Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə77/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   73   74   75   76   77   78   79   80   ...   100

 
234 
həlledici rola  malik olduğu  məlumdur.  Bu  baxımdan  Lətif şahın günlərlə  tək-tənha 
dənizdə qalması, su stixiyası vasitəsilə onun düşdüyü çətin situasiyanın düzənlənməsi 
prosesi mifoloji təsəvvürlərlə bağlıdır.  
Ümumiyy
ətlə,  Aşıq  Şenliyin  “Lətif  şah”  dastanı  “klassik  dastançılıq 
ənənəsinin uğurlu davamıdır” [106, 200]. Dastanda həm qəhrəmanlıq, həm məhəbbət 
motivl
ərinin, həm real, həm də  mifoloji hadisələrin milli-estetik  harmoniyası 
Az
ərbaycan-türk  dastançılığının  Ağbaba-Çıldır  aşıq  mühitində  özünəməxsus 
öz
əlliklərinin göstəricisidir. 
Aşıq  Şenliyin  “Salman  bəy və  Durnatel Sultan” (“Salman bəy”)  dastanının 
maraqlı  mətn strukturu zəngin  dastançılıq  ənənələri  əsasında  yaranmış  fərdi 
t
əxəyyülün məhsuludur. Obrazlı motivlər, əski eposçuluqdan gələn arxaik elementlər, 
dini-mifoloji cizgil
ər, regional ünsürlər  əsərin süjet və  kompozisiyasının 
formalaşmasında başlıca göstəricilərdir. Bütün göstəricilər bir-biri ilə elə üzvi şəkildə 
qovuşub  çulğaşır  ki,  Aşıq  Şenliyin  türk-müsəlman mədəniyyətinin dərin köklərinə
əski  eposçuluq  ənənələrinə  nə  qədər  qırılmaz  tellərlə  bağlı  olduğunu  sübut  edir. 
Bölg
ə aşıqlarının, o cümlədən Aşıq Şenliyin yaradıcılıq irsində, “ədəbi şəxsiyyətinin 
yaranıb  yetkinləşməsində  böyük təsiri olan Azəri sahəsi  aşıq  gələnəklərinin” [164, 
20] “Salman  b
əy və  Durnatel  xanım”ın  süjet  və  kompozisiyasının  intensiv 
dinamikasının  müəyyənləşməsində, təhkiyə  üslubunda,  başlıcası  isə  mətn 
strukturunda qabarıq şəkildə özünü göstərir. Biz burada intensiv dinamika ifadəsini 
t
əsadüfi  olaraq  işlətmirik. Çünki dastanda təsvir olunan gözlənilməz  əhvalatların 
sür
ətlə  bir-birini  əvəz etməsi, xüsusilə  təhkiyə  prosesində  real hadisələrin dini-
mifoloji  şüurla  bağlılığı,  gerçək həqiqətlərdən mifik zaman və  məkana keçid, və 
yaxud t
ərsinə  -  bütün bunlar “Salman bəy”  dastanındakı  intensiv  dinamikanı 
formalaşdıran  və  müəyyən  ədəbi axara yönəldən özünəməxsus cəhətlərdir. Eyni 
zamanda  bu  spesifikanı  ustad  sənətkarın  yaradıcılıq  tapıntısı  kimi  qiymətləndirmək 
lazımdır. Dastanın məzmunu, hadisələrin alt qatındakı arxaik görüşlər, mifik səciyyə 
daşıyan sınaqlar və sair xüsusiyyətlər əsəri “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Aşıq 
Q
ərib”, “Abbas - Gülgəz” və digər dastanlarla müqayisə etməyə, müvafiq paralellər 
aparmağa  imkan  verir.  “Salman  bəy və  Durnatel  xanım”  dastanı  “Lətif  şah”  qədər 


 
235 
Az
ərbaycan  aşıq  ədəbiyyatında  geniş  yayılmasa  da,  əsərin  Aşıq  Şenliyin 
yaradıcılığında, o cümlədən Ağbaba-Çıldır aşıq mühitində özünəməxsus yeri olduğu 
şübhəsizdir. Bunu əsas tutaraq, fikrimizcə,  dastanın  ətraflı  şəkildə  araşdırılması, 
yüks
ək elmi-nəzəri səviyyədə  tədqiqi zəruri bir məsələ  kimi  ortaya  çıxır.  Dastanın 
milli epik t
əfəkkürdən, tarixi-genetik köklərdən  qaynaqlandığını  düzgün 

əyyənləşdirən və  ədəbi-estetik  əhəmiyyətini yüksək qiymətləndirən professor 
E.Aslan  yazır  ki,  “xalq  hekayəçiliyi sahəsində  isə”Salman bəy” kimi mövzu və 
işlənmə baxımından mükəmməl deyə biləcəyimiz bir hekayənin müəllifi olan Şenlik 
bu yönümd
ə də böyük qabiliyyətini və ustalığını göstərə bilmişdir” [164, 20]. 
Görk
əmli tədqiqatçı  öz  araşdırmalarında  “Salman  bəy”  dastanının 
mövzusunun, “L
ətif  şah”da  olduğu  kimi,  real  həyatda  baş  vermiş  gerçək bir 
hadis
ədən götürüldüyünü göstərir. Məlum  olduğu  kimi,  Azərbaycan  dastançılıq 
sistemini t
ədqiq edən mütəxəssislər  dastanların  yaranması  haqqında  maraqlı 
mülahiz
ələr söyləmişlər. Akademik  H.Araslının,  professor  M.H.Təhmasibin, 
professor M.H
əkimovun, professor M.Cəfərlinin və digər tədqiqatçıların bu yönümdə 
t
ədqiqatları dastançılıq ənənələrinin açıqlanmasında qiymətli mənbələrdir. 
Akademik  H.Araslı  bu  problemi  səciyyələndirərkən ilk növbədə  “bəzi 
dastanlarda h
əqiqətən tarixdə yaşamış şəxsiyyətin adı ilə bağlı müasirlərinin yaratdığı 
şeirlərin həmin dastanın əsasını təşkil etməsi” fikrini irəli sürür [18, 19]. 
Tanınmış akademikin sözlərinə söykənərək onu əlavə edə bilərik ki, “Salman 
b
əy”  dastanının  baş  qəhrəmanının  prototipi  Osman  ağa  adlı  bir  şəxs  olmuşdur. 
Dastanın  nəzm hissəsinə  gəldikdə  isə  demək  lazımdır  ki,  şeirlərin  əksəriyyəti  Aşıq 
Şenliyə  məxsusdur.  Lakin  bu  dastan  da  şifahi  yolla  günümüzə  gəlib  çatdığı  üçün 
əsərə  digər saz-söz sənətkarlarının,  xüsusilə  aşığın  şagirdlərinin müdaxiləsi 
mümkündür. 
E.Aslan “Salman b
əy”  dastanı  ilə  bağlı  uzun  illər  araşdırmalar  aparmış  və 
maraqlı nəticələr əldə etmişdir. Alimin yazdıqlarına görə o, “Salman bəy” dastanını 
1972-ci ild
ə Aşıq Şenliyin şagirdi Aşıq Gülüstan Çobanoğludan yazıya almışdır. Aşıq 
Gülüstan Çobanoğlu Aşıq Şenliyin yaratdığı dastanların ən yaxşı ifaçılarından olmuş 
v
ə  ustadı  ilə  birlikdə  bir çox məclislərdə,  el  şənliklərində  iştirak  etmişdi.  Dastanı 


 
236 
“Şenliyin ağzından çıxdığı kimi əzbərlədiyini və o cürə də o, E.Aslana söylədiyini” 
xüsusi olaraq bildirmişdi. 
Dastanın  mövzusu  ilə  bağlı  folklorşünas  alimin  verdiyi  məlumat da çox 
maraqlıdır. Tədqiqatçı apardığı araşdırmaları və toplayıcılıq işlərini ümumiləşdirərək 
1970-ci ild
ə Çıldırın Urta kəndində Mehdi Bayazdan aldığı bilgilər əsasında “Salman 
b
əy”  dastanının  yaranmasının  səbəbi olan hadisəni  bu  cür  şərh  edir:  “Axıskanın 
Parak
ənd kəndində 35-40 yaşlarında var-dövlətli Osman ağa arvadını çox sevərmiş. 
Düşmənləri bir gün onu kənddən uzaqlaşdırmaq  məqsədi ilə  məhkəmə  hadisəsini 
b
əhanə edərək Axıskaya çağırtdırırlar. Şəhərə yollanan Osman ağa yolda şübhələnib 
geri qayıdır. Evinə çatanda görür ki, düşmənləri onun arvadı Qəmər xanımı qaçırmaq 
ist
əyirlər.  Osman  ağa  hücum  çəkib  onların  iki  nəfərini öldürür, ancaq çox sevdiyi 
arvadı da bu döyüşdə öldürülür. Bu hadisəyə görə Osman ağa həbs olunur, arvadı da 
öldüyün
ə  görə  qapısı  bağlı  qalır.  Bir  müddətdən sonra həbsdən  çıxan  Osman  ağa 
M
ələk adlı bir qızla evlənir” [164, 69]. 
E.Aslan  Mehdi  Bayazın  dediklərinə  istinad edərək  yazır  ki,  Şenlik  Osman 
ağanın  yaxın  dostu  imiş.  Bu  hadisəni  eşidəndə  o,  Osman  ağanın  arvadının  yas 
m
ərasiminə gedib iştirak edir, Axıskada həbsdə olan Osman ağa ilə də görüşür. 
Osman  ağanın  başına  gələn bu faciədən çox mütəəssir  olan  Aşıq  Şenlik 
bununla  bağlı  bir  şeir  qoşur.  Sonralar  isə  bu mənzumə  ətrafında  “Salman  bəy” 
dastanını yaratmışdır. 
Maraqlıdır ki, akademik H.Araslının dastanların yaranması haqqında yuxarıda 
qeyd olunan fikirl
əri ilə E.Aslanın mülahizələri üst-üstə düşür. E.Aslan “Salman bəy” 
dastanının  yaranması,  obrazların  prototipləri, hadisələrin cərəyan etdiyi yer və  s. 
bar
ədəki mülahizələrini ümumiləşdirərək bu qənaətə  gəlir ki, dastanın  mövzusunun 
qaynağı yaşanmış gerçək əhvalatdır. 
Dig
ər dastanları kimi , “Salman bəy” dastanınını yaranma tarixini Aşıq Şenlik 
Salman b
əyin Durnatel xanımla deyişməsinin son bəndində hicri tarixi ilə 1311-ci ili 
(miladi 1893) göst
ərmişdir: 
Tarix min üz yüz on bird
ə, 
Böyl
ə oldu vəsfi-halım. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə