətin idarə  olunmasında,  müxtəlif hərbi-siyasi tədbirlərin həyata keçirilməsində 
imperatorların  yaxın  köməkçiləri  olmuşlar.  “Əski  Romada  “Colleqium  Auqurium” 
adını daşıyan və Roma imperatoru tərəfindən təyin olunan kahinlər heyəti Auqurium 
düşüncəsi adı verilən və gizli tutulan gələcəyi bilmə elmi ilə məşğul olurdu” [189, 4]. 

əllif öz fikirlərini davam etdirərək  yazır  ki,  “Osmanlı  saraylarında 
mün
əccimbaşlıq çox önəmli bir mövqe sayılmış, buralarda məşhur elm adamları da 
olmuşdur.  Klassik  dönəm  Osmanlı  tarixçilərinin  ən böyüklərindən biri olan 


 
244 
mün
əccimbaşı Əhməd Dədə iyirmi iki il IV Mehmetin münəccimbaşı vəzifəsini icra 
etmişdir” [189, 25].  
Alim fikirl
ərini ümumiləşdirib dünya xalqlarının mədəni-estetik düşüncəsində 
yuxu, g
ələcəkdən xəbər vermə  və  sair motivləri incələdikdən sonra qeyd olunan 
m
əsələlərin qədim zamanlardan bu günümüzədək mühafizə  olunduğu  fikrini  irəli 
sürür: “Bel
əliklə,  falın  tarixi  inkişafının  insanlıq  tarixi  qədər  əskiyə  dayandığını 
söyl
əmək  mümkündür.  Əski  Yunan,  Roma,  Babil,  Misir,  Şumer  mədəniyyətlərində 
v
ə Türk dünyasında fal çeşidli donlara bürünərək ortaya çıxmış, islam aləmində də 
yaşamağa davam etmiş, bu gün də bütün canlılığı ilə varlığını yaşatmaqla türk xalq 
inanc v
ə təcrübəsində önəmli bir yer tutmaqdadır” [189, 13]. 
“Salman b
əy”  dastanında  Əyyam  Müənəccim, qeyd etdiyimiz kimi, həm 
gerç
ək, həm də  mifik  çalarları  özündə  əks etdirir. Onun uzun müddətli bir səfərdə 
Durnatel xanımı  müşayiət etməsi, onunla birlikdə Çinmaçin ölkəsinə gəlməsi “Əsli 
v
ə  Kərəm”  dastanında  Lələ, “Lətif  şah”dakı  Qoca  Lələ  surətini  xatırladır.  Bu 
b
axımdan  hər  üç  obrazın  yardımçı  funksiyası  stabil  semantika  səciyyəsi  daşıyır. 
Əyyam Münəccimin rəml atmaqla gələcəyi görməsi, hadisələr  haqqında  müəyyən 
t
əsəvvür  yaratması  ona  mifik  cizgilər  əlavə  edir.  Bu  baxımdan  o,  öz  oxşarlarından 

əyyən dərəcədə fərqlənir. 
Professor M.C
əfərli məhəbbət  dastanlarında  obrazlar  kompleksindən söhbət 
açark
ən qəhrəman və  antiqəhrəman, yəni xeyir və  şər qütblərinin (qəhrəman və 
antiq
əhrəman) mübarizəsini arxaik dastançılıq və mifoloji epos ənənəsindən gəldiyini 
qeyd edir. “Salman b
əy”  dastanında  Cəlal Vəzir, Qəddarizəngi, Gövhər  xanımın 
qulluqçusu Salatın, Çamhur Çolpa obrazlar tipologiyası aşiqlə məşuqun qovuşmasına 
maneçilik tör
ədən şər qüvvələrdir. Bu qüvvələrin başında Gövhər xanımın atası Cəlal 
V
əzir dayanır. Cəlal Vəzir Çinmaçin ölkəsində Bəzistan şəhərinin padşahı Qəhrəman 
b
əyin vəziridir. Vəzirin qızı Gövhər xanım Əsəd bəyin nişanlısıdır. Qızı nişanlı ola-
ola Salman b
əy tərəfindən  qaçırılmasına  dözə  bilmir. Ondan intiqam almaq üçün 
fürs
ət  axtarır.  İlk  fürsəti o, qulluqçu  Salatının  vasitəsilə  Salman bəyi həbs etdikdə 
qazanır.  Lakin  Qəhrəman  şahın  ədaləti, Salman bəyin  haqq  aşığı  olması  ona  bu 
imkanı vermir. “Sən ki bir haqq aşığısan niyə elin nişanlısını qaçırdın, dünyada sənə 


 
245 
başqa qızmı yox idi?” sualına “bunun səbəi eşq atəşidir”, yəni haqq badəsidir cavabı 
qarşısında aciz qalan Cəlal Vəzir onu sınamaq qərarına gəlir. Bir az irəlidə “Abbas və 
Gülg
əz”lə  müəyyən müqayisələr  aparacağımıza  görə  imtahan-sınaq  epizodunu 
aydınlıq üçün olduğu kimi veririk. 
“C
əlal Vəzir əmr etdi ki, qapının lap dibini eşib oraya bir “Qurani-Kərim” və 
bir cüt d
ə  göyərçin  balaları  qoysunlar,  üstünə  bir  xalı  sərdilər.  Onnan  bir  addım 
b
əridə bir quyu eşdirdi, quyunun içinə zəhər doldurdu, onun da üstünü qapadıb xalı, 
kilim s
ərdilər. Onnan bir addım bəridə genə xalının altına bir dəstə qızılgül qoydular
tam qarşısındakı tavanda da bir bülbül qoydular, üstünə örtük çəkdilər. İki cəlladın 
əlində iki qədəh zəhər, hərəsi qapının bir yanında duracaq. Salman bəy içəri girəndə 
z
əhər qədəhlərini ona verəcəklər. İçəridə qapının tam qarşısına bir yay-ox qoydular, 
yaya qırx dənə ox qurdular, tətiyinə incə bir ipək bağladılar, qapının yanında bir yerə 
ilişdirdilər. 
Q
əhrəman padşah bunnarı görürdü. Soruşdu ki, Cəlal vəzir, bunlar belə nədi? 
Dedi ki, padşahım, indi o Salman bəy deyilən adamı buraya gətirdəcəm, əgər qapıdan 

əri girərsə onun boynunu vuracam. Əgər qapıyı açarsa, bu qarşı divardakı qırx ox 
onun  canına  saplanacaq.  Əgər  haqq  aşığıysa  o  bunnarı  bilib  içəri girməz.  Əgər 
“Qurani-K
ərim”in üstündən keçərsə,  yenə  boynunu  vuracam.  Onnan  da  qurtarıb 
z
əhər  quyusuna  düşərsə  genə  öz cəzasını  çəkəcək.  Qızılgülə  toxunursa, tavana 
qoyduğum bülbül özünü gülün üstünə atanda gülün tikanları onu parçalayacaq, onda 
m
ən onun boynunu vurduracam. Bunnar mənim imtahanımdı” [164, 440]. 
“Abbas v
ə  Gülgəz”  dastanından  məlumdur  ki,  Aşıq  Abbası  zəhərli quyuya 
salır, ona zəhərlənmiş alma verir, getdiyi yola ağzı yuxarı zəhərli qılınclar qoyurlar 
v
ə  s.  Lakin  Aşıq  Abbas  haqq  aşığı  olduğu  üçün  hər  şey  ona  əyan olur və  bu 
sınaqlardan çıxır. 
“Salman b
əy” dastanında da Salman bəy "Sənə sığınmışam  yaradan qəni” -
dey
ə  haqq dərgahına  üz  tutur.  Cəlal Vəzirin  sınaqlarından  alnıaçıq  çıxır,  qorxulu 
situasiyaları, təhlükəli anları heç nə olmadan keçir. Bu müqayisə və oxşar epizodlar 
Aşıq  Şenliyin  təsəvvüf  simvolikasına  yaxından  bələd  olduğunu,  Azərbaycan xalq 
ədəbiyyatından yetərincə qaynaqlandığını söyləməyə əsas verir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə