Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə79/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   75   76   77   78   79   80   81   82   ...   100

 
240 
şəklini görüb ona vurulur; b) qəhrəman qızın özünü görüb aşiq olur; c) oğlan gözəlin 
sorağı  ilə  onun  arxasınca  yollanır;  ç)  qəhrəman  sevdiyi  qızdan  müəyyən  nişanələr 
vasit
əsi ilə sifariş alır; d) oğlana və qıza yuxuda buta verilir [34, 599]. 
Bu  baxımdan  Aşıq  Şenliyin  “Salman  bəy”  dastanında  qəhrəmanlara buta 
verilm
əsi  situasiyasının  mifik  şüurun,  dini-ürfani motivlərin arxaik epik ənənəyə 
əsaslandığını görə bilərik. Maraqlıdır ki, Durnatel xanım buta aldıqdan sonra düşdüyü 
v
əziyyətdən  çıxış  yolu  axtaranda  ikinci  dəfə  yenə  də  onun köməyinə  dərviş  gəlir. 
“Dürnatelin piri imdadına yetişdi. Eşq badəsini verən dərviş Dürnatelə dedi ki, qızım, 
gözl
ərini aç, əhvalını babana anlat, sənin dərdinə ancaq o çarə edər. 
Durnatel xanım eşq badəsini içəndə həm Salman bəyə aşiq olmuşdu, həm də 
haqq aşığı qüdrətini bulmuşdu. Yatağından qalxdı, gəldi babasının önündə diz çökdü, 
qırx  hörük  saçının  bir  hörüyünü  sinəsinə  basıb  görək  əhvalını  babasına  necə 
anladacaq, bizl
ər nə dinləyəcəyik: 
Bu c
əbrin taxtını sirri hikmətdən, 
Hiday
ət elmini seçməyən bilməz. 
B
əhri səfinənin qəm turabına, 
Hicran möhn
ətinə düşməyən bilməz. 
 
Dürr
əteləm, müddət keçifdi vaxtdan
Canım bezar oldu fikri maraqdan, 
Eşqin fəraqında, təqdiri-haqdan, 
Qüdr
ət kitabını açmayan bilməz”. [164, 419-420]  
Sufi  simvolikası,  təsəvvüf terminləri ilə  işarələnmiş  bu  müraciəti Mürəssəb 
şah və onun ətrafdakıları başa düşə bilmirlər. Bunu yalnız Əyyam Münəccim bilir. 
Durnatel xanım da həqiqəti söyləməyi təkidlə ondan tələb edir: 
Ey mün
əccim, sən mövlamı sevərsən, 
Söyl
ə babam yetik olsun sirrimə. 
Minkir olub verm
ə haqqı nahaqqa, 
Vallah, s
əni tapşırıram pirimə [164, 420]. 


 
241 
Süjetin ekspozisi
yasındakı  bu  epizoda  diqqəti  çəkməklə  burada  ayrı  bir 
m
əqamı da incələməyə ehtiyac duyulur. Bu da Əyyam Münəccimlə bağlıdır. “Yetmiş 
il  keçmişdən,  yetmiş  il  gələcəkdən xəbər verən, “göydə  ulduzu,  suda  balığı 
qovuşduran”  Əyyam  Münəccim  Durnatelin  haqq  aşığı  olduğunu  bilsə  də, bunu 
qorxusundan ilk anda onun atasına deyə bilmir. 
Mür
əssəb  şahın  israrlı  tələbi və  onu ölümlə  hədələməsi  Əyyam  Münəccimi 
gerç
əyi söyləməyə  vadar  edir.  Şah  onu  zindana  saldırsa da,  sonra  onu  azad  edərək 
qızının  dərdinə  çarə  etməyi  tapşırır.  Buradan  aydın  görünür  ki,  məhəbbət 
dastanlarımızın  əksəriyyətində  olduğu  kimi,  “Salman  bəy”  dastanının  obrazlar 
tipologiyasında  ənənəvi  Aşıq-Dərviş  (Xızır,  Həzrət  Əli,  pir  və  b.)  -  Məşuq 
triadasından əlavə yardımçı vasitəçilər də iştirak edir. “Salman bəy”də bu yardımçı 
obraz  Əyyam  Münəccimdir. Məlum  olduğu  kimi,  məhəbbət  dastanlarındakı  bu  tip 
sur
ətlər qeyri-adi obrazlar sisteminə daxil olmur, onlar əsas qəhrəmanlarla nə qədər 
yaxından  ünsiyyətdə  olsalar  da,  adi  obraz  statusunda  çıxış  edirlər. Azərbaycan 
dastanlarınını  struktur  poetikasını  dərindən  araşdıran  professor  M.Cəfərlinin elmi 
q
ənaətləri  bu  baxımdan  çox  maraqlıdır.  Alim,  dərviş  Həzrət  Əli-Xızır  obraz 
kompleksini t
ədqiq edərkən bu kompleksin nüvəsində  əski  şamançılıq  dini 
görüşlərinin dayandığını qeyd edərək yazır: “Məhəbbət dastanlarında, dedik ki, baş 
q
əhrəmanlar Aşiq və Məşuqdur. Bunlarla eyni semantik cərgədə vasitəçi – mediator 
obrazı  dayanır.  Düzdür,  mediator  süjet  fəallığına  malik  deyil.  Ancaq  struktur-
semantik planda Q
əhrəman və  onun sevgilisi  Mediator  obrazsız  sadəcə  düşünülə 
bilm
əz.  Bu  baxımdan  vasitəçinin süjet fəallığının  nə  dərəcədə  olmasından  asılı 
olmayaraq, o, semantik qütbl
ər arasında əlaqəyaradıcı obraz kimi dastanın strukturu 
üçün  çox  vacib  elementdir.  Bu  baxımdan  Aşiq,  Məşuq  və  Vasitəçi (dərviş-  Həzrət 
Əli-Xızır  Nəbi)  obrazlarından  sonra  məhəbbət  dastanlarındakı  bütün  obrazlar  adi 
status daşıyır” [51, 190]. 
Əyyam Münəccim dastanını süjetində epizodik obraz kimi çıxış edir. Biz onu 
əsərin  əvvəlində  və  finalında  görürük.  Bununla  belə,  o,  Durnatel  xanıma  Havaran 
ölk
əsindən Çinmaçinə qədər iki il iki aylıq bir məsafəni qət etməkdə yardımçı olur. 
Bütün situasiyalarda o, Salman b
əylə bağlı məlumatları Durnatel xanıma çatdırır. 


 
242 
“Durnatel xanım dedi ki, Əyyam Münəccim, bir rəml daha at görüm Salman 
b
əyin əhvalından bir xəbər verə biləcəksənmi? Əyyam Münəccim daha bir rəml atdı: 
“Ey Sultanım, Salman bəyi çox əndişəli görürəm, bütün şəhər xalqı da yas içindədir” 
[164, 456].  
Az
ərbaycan məhəbbət dastanlarında, xüsusilə, nağıllarımızda rəmdar obrazına 
sıx-sıx təsadüf olunur. Qeyri-adi biliyə və bacarığa malik bu obrazlar, əsasən müsbət, 
b
əzən də mənfi planda təqdim olunur. “Şah İsmayıl” dastanındakı Rəmdar Pəri qeyri-
adi güc
ə  malik  obraz  kimi  çıxış  edir.  Sehr  və  əfsunun köməyi ilə  o  ən qüvvətli 
c
əngavərlərlə  mübarizə  apara  bilir  ki,  bu  da  onu  adi  yardımçı  obrazlardan 
f
ərqləndirir. 
R
əmdar Pəri  qalaçada  Şah  İsmayıla  deyir:  “Şahzadə, mən  hind  xanlarından 
N
əcəf xanın qızı Rəmdar Pəriyəm. Rəml atıb gələcəyi, keçmişi bilirəm. Özümün də 
yeddi qardaşım var” [31, 141]. 
R
əmdar Pərinin mifik səciyyəsi müəyyən zaman kəsimində  ona 
m
əğlubedilməzlik gətirsə  də, sonda xeyir qüvvələr  qarşısında  məğlub  olur.  Mifik 
s
əciyyəsi Rəmdar Pərinin  arxaik  qaynaqlarla  bağlılığını  göstərir. Bir qayda olaraq 
şahların saraylarında  yaşayan rəmmallar, münəccimlər gələcəkdən xəbər verir, sehr 
v
ə  tilsimdən istifadə  edərək  çox  vaxt  şər qüvvələrə  yardımçı  olurlar:  “Əmiraslanın 
nağılı”, “Simanın nağılı”, “Gülnar xanım” və bir sıra nağıl süjetlərində magik səciyyə 
daşıyan bu motiv əski inamlarla bağlıdır. 
“Bir gün D
əşküvar öz rəmmalını yanına çağırıb deyir: 
-R
əmmal, dünyanın bütün ləzzətini çəkmişəm. Amma qorxuram düşüb öləm, 
ür
əyimdəki həsrət mənimlə qəbrə gedə. Bir rəm at görüm. 
R
əmmal rəml  atıb  gördü  ki,  rəm bəd gəlir. Bir də  gördü  ki, həmindi ki, 
h
əmin” [42, 21]. 
“Əmiraslanın  nağılı”nda  rəmmal  da  eyni  funksiyanı  yerinə  yetirir.  Nağılda 
Əhməd tacir səfərə çıxmazdan əvvəl rəmmala müraciət edir. 
“Əhməd tacir əmr elədi, rəmmala bir çay verdilər içdi, bir qəlyan verdilər 
ç
əkdi, ondan sonra üzünü tutub ona dedi: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə