Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə83/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   79   80   81   82   83   84   85   86   ...   100

 
252 
H
ətta  dastanın  bəzi yerlərində  “qorxusundan  Sevdagar  şahın  dodağı  patdadı,” 
“Sevdagar qorxudan titr
əyirdi, nə  deyəcəyini  şaşırdı”  və  s. kimi ifadələr bir obraz 
kimi onun z
əif cəhətlərini göstərir. Məhəbbət və  qəhrəmanlıq  motivlərini özündə 
birl
əşdirən bu dastanın qəhrəmanı Sevdagar şah nə cəngavər kimi at oynadıb qılınc 
çalır, nə də aşıq kimi sazın-sözün köməyinə arxalanır. Saz, at, qılınc triadası dastanda 
hiss olunmur. Ona gör
ə də “Sevdagar şah” dastanı Aşıq Şenliyin digər iki dastanına 
nisb
ətən zəif təsir bağışlayır. 
Aşıq  Şenliyin  dastan  yaradıcılığında  diqqəti çəkən xüsusiyyətlərdən biri 
aşiqlərin  iki  sevgilisi  olmasıdır.  Qəhrəmanların  ikinci  sevgililəri  süjetin  sonrakı 
m
ərhələsində  -  çətin  sınaqlar  prosesində  meydana  çıxırlar.  Lətif  şah  Mehriban 
Soltandan 
əlavə  Əsmər  xanımla,  Sevdagar  şah  Gülanaz  Soltandan  əlavə  Zöhrə 
Soltanla vüsala qovuşurlar. “Salman bəy” dastanında süjetin bu hissəsi daha dramatik 
konfliktl
ə  müşahidə  olunur. Məlumdur ki, Salman bəy butasının  arxasınca 
yollanark
ən Çinmaçin ölkəsində Qara Vəzirin qızı Gövhər xanımı görüb səhvən onu 
Durnatel xanım sanır, bir sıra çətinliklərdən sonra onlar qovuşsalar da, bu vüsal tragik 
sonluqla n
əticələnir, Gövhər xanım xaincəsinə öldürülür. Bu hadisədən sonra Salman 
b
əy yuxuda buta aldığı Durnatel xanıma qovuşur. 
Q
ədim tarixi-genetik kökləri, milli-etnik mədəniyyəti XIX əsrdə  dastan 
yaradıcılığı sahəsində Aşıq Şenlik qədər davamlı bir xətlə yaşadan saz-söz sənətkarı 
tapmaq ç
ətindir.  Onun  yaratdığı  dastanların  həm məzmun-mündəricəsi, həm ideya-
b
ədii xüsusiyyətləri, həm də  etik-estetik keyfiyyətləri belə  bir mülahizə  yürütməyə 
imkan  verir.  Aşıq  öz  qəhrəmanlarını  hadisələrin təbii  axarında  təqdim və  təsvir 
ed
ərkən  maraqlı  poetik  elementlərdən,  əski  dastançılığa məxsus təqdim  –təsvir 
üsulundan istifad
ə  edir. Salman bəyin portret cizgilərinə  diqqət yetirək: “Çinmaçin 
ölk
əsində, paytaxt şəhərində, bir xəzinəyə malik hökmü ixtiyar sahibi, aləm əmrində 
müti, p
ək  sahib  kamal  bir  çağı  huban,  qəddi növcavan, cəngi qəhrəman hər bir 
m
ərifətdə mahir aləmdə nəzri bilinməz” [164, 417]. 
Bu t
əsvir-təqdimdə  Dədə  Qorqud qəhrəmanlarının  səciyyəvi cizgiləri özünü 
hiss etdirm
əkdədir.  Ulaş  oğlu  Salur  Qazanın  portreti  ilə  Salman bəyin təqdim- 
t
əsvirindəki oxşarlıq milli-etnik düşüncənin qırılmaz ifadəsidir: “Tulu quşun yavrısı, 


 
253 
biz
ə  miskin  umudı,  Amit  soyının  aslanı,  Qaracuğun  qaplanı,  qonur  atın  iyəsi, xan 
Uruzu  ağası,  Bayındır  xanın  güyəgisi,  Qalın  Oğuzun  dövləti,  qalmış  yigit  arxası” 
[100, 37]. 
Ayrı-ayrı dövrlərdə yaranmış bu təqdim-təsvirlərdə qəhrəmanın fiziki qüdrəti 
il
ə mənəvi əzəməti vəhdət təşkil edir. 
Eyni sözl
əri  Aşıq  Şenliyin  qadın  qəhrəmanlarına  da  aid  etmək olar. “Lətif 
şah” dastanında Mehriban Sultanın gözəlliyi maraqlı poetik deyimlərlə olunmuşdur: 
Dü çeşmi afət, 
Müjgan herrat. 
Qılman nəzakət, 
Ətri məlahət. 
Buxaq 
əbiyat, 
Sin
əsi seyhat. 
Zülfü zülumat, 
Cephi mahiyat, 
M
ələk secehat, 
Bir b
ədir sifət, 
D
əhanı nəbat. [164, 297] 
Sözd
ən sözə, ifadədən ifadəyə  keçdikcə  Mehriban  Sultanın  portret  cizgiləri 
tamamlanaraq dinl
əyicidə xoş ovqat yaradır. Oğlanın qıza aşiq olması səhnəsi bu xoş 
ovqata yeni b
ədii çalarlar əlavə  edir. Lirik təsvir  şən və  yumoristik ifadələrlə 
çulğaşaraq həmin səhnənin bütöv mənzərəsini yaradır. 
“Mehriban  Sultanın  iki  məməsinin  arasınnan  bir  eşq  oxu  rəddi bədən olub 
L
ətif şahın iki qaşının arasına nə tövr dəydisə, Lətif şahın ağlı başınnan gedib dizi 
qırıq dəvə kimi dəvənin dizinin divinə düşdü” [164, 297] 
Salman b
əyin  Durnatel  xanıma  aşiq  olması  səhnəsi də  maraqlı  və 
yaddaqalandır. Bu səhnədə də qızın gözəlliyi Salman bəyin ağlını başından alır. Onun 
bird
ən-birə  bihuş  olub  özündən getməsi bir tərəfdən  eşq  badəsinin  –  butanın 
n
əticəsidirsə, digər tərəfdən məşuqənin dünyəvi gözəlliyi ilə bağlıdır. 


 
254 
“Durnatel  xanımın  hilal  qaşdarının  arasınnan  bir  eşq  oxu  rəddi bədən oluf
Salman b
əyin sinə  liqabınnan  toxunuf  bədən  aynasınnan  müjgan  verif  çıxmağa 
başladı. Salman bəy bayğın tüşüf, pursa mütəkkə üzərinə baş qoyuf dünyadan bixəvər 
yatmaxda olsun” [164, 419] 
Sevgilil
ərin bir-birinə  qovuşması  milli-regional koloritin, bölgə 
etnoqrafiyasının  poetik  səciyyəsini özündə  əks  etdirir.  Bu  cür  epizodların  təsviri 
Az
ərbaycan dastançılıq  ənənəsində  Aşıq Şenlik  sənətkarlığının  özünəməxsusluğunu 
göst
ərir: 
“Sandal şana siyah telə, 
Şeyda bülbül qızılgülə, 
M
ələz köynək qəddi-dala, 
Naxışkar bazubənd qulaş qola, 
Farsi lüğət imran dilə 
Yaşılbaş sona duru gölə, 
Gümüş kəmər incə belə, 
Ac arı çiçəyə, 
İqdır pambığa, 
Az
ərbaycan əri bozbaşa, 
Qars hamama, 
Ərdəhan qayışa 
Şörəyel lavaşa, 
Posof şinelə, 
Yerli xaşıla, 
Çıldır çeçilə, 
D
əvə qanqala, 
T
ərəkəmə xəngələ 
Sarılan kimi sarıldılar” [164, 419] 
Z
əngin  etnoqrafik  detalların  poetik  görüntüsündən yaranan lirik-yumoristik 
üslub, dolğun epitet və təşbehlər silsiləsi təhkiyə prosesinə orijinallıq gətirir və onu 
daha effektli edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə