Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə78/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   74   75   76   77   78   79   80   81   ...   100

 
237 
Var olsun ulusum, elim, 
Şenlikdən ərməğan sizə. [164, 470] 
Aşıq  Şenliyin  bu  dastanı  düzüb-qoşması  ilə  bağlı  maraqlı  rəvayətlər 
mövcuddur. Deyil
ənlərə görə, “Lətif şah” və “Sövdəgər bəy” dastanlarını yaratdıqdan 
sonra bölg
ədə çox məşhur olan Aşıq Tüccarinin, “Yaralı Mahmud” dastanı qədər bu 
dastanların  tanınmadığını  görən  Şenlik  bundan  bərk  əndişələnir və  “Salman 
b
əy”dastanını yaradır. Bu rəvayət bir tərəfdən Aşıq Şenlik kimi iddialı və tündməcaz 
bir s
ənətkarın xarakteri ilə uyğunluq təşkil edir və həmin əhvalatın doğruluğu barədə 

əyyən mülahizələr yürütməyə  imkan verirsə, digər tərəfdən  xalqın  Aşıq  Şenliyə 
olan sonsuz m
əhəbbətini və sevgisini özündə əks etdirir. 
“Salman b
əy” müəyyən qəhrəmanlıq  motivlərini və  döyüş  səhnələrini iki 
g
əncin sevgi macəraları  axarında  əks etdirən bitkin bir məhəbbət dastanıdır.  Bu 
baxımdan  dastanın  “Dədə  Qorqud”,  “Koroğlu”,  “Şah  İsmayıl”,  “Aşıq  Qərib” 
dastanları və bir sıra nağıllarımızla oxşarlıq təşkil edən edən məqamları çoxdur. Hər 
şeydən  əvvəl qeyd etmək  lazımdır  ki,  Aşıq  Şenliyin  digər  əvvəlki  iki  dastanında 
olduğu  kimi “Salman bəy”  dastanı  qəhrəmanın  anadan  olması  ilə  deyil, onun buta 
alması  ilə  başlanır  Azərbaycan məhəbbət  dastanları  içərisində  “Aşıq  Qərib”, “Qul 
Mahmud” v
ə sair dastanların ekspozisiyası da bu cür başlanır. 
“Q
əddi növcavan, cəngi qəhrəman, hər bir mərifətdə  mahir” Salman bəyin 
yuxuda buta almasının magik semantikası dastançılıq ənənəsinin səciyyəvi əlamətləri 
il
ə yuxuda baş verir: “Salman bəy o vaxt səadətdə...dünyadan beyhəvər yatdığı yerdə 
bir mübar
ək cümə  axşamı,  gecənin  nisfi  şəb müddətində  üçlərdən,  beşlərdən, 
qırxlardan  mərdin dizinin dirəyi, namərdin  gözünün  tığı[qılıncı,  xəncəri] bir nurani 
D
ərviş özünü  yetirdi  Salman  bəyin baravarına...Dedi  ki,  ey  Salman  bəy, bu badəyi 
əvvəla səni məni yaradan, bütün mükavanatı (kainatı) yoxdan var edən Allahı niyət 
eliyib iç
əcəksən.  İkincisi  Adəmdən Hatəmə  qədər  yüz  iyirmi  dörd  min  peyğəmbər 
g
əldi keçdi. Müsenniflər yüz iyirmi dörd min də  irvayat etdilər. Üç yüz on üçünə 
C
əbrayıl  xitabı  icra  endirdi,  iyirmi  səkkizinə  nəbi dedilər.  Üzeyir,  Loğman, 
Zülq
ərneyn ixtilafa  çıxandan  sonra  iyirmi  beşi  şübhəsiz  qaldı.  Onlar  Allahı 
Ezimüşşanın  dərgahında  çox  sevgili  ənbiyadırlar.  Sureyi  aləmdə  zikr olurlar. Bu 


 
238 
badeyi iki cahanın günəşi Məhəmməd peyğəmbəri niyət eliyib, iyirmi dörd mürsəlin 
eşqinə  içəcəksən. Üçüncü badəyi  Havaran ölkəsinin Hatəm  şəhərində  mürəssəp 
şahının  qızı  Durnatel  xanımın  eşqinə. Dərviş  Salman  bəyə  ənam elədi” [164, 417-
418]. 

əyyən ixtisarlarla örnək  aldığımız  bu  epizodda  Aşıq  Şenliyin  dini 
bilgil
ərinin zənginliyi üzə çıxır. Salman bəyə buta verildiyi kimi həmin gecə Durnatel 
xanım  da  buta  alır.  “Salman  bəyə  badeyi verən dərviş  eyni  gecənin  nisfi  şəb 
müdd
ətində  Durnatel  xanımı  da  eşq  oduna  salaraq  onu  da  Salman  bəyə  aşiq  elədi. 
Durnatel xanımın da cisminə od tüşüf yanmağa başladı” [164, 419]. 
Biz 
əvvəlki fəsildə bu barədə bəhs etdiyimizə görə onu əlavə edə bilərik ki, 
buta anlayışının telepatik, intuisiya, psixoloji və s. elmi-nəzəri əsasları ilə yanaşı, bu 
əsasların  fövqündə  duran qeyri-adi bir qüvvə  ilə  bağlılığı  da  mövcuddur.  Dastan 
q
əhrəmanlarının  möcüzəli  şəkildə  doğuluşu,  buta  verilməsi, çətin səfərlər, mövcud 
t
əhlükəni duyub ondan xilas olmaq və  sair epizodlar qeyri-adi qüvvənin  aşiq  və 
m
əşuqa bəxş etdiyi vergidir. Məhz bu keyfiyyət dastanlarımızın dini-mifoloji, ürfani-
t
əsəvvüf məzmun-mündəricəsini müəyyənləşdirir.  Görkəmli saz-söz sənətkarlarının 
özl
ərinin də  həyatında  bu  cür  hadisələrin  olduğu  məlumdur. Məsələn,  Aşıq 
Summaninin Gülp
əri ilə,  Aşıq  Sabit  Müdaminin  Şəmsinurla  butalandığı  barədə 
maraqlı  əhvalatlar mövcuddur. Yüksək poetik istedad və  bədii təxəyyül, güclü 
intuisiya v
ə ilahi vergi ustad aşıqların ədəbi şəxsiyyətinin mühüm atributları olduğu 
kimi, onların yaratdıqları dastanların formalaşmasında da önəmli rol oynamışdır.  
Göründüyü kimi, dastanda gerç
ək sevgi ilə rəmzi məhəbbətin bədii inikasını 
Aşıq Şenlik özünəməxsus bir çəkildə göstərmişdir. Dastanın dini-ürfani məzmununun 
tamamlanmasında əhəmiyyətli yer tutan bu epizod orta çağ dastançılıq ənənəsindən 
g
əlmə motiv kimi diqqəti cəlb edir.  
Professor  E.Aslan  Aşıq  Şenliyin  qəhrəmanlarının  iki  sevgili  olmasını  onun 
şəxsi həyatı ilə bağlayır. Bəllidir ki, Aşıq Şenlik gəncliyində Hürü adlı bir qızı sevsə 
d
ə, onu ala bilməmişdi.  Bir  müddətdən sonra Mürvət  adlı  bir  qızla  evlənsə  də, 
uşaqları olmadığından ikinci dəfə evlənmişdi. Bu evliliklərin heç biri aşığı xoşbəxt 
ed
ə bilməmiş, ilk sevgisini heç vaxt unutmamışdı. E.Aslan həmin faktlara söykənərək 


 
239 
bu q
ənaətə  gəlir  ki,  Aşıq  Şenlik  “yaratdığı  dastanlarda  qəhrəmanları  iki  sevgili  ilə 
xoşbəxt  yaşatmış,  beləcə  özünün tapa bilmədiyi  xoşbəxtliyi və  ailə  rahatlığını 
q
əhrəmanlarına vermişdir” [164, 29]. 
 Alimin bu fikri il
ə  razılaşmaq  çətindir. Qeyd etdiyimiz kimi, dastan 
q
əhrəmanlarının iki sevgili olması ədəbi bir priyomdur, aşıqlıq gələnəyinin ifadəsidir. 
M
əsələn,  “Şah  İsmayıl-Gülzar”  dastanında  Şah  İsmayıl  üç  gözəllə  -  Gülzar  xanım, 
R
əmdar Pəri və Ərəbzəngi ilə evlənir. 
Aşıq Şenliyin dastanları maraqlı süjet və kompozisiyaya, zəngin ifadə və dil 
göz
əlliyinə, güclü milli-regional koloritə, əlvan etnoqrafik cizgilərə malikdir. Aşığın 
b
ədii təfəkkürü,  əski eposçuluq ənənəsindən, türk-müsəlman mədəniyyətindən 
yaradıcı  şəkildə  qaynaqlanması  onun  dastanlarını,  xüsusilə  “Lətif  şah”  və  “Salman 
b
əy”i  klassik  xalq  romanları  ilə  bir  sırada  araşdırmağa  imkan  verir.  Məlumdur ki, 
m
əhəbbət  dastanlarının  özünəməxsus  süjet və  kompozisiyası  vardır.  Məhəbbət 
dastanlarının  struktur-semantik məzmunu, poetik-üslubi xüsusiyyətləri, süjet 
quruluşu,  kompozisiya  spesifikası  və  s. məsələlər  ardıcıl  şəkildə  araşdırılmışdır. 
“Aşıq  tərəfindən ifa edilən hər bir dastan üç hissədən:  ustadnamə, dastan özü və 
duvaqqapmadan, b
əzən də  cahannamə  və  ya vücudnamədən ibarətdir... 
Ustadnam
ədən sonra dastanın əsas süjeti gəlir ki, onu da şərti olaraq dörd mərhələyə 
ayırmaq mümkündür: 
1.Q
əhrəmanın qeyri-adi, möcüzəli doğuluşu; 
2.Buta alma m
ərhələsi; 
3.Qabağa çıxan maneələr və onlara qarşı mübarizə; 
4.Sınaqdan çıxma, müsabiqə və qələbə” [34, 598]. 
Stabil s
əciyyəli bu model Azərbaycan folklorşünaslığında qəbul olunmuş bir 
bölgü kimi Aşıq Şenliyin dastan yaradıcılığında da müşahidə olunmaqdadır. 
Qeyd olunan buta m
ərhələsi ilə  bağlı  folklorşünaslığımızda  M.H.Təhmasib, 
M.H
əkimov, M.Seyidov, Q.Paşayev, M.Cəfərli, M.Qasımlı, M.Allahmanlı və başqa 
aliml
ərin  maraqlı  fikirləri mövcuddur. “Azərbaycan  ədəbiyyatı  tarixi”nin  birinci 
cildind
ə buta motivinin dastanlarımızda əsasən beş təzahür şəkli olduğu göstərilir. Bu 
t
əzahür şəkillərini qısaca olaraq bu cür ifadə etmək olar: a) dastan qəhrəmanı qızın 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə