Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə75/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   71   72   73   74   75   76   77   78   ...   100

 
228 
t
ədqiqatçının sözlərinə görə, “Lətif şah” dastanının mövzusunu ustad sənətkar gerçək 
bir hadis
ədən götürmüşdür. Həmin hadisə aşağıdakı kimidir: 
“Qarlı qış günlərinin birində Aşıq Şenlik Suxarada məclis keçirirmiş. İtlərin 
s
əsinə çıxan ev sahibi 10-12 yaşlı yarıçılpaq bir uşaqla yaşlı bir qocanı içəri gətirir. 
H
ər ikisi soyuqdan az qala donacaqmış. Onlara çay-çörək verib rahatladıqdan sonra 
kim  olduqlarını  soruşmuşlar.  Söhbət  əsnasında  məlum  olur  ki,  bunlar  Ağbabadan 
g
əliblər.  Uşağın  atası  şikəst  olduğu  üçün  o,  əmisi ilə  birlikdə  sədəqə  toplamaq 
m
əqsədi ilə  yola  çıxmışlar.  Uşağın  adı  Lətif,  əmisinin  adı  isə  Mövlud  imiş.  Uşaq 
əmisinə “Lələ” deyə müraciət edirmiş. Onların acınacaqlı vəziyyəti hamıya bərk təsir 
edir v
ə məclisdəkilər Aşıq Şenlikdən bu barədə bir söz qoşmasını xahiş edirlər. Ustad 
s
ənətkar da bu hadisədən bərk mütəəssir olur və  bədahətən  burada  bir  söz  qoşur. 
Bel
əliklə, həmin hadisə və söylənilən türkü “Lətif şah” dastanının yaranmasına səbəb 
olmuşdur”. 
 
E.Aslanın  qənaətinə  görə,  Aşıq  Şenlik  Lətifi Yəmən  padşahının  oğlu  Lətif 
şah,  onun  əmisi Mövludu isə  Yəmən  padşahının  baş  vəziri  Qoca Lələ  kimi təsvir 
etmişdir.  “Şenlik  burada  hər nədənsə  qəhrəmanların  adlarını  dəyişdirmək gərəyini 
lazım bilməmiş. Sadəcə olaraq, Lətifə bir sevgili taparaq ona Gövhər adını vermişdir” 
[164, 70]. 
Göründüyü  kimi,  Aşıq  Şenlik  sonralar  bu  əhvalatı  genişləndirərək  dastanın 
m
əzmununu, hadisə və obrazlara uyğun şeir parçaları ilə zənginləşdirmiş, klassik bir 
eşq dastanı yaratmağa müvəffəq olmuşdur. 
Bu m
əsələ ilə bağlı prof. M.H.Təhmasib yazır: “... Lətif Şenliyin çox sevdiyi 
yaxın bir qohumunun adı imiş. Çox gözəl təbə malik olan Lətif gənc ikən ölmüşdür. 
Şenlik bu məharətli gənc şair-aşığın ölümündən çox mütəəssir olmuş və həmin “Lətif 
şah”  dastanını  onun  adına  qoşmuş,  bu  yolla  Lətifin xatirəsini  əbədiləşdirmək 
ist
əmişdir” [151, 92]. 
“Lətif  şah”  dastanı  mükəmməl  süjeti,  mifoloji  hadisə  və  əhvalatların, 
obrazların  zənginliyi  ilə  seçilir.  Dastanda  padşahın  övladının  olmaması,  nəzir-
niyazdan  sonra  onun  oğlunun  dünyaya  gəlməsi,  dərvişin  ona  alma  verməsi,  əsərin 
qəhrəmanının buta alması və s. ənənəvi süjetlərlə gerçək hadisələrin, sakral dünya ilə 


 
229 
real  dünyanın  bir-birinə  inteqrasiyası  əsərin  süjetinin  çoxşaxəliliyini,  surətlərin 
tamlığını,  kompozisiyanın  mürəkkəbliyini  təmin  edir.  Məlumdur  ki,  dastanda  Lətif 
şahın  bütün  elmləri  öyrənib  başa  vurmasından  sonra  onun  karvan  soymasından, 
Hindistan padşahının qızı Telli Mehribanın ona buta verilməsindən və bu yolda Lətif 
şahın başına gələn müxtəlif əhvalatlardan bəhs olunur. Qeyd edək ki, Lətif şah həm 
aşıq, həm də qəhrəmanlıq statusu daşıyır. Buta verilənədək qəhrəmanlıq funksiyasını, 
buta  verildikdən  sonra  isə  həm  aşiqlik,  həm  də  qəhrəmanlıq  funksiyasını  yerinə 
yetirən  Lətif  şahın  adı  da  qədim  türk  eposçuluq  ənənələri  və  mifik  düşüncə  ilə 
bağlıdır. Bir sıra Azərbaycan nağıl və dastanlarının başlanğıc hissəsində əsasən, belə 
stabil epizodlar mühüm yer tutur: dərvişin verdiyi almadan, qoxulatdığı güldən və s. 
sonra övlad həsrəti çəkən adamın qarşısında iki şərt qoyulur: doğulan uşaqlardan biri 
müəyyən yaş həddi çatdıqda dərvişə verilməlidir, ya da uşağa mütləq dərvişin özü ad 
qoymalıdır. 
“Lətif  şah”  dastanında  Lətif şaha  ad qoyma  mərasimi  qeyd  etdiyimiz  ikinci 
motivlə  bağlıdır.  Yalnız  bu  əsərdə  deyil,  bir  sıra  nağıl  və  dastanlarımızda  uşağa 
dərvişlərin ad qoyması, şübhəsiz ki, xalqımızın dini-mifoloji qörüşlərini özündə əks 
etdirir.  Adqoyma  mərasimi  ilə  bağlı  dastan  və  mif  kontekstində  “Kitabi-Dədə 
Qorqud”  qəhrəmanlarının  adlarının  semantikasını  açıqlayan  tədqiqatçı  M.Cəfərli 
yazır:  “...Adalma  türklərdə  bir  sabit  element  olmaqla  müxtəlif  yaş  hədləri  ilə  bağlı 
olmuşdur. “Kitabi-Dədə Qorqud”da bunun yaş həddi var -on beş yaş” [52, 59]. 
Lətif  şahın  adının  magik  səciyyəsi,  mifoloji  semantikası  kimi,  ona  buta 
verilməsi  prosesi  də  qeyri-adi  keyfiyyətlərlə,  əski  inamlarla  bağlıdır.  Qeyd  etmək 
yerinə  düşər  ki,  buta  motivi  dastanın  E.Aslan  variantında  Mehriban  Soltanın  Lətif 
şahın  sorağını  alıb  onunla  görüşməsi  və  qoynuna  məktub  qoyması  ilə  gerçəkləşir. 
Əhliman  Axundov  variantına  görə  Mehriban  Soltan  Lətif  şahın  şəklini  gördükdən 
sonra onlar bir-
birilərinə  aşıq  olurlar.  Əhməd  Cəfəroğlu  variantında  isə  hər  iki 
qəhrəman  yuxuda  buta  alır.  Buta  verilməsi  ilə  əlaqədar  A.Kabaklı  yazır  ki,  pirlər 
(müqəddəslər) “aşığa üç dolu eşq badəsi verər. Bunlardan biri Allah üçün... biri pirlər 
üçün... üçüncüsü də dünyada və axirətdə sevdasını çəkəcəyi gözəl bir qız üçündür. Pir 
ona sevəcəyi dilbərin camalını da göstərir” [197, 17]. Dastanda həm Lətif şaha, həm 


 
230 
də Telli Mehribana eyni vaxtda buta verilməsi epizodu bu cür təsvir olunur: “Telli 
Mehriban  bir gecə öz  otağında  yatdığı  yerdə  yatağın içində  yuxuda bir  adam  gəldi 
əlindən tutdu, yerində oturtdu. Əlində bir kuzə, bir dənə də stəkan. Kuzədən su tökdü 
stəkana.  Telli  Mehribana  uzatdı  dedi  ki,  bunu  içəcəksən.  Bizi  yoxdan  var  eləyən 
allahın eşqinə. Aldı bu qız bu badəni içdi allahın eşqinə. Bir daha doldurdu. Dedi ki, 
bunu da içəcəksən qırxların, pirlərin, axır zaman peyğəmbərinin eşqinə. Aldı qız onu 
da  içdi.  Bir  daha  doldurdu.  Dedi  ki,  bu  badəni  içəcəksən  Yəmən  padşahının  oğlu 
Lətif  şahın  eşqinə.  Elə  eynilə  Lətif  şaha  içirdi.  Demə,  bu  adam  Xızır 
əleyhissalammış. İki barmağını ayna elədi. Qızın camalını oğlana, oğlanın camalını 
da qıza göstərdi” [181, 20]. 
Buta aldıqdan sonra “üç yüz altmış damarı od tutub yanmağa başlayan” Telli 
Mehriban  Lətif  şahın,  Lətif  şah  da  onun  eşqinə  qeyri-adi  keyfiyyətlər  qazanır. 
Görkəmli  folklorşünas  M.H.Təhmasib  dastan  qəhrəmanlarının  bir-birini yuxuda 
görərək  aşıq  olmalarını  qədim  ədəbi  priyomlardan  biri  kimi  səciyyələndirir.  Buta 
verilməsi  motivinə  toxunan  prof.  H.İsmayılov  bu  məsələni  bir  qədər  də 
dəqiqləşdirərək yazır ki, “dastanlarımızda geniş yayılmış “buta verilməsi”nə sadəcə 
bir  priyom  kimi  yanaşmaq  bəlkə  də  doğru  olmazdı.  Çünki  burada  əski  köklərlə 
bağlılıq  vardır.  Elə  buna  görə  də  buta  almış  qəhrəmanlar  öz  qeyri-adilikləri  ilə 
seçilməyə başlayırlar” [93, 86]. 
“Lətif şah və Telli Mehriban” dastanında da bu motiv özünü qabarıq şəkildə 
göstərməkdədir.  Əksər  dastan  qəhrəmanları  kimi,  Lətif  şah  da  buta  aldıqdan  sonra 
qeyri-
adi  hallar  keçirir,  onun  psixikasında  dəyişikliklər  baş  verir,  ən  bacarıqlı 
həkimlər onun dərdinə çarə edə bilmirlər. Lakin onun dərdi, xəstəliyi maddi, fizioloji 
xəstəlik  deyil.  Bu,  onun  şüurunda,  mənəviyyatında  gedən  mənəvi  sarsıntı,  başqa 
sözlə,  mənəvi  təkamül,  intibahdır.  Bu  təkamül  onu  aşiqlikdən  aşıqlığa  çatdırır.  Bu, 
ürfani bir təkamüldür. Buna görə də heç kəs onun dərdini anlamadığı halda, iki yüz 
əlli yaşlı bir qarı Lətif şahın eşq sevdasına düçar olduğunu başa düşür. Həmin epizod 
dastanda  bu  cür  verilir:  “Dedi  ki,  bundan  qoloyu  (asanı)  nə  var.  Bununku  sevda 
şeiridi.  Sazbənddən  mənə  bir  üç  telli  saz  gətirdin,  indi  mən  bunu  qaldırım.  Sazı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə