Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə72/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   68   69   70   71   72   73   74   75   ...   100

 
219 
Yolunu gözl
əyir qohum-əqrəban, 
G
əl onları ağlar qoyma, yazıqsan. 
 
Mehralıyam, elim-obam Borçalı, 
Bir hay ç
əksəm, atlılarım bürc alı, 
Kim nam
ərddi öz boynuna vəbalı, 
H
ərzə-hərzə məni söymə, yazıqsan. [3, 14] 
S
ərvət  əsiri  olan  Musa  çavuş  Mehralı  bəyin sözlərinə  qulaq  asmadığı  üçün 
döyüşdə  ağır  yaralanıb  ölür.  Maraqlıdır  ki,  bu  epizod  “Qaçaq  Usuf”  dastanında 
Usufla D
əli  Uryadnikin  qarşılaşdığı  səhnəni  xatırladır.  Həmin epizoda diqqət 
yetirs
ək, oxşar məqamların olduğunu görərik. Patron gətirmək üçün Qarsa yollanan 
Usuf  geri  qayıdarkən  hamının  Dəli  Uryadnik  çağırdığı  Çərkəzoğlu  Hasanla  üz-üzə 
g
əlir. Bu epizodda da Usuf təəssübkeş, dini-mənəvi dəyərləri uca tutan bir obraz kimi 
çıxış  edir.  Dəli  Uryadnik  naçalnikin  tapşırığı  ilə  onun üstünə  hücum edəndə  Usuf 
“qubernat sözünü tulla k
ənara”  –  deyə  onu qan tökməməyə,  yaman  işlərdən 
uzaqlaşmağa çağırır: 
Özün ki islamsan, din qardaşımsan, 
Bir bazar x
ərcliyi al, geri qayıt. 
M
əni tanımırsan, bəlkə naşısan, 
Bir bazar x
ərcliyi al, geri qayıt. 
 
Usuf m
ənəm, eşitdinmi adımı, 
M
ən bilirəm qubernatın zatını, 
Öldür
ərəm səni, allam atını, 
Bir bazar x
ərcliyi al, geri qayıt. [103, 24] 
Din  qardaşını  barışığa  çağıran  Qaçaq  Usuf  “mən bilirəm  qubernatın  zatını” 
ifad
əsi ilə  rus  imperiyasının  “parçala,  hökm  et”  siyasətini,  qardaşı  qardaşın  üstünə 
qaldırmasını pisləyir, Dəli Uryadnik kimi adamlara da bunu anlatmağa çalışırdı. 


 
220 
H
ər iki  epizoddakı milli və dini ruhun eyniliyi, həm Mehralı bəyin, həm də 
Qaçaq Usufun yersiz qan tökm
əkdən çəkinmələri bu el qəhrəmanlarının 
humanistliyini v
ə milli təəssübkeşliyini göstərir. 
Maraqlı epizodlardan biri də çar ordusunda qulluq edən erməni əsilli general 
Loris  Melikovun  [Melikyanın]  qoşunlarının  Mehralı  bəyin dəstəsi tərəfindən 
darmadağın  edilməsi səhnəsidir. Bu epizodda da erməni xəyanətkarlığı,  Mehralı 
b
əyin qorxusundan gözünə  yuxu getməyən  bu  qansız  generalın  məğlubiyyəti öz 
əksini tapmışdır. 
Qeyd ed
ək ki, Qars tarixi ilə bağlı general Melikovun qəddarlığı, dinc əhaliyə 
qarşı  tutduğu  divan,  insanlığa  sığmayan  əməlləri və  sair  haqqında  çoxlu  faktlar  və 
m
əlumatlar  vardır.  1877-ci  il  mayın  17-də  Ərdahan istila olunarkən “bu fəlakətdə 
küç
ə savaşlarına qatıldıqları üçün qəsəbə xalqı üç gün üst-üstə yağma olundu, silahsız 
əhalidən də səkkiz yüz çoluk-çocuk şəhid edildi” [213, 39]. 
Bu cür tarixi h
əqiqətlər, xalqın şifahi yaddaşında yaşayan bir sıra hadisə və 
əhvalatlar bölgə  regional  dastanlarının, o cümlədən,  “Mehralı  bəy”  dastanının, 
müxt
əlif dastan-rəvayətlərin  əsas mövzusunu və  ana xəttini təşkil  etmişdir. 
Folklorşünas  R.Rüstəmzadə  haqlı  olaraq  yazır  ki,  “Azərbaycan tarixi qəhrəmanlıq 
dastanlarının əsas xüsusiyyətlərindən biri onun xəlqiliyi və reallığıdır. Burada təsvir 
olunan hadis
ələr  o dərəcədə  realdır  ki,  hətta tarixçilər də  ondan tarixi sənəd kimi 
istifad
ə edirlər” [136, 100].  
Osmanlı dövlətinə qarşı çıxan ərəblərin üsyanını yatırmaq üçün Mehralı bəyin 
Y
əmənə getməsi, Ərəbistanın istisinə dözməyib vəfat etməsi və orada dəfn olunması, 
xalqın  ona  yas  saxlaması  və  digər  əhvalatlar  Mehralı  bəyi bir el qəhrəmanı  kimi 
s
əciyyələndirməyə imkan verir. 
Diqq
əti çəkən cəhətlərdən biri də  Qaçaq Kərəmlə  Mehralı  bəyin taleləri 
arasındakı  oxşarlıqdır.  Qaçaq Kərəm  kimi  Mehralı  bəy də  rus  imperiyasına,  milli 
satqınlara,  zülmkarlara  qarşı  mübarizə  aparmışdır.  Qaçaq  Kərəm  İrana  keçmiş  və 
ömrünün sonunad
ək  orada  yaşamışdır.  Mehralı  bəy Türkiyədə  mübarizəsini davam 
etdirmiş və  Qaçaq Kərəm kimi öz əcəli ilə vəfat etmişdir. Qaçaq Kərəm İran şahı, 


 
221 
Mehralı bəy Osmanlı sultanı tərəfindən himayə olunmuş, yaşadıqları dövlətin yüksək 
dair
ələrində nüfuz sahibi olmuşlar. 
 
Əlbəttə,  bir  sıra  qaçaq  nəğmə  və  dastanları  kimi  Mehralı  bəy  haqqındakı 
mövcud r
əvayətlər, nəğmə  və  qoşqular  toplanmalı,  geniş  araşdırmaya  cəlb 
olunmalıdır. 
Ağbaba – Çıldırda regional dastanlar içərisində ” Sarının dastanı” sufi – irfani 
m
əzmunu ılə diqqəti cəlb edir. Həcmcə çox da böyük olmayan bu dastanda Sarının 
k
əndirbazlıq etməsi, Sarı ilə Möhtəbərin  sevgi macərası, sevgililərin uzun sürməyən 
xoşbəxtliyi və s. epizodlar  klassik dastanlarımızla yaxından səsləşir. Fikrimizcə, bu 
dastanın daha kamil və mükəmməl variantı olmuşdur. Lakin çox təəssüf ki, hələlik 
bunu 
əldə  edə  bilməmişik.  El şairi  Sultan    Orucoğlunun dilindən qələmə  aldığımız 
dastanda Allahverdinin n
əyinsə  intizarını  çəkməsi, nəyisə  gözləməsi kəndə 
k
əndirbazın gəlişi ilə gözlədiyi məqamı, daha doğrusu, ürfani məqamı gerçəkləşdirir. 
Bu m
əqama qədər heç kəs, hətta  hamının  Lələ  çağırdığı  İsrafil  kişi  də  Allahverdi 
haqqında bədgümanlıqla danışır, “bundan adam olmayacaq”  – deyir. Maraqlıdır ki, 
türk  dastançıılıq  ənənəsində  bu cür epizodlar qəhrəmanın  aşiqə  (haqq  aşığına) 
çevrilm
əsi üçün müəyyən  hazırlıq  mərhələsi  rolunu  oynayır.  Məsələn,  “Aşıq 
Q
ərib”də  Rəsulun qumarbazlara uduzandan sonra dülgərin, pinəçinin, daha sonra 
papaqçının  yanında  şagirdlik  etmək istəməsi,  lakin  xoşuna  gəlmədiyi  üçün  onların 
yanından uzaqlaşması buna nümunə ola bilər. Bu epizodlardan sonra Rəsula yuxuda 
buta verilir. 
M.H.T
əhmasib dastan qəhrəmanlarının  butadan  əvvəlki və  sonraki 
v
əziyyətlərini incələyərək bu qənaətə  gəlir ki, həmin məqamlar bir-biri ilə  tam 
ziddiyy
ət təşkil edir. Alim yazır: “... Hələ buta almamış Qurbaninin əlindən, demək 
olar  ki,  heç  bir  iş  gəlmir. O, hətta bircə  gün də  işləyib  atasının  tapşırdığı  yeri  də 
şumlaya  bilmir.  Hətta bu bir tərəfə  qalsın,  qəhrəman o qədər  şüursuz,  fərsizdir ki, 
əmisindən borc aldığı öküzlərin birini canavara yedirir, ikincisini isə palçığa batırır” 
[151
, 73]. “Sarının dastanı”nda Allahverdi kəndirbazlığı öyrənmək istəsə də, istəyinə 
nail ola bilmir, d
əfələrlə yıxılıb şil-küt olur.  Göy atlı (Xıdır Elləz) onun yuxusuna 
gir
əndən  sonra  Allahverdi  öz  arzusuna  çatır:  “Yuxusunda  gördü  yenə  bir kəndir 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə