Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə81/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   77   78   79   80   81   82   83   84   ...   100

 
246 
Bu mülahiz
ə ilə bağlı diqqəti çəkən digər bir məqam da Aşıq Abbasın, həm də 
Salman b
əyin üç dili -  ərəb, fars və  türk dillərini kamil bilmələridir. “Abbas və 
Gülg
əz “də  Məhəmməd bəy  Aşıq  Abbasın  sağ  olduğunu  öyrənmək üçün öz 
adamlarını  türk,  ərəb və  fars dillərini bilən  bir  aşıq  tapmaq  tapşırığı  ilə  İsfəhana 
gönd
ərir.  Çünki  Batmanqılınc  Məhəmməd bəy  bilir  ki,  “bunu  Abbasdan  başqa 
dünyada heç k
əs bacarmaz.” 
Doğrudur,  dastanda  Abbasın  bu  dilləri bilməsi  xüsusi  bir  sınaqla  imtahana 
ç
əkilmir. Süjetin müəyyən məqamlarında onun bu dilləri bildiyinə işarə edilir. 
“Salman b
əy”  dastanında  Aşıq  Şenlik  bu  epizodda  öz  ustalığını  bir  daha 
nümayiş etdirmişdir. Dastanda oxuyuruq: 
“C
əlal Vəzir  dedi  ki,  “İndi  bizə  ərəbcə, farsca, türkcə  yeddi xana türkü 
söyl
əyəcəksən, amma istifadə  etdiyin sözlərin üçü də  üç dildə  eyni mənaya 
g
ələcəkdir. Əgər biri yanlış, pozuq olarsa, həmən boynunu vurduracam” [164, 444]. 
Göründüyü kimi, C
əlal Vəzirin şərti kifayət qədər ciddi səciyyə daşıyır. Həm 
d
ə bu sınaq dini-ürfani deyil, elmi sınaqdır. Salman bəyin cavabı onun haqq aşığı və 
mük
əmməl biliyi olduğunu bir daha təsdiqləyir. Aşağıda bir neçə bəndin verdiyimiz 
örn
əkdən bunu aydın görürük: 
Üç lüğətdən cavab verim mən sizə
Ərəb lisan, farsı zəban, türkü dil. 
Şaşqın gəzən düşər səhraya, düzə, 
Ərəb təriq, farsı irah, türkü yol. 
 
Getdi b
ədir mahdı, qaşdar firəngi, 
Müjgan kirpikl
əri qurufdu cəngi, 
Yarın atlas şallarının irəngi, 
Ərəb əhmər, farsı sürhü, türkü al. 
 
Hilal qaşdar qüdrətinnən çəkilif, 
Əbrəşim muy dal gərdənə tökülüf, 
Qurşaq altdan mektum kimi pükülüf, 


 
247 
Ərəb sülbi, farsı kəmər, türkü bel. [164, 445] 
Maraqlıdır  ki,  dastanda  Salman  bəyi  yalnız  Cəlal Vəzir  deyil,  başqaları  da 
sınağa  çəkir. Məsələn, epizodik obrazlardan olan Minə  xanım  Gövhəri pəncərənin 
qarşısında  oturdur, sonra özü onun yerində  əyləşir,  Gövhər  xanımı  məcbur edir ki, 
qaş-qabağını  töksün və  s.  Bütün  bu  situasiyaların  hamısı  Salman  bəyə  əyan olur. 
Min
ə  xanımın  qırx  cariyəni dörd bölüyə  bölməsi, Salman bəyin  onları  görmədən 
adlarını deməsi “Qurbani” dastanınında məlum səhnəni xatırladır. Yaxud Qurbaninin 
Qara V
əzirə, Salman bəyin Cəlal Vəzirə qarğışı milli-etnik psixologiyanın göstəricisi 
kimi maraq doğuran folklor hadisəsidir. 
“L
ətif şah” dastanında, “Əsli və Kərəm”də də eyni situasiyanın şahidi oluruq. 
“L
ətif şah”da Topal Ağca qız, “Əsli və Kərəm”də Qeysəri paşasının bacısı Hüsniyyə 
xanım eyni üsulla dastan qəhrəmanlarını sınağa çəkirlər. 
Qeyd olunduğu kimi, “Salman bəy və Durnatel xanım” dastanı qəhrəmanlıq 
v
ə  məhəbbət  dastanları  hüdudlarında  dayanır.  “Kitabi-Dədə  Qordud”,  “Koroğlu” 
eposla
rından gəlmə motivlər ustalıqla dastanın süjet xəttinə hopdurulmuşdur. 
“D
ədə Qorqud” qəhrəmanları kimi, Aşıq Şenliyin dastan qəhrəmanları da “ov 
ov
layıb quş quşlamağı” çox sevirlər. Lətif şah təhsilini tamamladıqdan sonra atasın-
dan ov üçün lazım olan “yay, ox, tazı, tərlan, at, qılınc, gürz alır. Lətif şah tələbə yol-
daşlarından  həvəsi olanlardan  bir qismini yanına aldı,  bunlarnan hər gün  ova, quşa 
ged
ər gələrdi” [164, 293].  
“Salman b
əy olduqca ova maraqlıydı, daima dağlarda, yaylalarda gəzməyi se-
v
ərdi. Paytaxt şəhərinin yayla zamanıydı. Salman bəy qoyunu, quzuyu, malı toplayıf 
yay
laya getdi. Şəhərdən uzaq bir dağın yamacına çadırlar quruldu, otaqlar tikildi. Min 
bir çiç
əyin söyləşdiyi dağlarda  Salman  bəynən Gövhər xanım  keflərinə baxıf  yaşa-
maqdaydılar” [164, 448]. 
Bu t
əsvirlər  ana  kitabımızdakı  Bayındır  xanın,  Qazan  xanın  məişət tərzini 
yada salır. “Qamğan oğlu Bayındır xan yerindən durmuşdu. Şamı günlüyü yer üzünə 
tikdirmişdi.  Ala  seyvanı  göy  üzünə  aşanmışdı.  Min  yerdə  ipək  xalçası  döşətmişdi” 
[100, 19]. 


 
248 
 
Maraqlıdır ki, Aşıq Şenliyin özü də ovçuluğu çox sevmişdir. Prof. E.Aslanın, 
Aşıq İslam Ərdənərin yazdıqlarına görə ov zamanı aşığın başına gələn maraqlı sərgü-
z
əştlər indi də  xalq  arasında  rəvayət kimi söylənməkdədir.  E.Aslan  yazır:  “Hasan 
(Aşıq Şenlik- A.M.) on dörd yaşına çatanda onda ovçuluğa böyük ehtiras oyanmışdı. 
Atasının ov tüfəngini alır, Qarasuyun keçdiyi Qulaqlar deyilən yerdə pusquda durar, 
saatlarca v
əhşi ördək gözlərdi” [164, 17].  
Aşığın  bəzi  şeirləri  ovda  onun  başına  gələn  əhvalatlarla  bağlı  yaranmışdır. 
M
əsələn, “Qartal” rədifli  qoşmada  aşıq  qartalı  güllə  ilə  ölümcül  yaraladığına  görə 
duyduğu peşmançılıq hissini dilə gətirmişdir: 
S
əfil Şenlik zülüm eylədi sana, 
Çalardın, çırpardın, batardın qana, 
Yaran h
əddən aşıb gəlməzsən cana, 
Loğman, həkim sarmaz yaranı, qartal. [173, 6] 
Aşıq  Şenlik  Zinzal  kəndinin  yaxınlığında  ördək ovlayarkən  atdığı  güllə 
s
əsindən  qorxuya  düşən  qadınlardan  biri  ona  kobud  sözlər söyləyir.  Qadının 
h
ərəkətindən qəzəblənən  Aşıq  Şenlik  onu  kəskin sözlərlə  həcv  etmişdi.  “Zinzal 
q
əryəsində  suyun üstündə”  misrası  ilə  başlanan  həcvin  yaranması  həmin  əhvalatla 
bağlıdır” [173, 31].  
M
əlumdur ki, qəhrəmanlıq dastanlarımızda qadınlar da kişilər kimi at çapır, 
qılınc  oynadıb  ox  atırlar.  Dava  meydanında  onlar  da  Oğuz  igidləri,  Koroğlunun 
d
əliləri kimi düşmən qoşununa at salır, “yağının bir ucu mana, bir ucu sana” – deyə 
q
əhrəmanlıq  göstərirlər.  “Qanlı  Qoca  oğlu  Qanturalı  boyu”nda  Selcan  xatun 
Qanturalı  ilə  birlikdə  təkurun  qoşununu  qırıb  çatır.  “Qanturalı  bildi  kim,  bu  yağı 
basub dağıdan Selcan xatundur. Bir tərəfinə dəxi kəndü girdi, qılınc dartub yüyirdi. 
Kafir başın kəsdi. Yağı basıldı, düşmən sındı” [100, 115].  
“Salman b
əy”  dastanında  da  Gövhər xanım  döyüş  meydanında  qəhrəmanlıq 
göst
ərir, Salman bəyi tək qoymur. Selcan xatun da, Gövhər xanım da sevgililəri ilə 
birlikd
ə öz atalarının onların üstünə göndərdikləri qoşuna qarşı vuruşurlar. 
“Gövh
ər xanım qaçıb qurtulmalarını istəyirdi. Amma Salman bəy ər meyda-
nından qaçan igid deyildi. Sevgilisinnən  halallaşıb  atını  meydana  sürdü.  Bunun 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə