Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə76/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   72   73   74   75   76   77   78   79   ...   100

 
231 
gətirdilər  verdilər  nənənin  əlinə.  Nənə  sazın  telinə  toxundu  barmağıynan.  Necə  ki, 
telin səsi çıxdısa, Lətif şah gözünü açdı, dedi: 

Nənə,  sənin o  iman  dağarcığına qurban  olum.  Bir  o  sazı  mənə ver”  [181, 
31]. 
Göründ
üyü kimi, Lətif şahın buta alması onu aşiqə, aşiqliyi isə aşığa çevirir. 
“Qurbani”,  “Novruz”,  “Şahzadə  Əbülfəz”  və  s.  dastanlarımızda  da  əsərin 
qəhrəmanları  “buta  alma”  yuxusundan  ayılan  kimi,  öz  dərdlərini  ancaq  “bir  başı 
nimçə, bir başı çömçə” ilə - sazla anlada bilirlər. “Novruz” dastanında nümunə üçün 
qeyd etdiyimiz motivə diqqət yetirsək, eyni mifoloji əhvalatın şahidi olarıq: “Novruz 
düz on bir gündən sonra özünə gəldi. Baxdı ki, atası, anası, qohum-əqrəbası - hamı 
onun başına yığılıb. Novruz dedi: 

Mən dərdimi dilnən desəm, dilim yanar. Mənə bir saz gətirin” [29, 171]. 
Aydın  görünür  ki,  dastan  qəhrəmanlarının  buta  alması,  aşiqliyi  və  aşıqlığı 
təsəvvüfi  düşüncədən,  ilkin  təsəvvürlərdən  doğan  bir  zərurətdir.  Bu  zərurət 
qəhrəmanı ürfan yoluna aparır, bu yolda o, heç nədən, hətta ölümdən belə çəkinmir. 
Ona  görə  də  Lətif  şah  “əcəl  köynəyini  geyər  gəlirəm”  -  deyə  bu  yoldan 
çəkinməyəcəyini bildirir. 
Dastanda  diqqəti  çəkən  maraqlı  cəhətlərdən  biri  də  əski  türk  düşüncəsi  ilə 
müsəlman əxlaq normalarının, islami davranışların bir-biri ilə bağlılığıdır. Bəllidir ki, 
Lətif  şah  dəryada  gəzməyə  çıxarkən  fırtına  qopur  və  onu  fars  padşahının  ölkəsinə 
aparır. Padşahın qoşununu qırdığına, kürəkəni İsfəndiyar pəhləvanı öldürdüyünə görə 
Lətif şahı dar ağacından asarkən fars padşahının qızı Əsmər xanım (bəzi variantlarda 
Əsma]  onun  gözəlliyinə  vurulub  Lətif  şahı  ölümdən  xilas  edir.  Fikrimizcə,  həmin 
məqama  diqqət  yetirib  incələməyə  ehtiyac  vardır.  Əsmər  xanımın  təkidinə 
baxmayaraq Lətif şah onunla evlənmək istəmir, çünki o, Telli Mehribana butalıdır, 
Lətif şahın çəkdiyi bütün əzab-əziyyətlər Telli Mehribana qovuşmaq, onun vüsalına 
çatmaq üçündür. Buna görə də Əsmər xanımın təklifinə belə cavab verir: “Tək məni 
götürgünən Mehriban sultana cariyə olum” [181, 43]. 
Göründüyü kimi
,  Lətif  şah  sevgilisinə  qovuşmaq  üçün  hər  şeyə,  hətta  qul 
olmağa  hazırdır.  Əsirlikdən  qurtardıqdan  sonra  Mehriban  sultana  yenidən  qovuşan 


 
232 
Lətif  şah  uzun  müddət  mənəvi  böhran  keçirir,  əsil  həqiqəti  açıb  ona  deyə  bilmir. 
Yalnız  Əsmər  xanımdan  gələn  məktubu  Telli  Mehriban  gizlicə  oxuyub  həqiqəti 
biləndən sonra Əsmərlə Lətif şahın evlənməsinə razılıq verir və Lətif şah böhrandan 
xilas  olur.  Diqqət  edilsə,  bu  epizodda  əski  türk-oğuz  ənənəsi  ilə,  müsəlman  əxlaq 
davranışı  arasındakı  müəyyən  ayrı-seçkilik  təsəvvürü  nəzərə  çarpır.  Buta  alıb 
Mehriban  xanımdan  başqa  heç  kəslə  evlənmək  istəməyən,  “bir  müşgülün  babalına 
batmışam”  -  deyən  Lətif  şah  çətin  bir  vəziyyətdə  qalmışdır:  bir  tərəfdən  o,  öz 
butasına  sədaqətini  göstərməlidir,  digər  tərəfdən  isə  Mehriban  xanıma  qovuşmaq 
üçün onu ölümdən xilas edən fars padşahının qızı Əsmərin şərtinə əməl etməlidir: 
Bir müşgülün babalına batmışam, 
Heç kimsə dərdimdən xəbərdar deyil. 
Pünhan-
pünhan yar atəşi çəkirəm, 
Aça bilməm, söylənəcək sirr deyil. [181, 46] 
Bu çətin situasiyadan çıxış yolunu Telli Mehriban göstərir: Lətif şah Əsmər 
xanımla da evlənməlidir, çünki “iki şikar bir igidə ar deyil”. Bu epizodda Lətif şahın 
qadına,  öz  sevgilisinə  böyük  sayğısı  ilə  yanaşı,  həm  də  Mehriban  xanımın 
alicənablığı, ailə münasibətlərində oynadığı rol, sədaqəti diqqəti çəkir. 
“Kitabi-
Dədə Qorqud”un “Bamsı Beyrək” boyunda da Bayburd qalasında on 
altı illik əsirlikdən düşmən qızının köməkliyi ilə Bamsı Beyrəyin xilas olması təsvir 
olunur. Görünür ki, “Kitabi-
Dədə Qorqud”dakı bu epizod sonralar bir sıra nağıl və 
dastanlarımıza  transformasiya  olunmuşdur.  Düşmən  qızının  hami-xilaskar rolunda 
çıxış  etməsi  Bamsı  Beyrəyin  onunla  evlənməsi  şərti  ilə  gerçəkləşir.  Maraqlıdır  ki, 
“Lətif şah” dastanında da xilaskarlıq funksiyasını düşmən qızı Əsmər xanım yerinə 
yetirir.  Ana  kitabımızın  Drezden  nüsxəsinin  sözü  gedən  boyunda  dustaqlıqdan 
qurtarandan sonra Beyrəyin düşmən qızı ilə evlənməsinə dair simvolik, yaxud da real 
bir  işarə  yoxdur.  O,  Baybecanın  qızı  Banıçiçəklə  evlənir.  Dastanın  Vatikan 
nüsxəsində  isə  Beyrək  düşmən  qızını  alır.  “Lətif  şah”  dastanında  isə  (eləcə  də 
dastanın  digər  variantlarında)  Lətif  şah  yuxarıda  qeyd  etdiyimiz  kimi,  Mehriban 
xanımdan  başqa,  düşmən  qızı  Əsmər  xanımla  da  evlənir.  Aydın  görünür  ki,  daha 


 
233 
arxaik motiv dastanda müsəlman dünyagörüşü və şəriət qanunu əsasında yeni hüquqi 
funksiya qazanaraq özünün bədii-məntiqi həllini tapır. 
Dastanda  hadisələrin  cərəyan  etdiyi  coğrafi  areal  orta  əsr  dastançılıq 
ənənələrinə  uyğun  olaraq  geniş  hüdudları  əhatə  edir.  Yəməndə  doğulub  elmlərin 
sirrini  öyrənən  Lətif  şah  butasının  arxasınca  Hindistana  yollanır.  Telli  Mehribanı 
zorla almaq istəyən fars padşahının qoşununa və məşhur pəhləvanı İsfəndiyara qalib 
gəldikdən  sonra  butasına  qovuşsa  da,  o  daha  bir  sınaqdan  çıxmalı  olur.  Dənizdə 
fırtınaya  düşən  Lətif  şah  tutularaq  fars  padşahlığına  gətirilir.  Ölüm  təhlükəsi  ilə 
üzləşən  qəhrəman  qeyd  etdiyimiz  kimi,  Əsmər  xanımın  yardımı  ilə  ölümdən  xilas 
olur.  Bundan  sonrakı  hadisələrin  coğrafi  arealı  əks  istiqamətdə  -  Fars  padşahlığı  -
Hindistan - 
Yəmən istiqamətini əhatə edir. Lətif şahın dənizdə qərq olması hadisəsini 
də təsadüfi saymaq olmaz. Fikrimizcə, su burada mifik səciyyə daşıyır. Bir çox nağıl, 
dastan  və  əfsanələrdə  əsərin  qəhrəmanının  suda  qərq  olması,  yaxud  sandığa 
qoyularaq  suya  atılması  motivlərinə  sıx-sıx  rast  gəlmək  olur.  Məsələn,  “Tahir  və 
Zöhrə” dastanında Hatəm Soltanın əmri ilə Tahiri bir sandığa qoyub dəryaya atırlar. 
“Tahir Mirzə qırx gün dəryada üzəndən sonra çıxdı Həştərxan vilayətinə. Dəryadan 
paşalıq bağçasına bir böyük sərdəhnə axırdı. Sandıq bu dəhnə ilə buruldu bağa tərəf. 
Qəzadan o  gün  paşanın qızı  Sona  xanım  qırx incə  qızınan bağa  səyahətə  çıxmışdı. 
Gördülər  bir  şey  su  ilə  qarala-qarala  gəlir.  Sandıq  gəlib  yetişdi.  Sandığı  tutub 
çıxartdılar qırağa” [31, 156] 
Oxşar  epizod  “Lətif  şah  və  Telli  Mehriban”da  bu  cür  nağıl  olunur:  “Bunu 
dərya  vura-vura  götürdü.  Fars  padşahının  gəmisinə  rast  gəldi.  Gəmiçilər  baxdı  ki, 
suyun üstündə bir qaraltı gəlir. Gəmiyi əylətdilər. Bu gəminin yanına ki gəldi qayıq, 
qarmaq  atdılar,  bunu  gəminin  içinə  aldılar”  [181,  41].  Bizə  elə  gəlir  ki,  ağır 
situasiyalarda dastan qəhrəmanlarının suda qalması magik bir sınaqdır və bu magik 
sınaq  bir  qayda  olaraq  xoşbəxt  sonluqla  nəticələnir.  Görünür  ki,  suyun  həyatın 
başlanğıcı  sayılması,  ona  inam  bəslənməsi  dastan  yaradıcılığında  bütün  dövrlərdə 
aktual olmuşdur. Bu sakrallıq qeyd etdiyimiz dastanlarda öz izlərini bu və ya digər 
dərəcədə  mühafizə  etməkdədir.  Xalqımızın,  o  cümlədən  bir  sıra  dünya  xalqlarının 
mifoloji  düşüncəsində  suyun  kainatın  yaradılışında,  xaosun  nizama  salınmasında 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə