Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə74/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   70   71   72   73   74   75   76   77   ...   100

 
225 
yazılanları ümumiləşdirib belə qənaətə gəlmək olar ki, “Sarının dastanı”nda Göy atlı 
ifad
əsi səmadan gələn, göydən enən  atlı  mənasında  işlənmişdir.  Dastanın  poetik 
m
ətnində də bu inam açıq şəkildə ifadə olunmuşdur: 
G
əl sənə söyləyim pünhan sirrimi,  
Q
əriblər dostunu röyada gördüm. 
Adını çağırdım mədəd elədi, 
Göy atın üstündə səmada gördüm. [11] 
Bu  b
ənddəki “pünhan sirr” ifadəsinin də  ilkin ibtidai təsəvvürlərlə  bağlı 
olduğunu  söyləyə  bilərik.  Dünya  xalqlarının,  o  cümlədən türklərin  mifologiyasında 
hamı,  qoruyucu  funksiyasını  yerinə  yetirən kultlar, müqəddəs  varlıqlar  olmuşdur. 
Əski inamlara görə  hami  –  qoruyucunun  tapşırığını  pozmaq,  dediklərinə  əməl 
etm
əmək  günah  sayılmışdır.  Dastanda  bu  mifik  inamı  –  Göy  atlının  “nəbadə  bu 
yuxunu  açıb  kimsəyə  deyəsən, desən xeyir tapmazsan” –  tapşırığını  yerinə 
yetirm
ədiyinə  görə  Sarı  cəzalandırılır,  müharibədə  həlak olur. Sabit Müdaminin 
“Yaralı  top”  dastanında  da  həmin  mifik  inancın  mühafizə  olunduğunu  görürük. 
Başına  gələn kəramətin (möcüzənin)  sirrini  başqasına  açdığı  üçün  ordudan  tərxis 
olunan 
əsgər kəndlərinə çatmadan ölür [190, 357]. 
Qeyd ed
ək ki, hami –  qoruyucunun  tapşırığına  əməl etməyib onun sirrini 
açanın  cəzalandırılması  süjeti  folklorumuzda  geniş  yayılmışdır.  Misal  ücün,  “Ovcu 
Pirimin nağılı”nda ovcu Pirim ilanın – kultun əvvəlcədən xəbərdarlığına baxmayaraq, 
sirri açdığına görə ölümlə cəzalandırılır, canavarlar onu parça-parça edirlər. 
“Sarının  dastanı”nda  “açılmamalı  sirrin  açılması”  mifik  inamı  sufi 
t
əsəvvürlərin müəyyən məqamları ilə çulğalaşaraq regionun aborigen əhalisinin şifahi 
yaddaşından əsərin mətninə hopmuşdur. 
B
əllidir ki, türk folklor ənənəsində  dastan  janrı  arxaik  elementləri, epos 
t
əfəkkürünün özünəməxsus  spesifikasını  və  qanunauyğunluqlarını  özündə  mühafizə 
ed
ərək qoruyur. Bu cəhət Azərbaycan  aşıq  mühitlərinin  qarşılıqlı  inteqrasiya 
prosesind
ə  türk  epik  sisteminin  müştərək cizgilərini mühafizə  etməklə  yanaşı,  eyni 
zamanda regional diferensiasiyanın da dinamikasını gücləndirir. Söz yoxdur ki, aşıq 
mühitl
ərinin  qarşılıqlı  inteqrasiya  və  diferensiasiya prosesi müəyyən sənət 


 
226 
qanunauyğunluqları  əsasında  baş  verir.  Bu  cür  sənət hadisəsinin formalaşmasında 
aşıqların  rolu  danılmazdır.  Bu  faktor  da  ilk  növbədə  aşığın  dinləyici ilə  təmas 
prosesind
ə, xüsusilə onun dastan repertuarında özünü doğruldur. “Aşıq üçün dastan 
yaradıcılığı  xüsusi  əhəmiyyəti olan bir ədəbi hadisədir. Xalq içərisində  aşığın  necə 
s
ənətkar  olmasını  qiymətləndirməkdə  onun  “dastan  ehtiyatının”  xüsusi  rolu 
olmuşdur” [94, 300]. 
Bu  baxımdan  Ağbaba-Çıldır  aşıqlarının  dastan  repertuarının,  xüsusilə 
özl
ərinin  yaratdıqları  dastanların  yayılma  arealının,  ideya-məzmun özəlliklərinin
etik-estetik xüsusiyy
ətlərinin, dil-üslub məziyyətlərinin, sənətkar təxəyyülü və  əski 
türk eposçuluq 
ənənələrinin, poetik strukturun və sair məsələlərin araşdırılması böyük 
əhəmiyyət kəsb edir. Məhz bu problemləri nəzərə alaraq Çıldırlı Aşıq Şenliyin dastan 
yarad
ıcılığı  üzərində  birinci  olaraq  dayanmağı  məqsədəuyğun  sayırıq.  Bayram 
Durbilm
əzin qənaətinə  görə,  Aşıq  Şenliyin  repertuarında  özünün  də  yaratdığı 
dastanlar  daxil  olmaqla  qırxdan  çox  dastan  olmuşdur.  “Koroğlu”  və  onun  qolları, 
“Ercışlı Əmrah”, “Aşıq Qərib”, “Yaralı Mahmud”, “Tahir və Zöhrə”, “Summani ilə 
Gülp
əri” və sair dastanlar deyilənlərə nümunə ola bilər. Aşıq Şenliyin düzüb-qoşduğu 
“L
ətif  şah”  (1873),  “Sevdagar  şah  ilə  Gülənaz Sultan” (1881), “Salman bəy ilə 
Durnatel  xanım”  (1893)  dastanları  “özəlliklə  Doğu  Anadoluda  aşıqlar  tərəfindən 
geniş  bir  çevrədə  yayılmaqla  və  xalq tərəfindən sevilərək dinlənməkdədir. Eyni 
zamanda dastanların Azərbaycan aşıq ədəbiyyatında da önəmli bir yeri vardır” [165, 
46]. 
Aşıq  Şenliyin  “Lətif  şah”  dastanı  yalnız  Türkiyədə  deyil, Türkiyədən 
uzaqlarda da geniş yayılmışdır. A.Kafkasyalı dastanın Cənubi Azərbaycanın Urmiya, 
Sulduz // Qarapapaq aşıqlarının repertuarında möhkəm yer tutduğunu göstərir [201, 
116; 163]. 
Araşdırmalar göstərir ki, bu günə qədər “Lətif şah” dastanının səkkiz variantı 
təsnif edilmişdir və  bu variantlar arasında o qədər də ciddi fərqlər yoxdur. 
Azərbaycan, o cümlədən Ağbaba-Çıldır aşıqlarının repertuarında bu dastanın 
“Lətif şah”, “Lətif şah və Telli Mehriban”, “Lətif şah və Mehriban Soltan” variantları 
ge
niş yer tutur. Biz öz araşdırmamızda görkəmli tədqiqatçı E.Aslan variantı və prof. 


 
227 
Ə.Cəfəroğlunun  axıskalı  informatorların  dilindən  qələmə  aldığı  “Lətif  şah  və  Telli 
Mehriban” adlı variant üzərində dayanacağıq. 
Türkiyəli tədqiqatçı Bayram Durbilməz dastan yaradıcılığı və Qars aşıqlarına 
aid  araşdırmasında  göstərir  ki,  “hekayə  (dastan)  təsnif  edən  aşıq  dastanın  sonunda 
məhləsini (ünvanını), adını, təsnif etdiyi tarixi, dastanın mənzum qismində neçə bənd 
türkü bulunduğunu və s. bildirir. Sözgəlimi, Aşıq Şenliyin təsnif etdiyi “Lətif şah”, 
“Sevdəgar  şah”,  “Salman  bəy”  adlarını  daşıyan  üç  dastanın  son  türkülərində 
(möhürbəndində - A.M) dastanın kimin tərəfindən və nə zaman yaradıldığı bildirilir” 
[188, 356].  Öz fikrini əsaslandırmaq üçün B.Dürbilməz prof. E.Aslana istinad edərək 
aşağıdakı bəndi nümunə gətirir:  
Mən lələyəm, dərdim çoxdu sinədə,  
Söz bənd olub yüz qırx yeddi xanədə. 
Tarix min iki yüz doxsan sənədə, 
Çıldırlı Şenliyin yadigarıdı. [188, 357] 
Həmin bənd “Azərbaycan dastanları”nın birinci cildinin qeydlər bölməsində 
bu cür verilmişdir: 
Səfil Şenlik, dərdin çoxdu sinəndə, 
Söz bənd oldu yüz yetmiş dörd xanədə. 
Min iki yüz altmış iki sənədə, 
Sərgərdan Lətifin yadigarıdı. [29, 357] 
Mərhum  folklorşünas  Q.Vəliyev  isə  “Lətif  şah”  dastanının  möhürbəndinə 
əsaslanaraq əsərin hicri tarixi ilə 1292-ci ildə (1874) yarandığını göstərir [159, 93]. 
Fikrimizcə, qeyd olunan üç müxtəlif tarixdən 1873-cü il (hicri 1290) daha dəqiqdir. 
Çünki 1262-
ci il hicri tarixini miladiyə çevirsək, 1845-ci il alınar. 1845-ci ildə Şenlik 
hələ dünyaya gəlməmişdi. Q.Vəliyev isə dastanın yaranmasını hicri 1292-ci, miladi 
1874-
cü  il  olduğunu  qeyd  edir.  Bu  tarix  prof.  E.Aslanın  göstərdiyi  tarixə  daha 
yaxındır. Həm də 1873-cü ildə Aşıq Şenliyin iyirmi üç yaşı var idi. Bu yaş dastanın 
yaranması üçün müəyyən əsas verir. 
Professor E.Aslan Aşıq Şenliyin yaratdığı dastanların mövzularından söhbət 
açark
ən  bunların  müəyyən  əhvalatlarla  bağlı  olduğunu  göstərir. Görkəmli 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə