Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə73/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   69   70   71   72   73   74   75   76   ...   100

 
222 
ç
əkilib, amma ayağını irəli atmağa ürək eləmədi. Onda gördü ki, qiblə tərəfdən bir 
göy atlı yetişdi, üzündə niqab. Əlini ona uzadıb dedi: 

Oğul sən məndən mədəd dilədin, mən də gəldim. Tut əlimdən, qorxma çıx 
k
əndirə” [11]. 
M
əhz bu məqamdan sonra Allahverdi üzünü görmədiyi,  nişanələri verildiyi 
qıza butalanır: “Göy atlı təzədən buna bir badə uzatdı ki, al bunu nuş elə. 
Allahverdi dedi: 
-
 
Baba d
ərviş, o badə bizlərdə haramdır. Biz şərab içmirik. 
Göy atlı dedi: 

Oğul,  mən dərviş  deyiləm,  darda  qalanların  köməyinə  çatanam.  İç,  bu  o 
bad
ələrdən deyil, sözümə yaxşı qulaq as. Bu badə ilə sənə pəhləvanlıq verilir. Ancaq 
g
ərək ya anandan, ya da əmindən  razılıq  alasan.  Bir  də  sənə  bir  qız  sarı  rəngdə 
p
əhləvan  paltarı,  bir  də  bir göyərçin göndərəcək, onu da sənə, səni də  ona buta 
verdim” [11]. 
Butalanma motivi il
ə Allahverdinin statusu dəyişir, o, güclü bir pəhləvan olur, 
k
əndirbazlığın  bütün  sirlərini öyrənir,  şöhrəti hər yerə  yayılır.  Hətta  Dağıstandan 
g
ələn pəhləvan Allahverdinin bu hünərini müsəlmançılıqda,  haqq  yoluna  qulluq 
etm
əkdə görür və o da islam dinini qəbul edir. 
Maraqlıdır  ki,  “Əsli-Kərəm”  dastanının  bölgədə  yayılmış  bir  variantında 
Əslinin haqq dininə  girib, müsəlmançılığı  qəbul etməsindən bəhs olunur. Həmin 
epizodda göst
ərilir ki, Kərəm otuz iki dişinin otuz ikisini də Əslinin anasına çəkdirir, 
ağzının qanını silərkən tanınıb oradan qovulur. “O zaman böyük bir iztirab içində axır 
zaman  peyğəmbəri Məhəmməd Mustafa ilə  “İncil”  “Tövrat”,  “Zəbur” və  “Quran” 
hörm
ətinə  Tanrının  çəkdiyi  sevdanın  dörddə  birini  Əsliyə  verib haqq dininə 
dönd
ərməsini  və  ona  qovuşmasını  dua  edır.  Diləyi qəbul  olur.  Qıza  qəflət gəlir, 
uyuyur.  Eşq  badəsi  verılır,  sonra  haqq  dinini  qəbul  edıb  Kərəmlə  birləşir.  Kərəm 
yeddi ild
ə aşiq olduğu Əslinin otağına çıxdığı zaman əlini üzünə sürtər-sürtməz otuz 
iki  dişi  təzədən bitir”  [190, 512]. Azərbaycan  folklorşünaslığında  qeyd  etdiyimiz 
variant  haqqında  ilk  dəfə  folklorşünas  E.Heydərov  “Əsli-Kərəm”  dastanı  və  alban 
m
ədəniyyəti” (Bakı, 2007) adlı monoqrafiyasında ətraflı bəhs etmişdir. 


 
223 
Fikrimizc
ə,  “Sarının  dastanı”nda  xristian  pəhləvanın,  “Əsli-Kərəm”in  Şərqı 
Anadolu variantında Əslinin islam dinini qəbul etməsini, Kərəmin çəkilmiş dişlərinin 
yerin
ə  təzə  dişlərin  çıxmasını  təsadüfi hal saymaq olmaz.. Bu cəhət region 
dastanlarında dini-ürfani düşüncə, təsəvvüf ənənəsi ilə six bağlı bir motivdir və sufi 
kontekstind
ə ilahi məhəbbətin qarşısıalınmaz gücünü göstərir. 
“Sarının dastanı”nda diqqəti çəkən məqamlardan biri də Göy atlının – Xızırın 
sufi  işarələrlə  butalandırdığı  qızın  –  Möhtəbərin Allahverdiyə  qovuşması,  başqa 
sözl
ə, butanın real həyatda gerçəkləşməsidir. Dastan hadisələrinin sonrakı inkişafında 
bu sakral hadis
ənin dini-mifoloji mahiyyəti maddi dünyada butalanma motivinin 
gerç
ək  gücünü  işarələyir.  Sakrallıqdan  həqiqətə, magiyadan maddiliyə  keçid 
prosesind
ə əsas obrazın – Allahverdinin əsl adı arxa plana keçib unudulur, magik ad 
– 
Sarı  ona  yeni  bir  status  qazandırır.  Bildiyimiz  kimi,  addəyişmə  magik səciyyə 
daşıyır,  əski türk eposçuluq sistemində  bu hadisə  müxtəlif situasiyalarda öz 
sakrallığını  nümayiş  etdirir.  “Əsli-Kərəm”də  Kərəmin  əsl  adının  Mahmud,  “Aşıq 
Q
ərib”də  Qəribin  adının  butadan  əvvəl Rəsul  olduğunu  yada  salaq.  “Sarının 
dastanı”nda addəyişmə motivi Allahverdinin pəhləvanlıq edərkən həmişə sarı rəngli 
libas geyinm
əsi ilə  izah olunur. Bu gerçək təsvirin  alt  qatında  Sarı  adının  magik 
s
əciyyəsi  dayanır.  Başqa  sözlə,  Sarı  adı  dini-mifoloji  semantikası  ilə  türk-islam 
m
ədəniyyətinin əski  köklərinə bağlanır.  
Dastanın  dini-mifoloji strukturunu incələyərkən  Göy  atlı  obrazını  ayrıca 
araşdırmağı  lazım  bilirik.  Cünki  “Göy  atlı”,  “Qiblə  tərəfdən gələn  göy  atlı”  ifadəsi 
Ağbaba  bölgəsində  Həzrət  Əli  ilə  yanaşı,  ən  cox  Xıdır  Elləzə  aid olunur. “Darda 
qalanların köməyinə catan”, “qəriblərin dostu” və s. epitetlərlə müqəddəs tutulan bu 
dini-
mifoloji  obraz  haqqinda  Ağbaba-Çıldır  bölgəsində  coxlu rəvayətlər, mistik 
əhvalatlar mövcuddur. Onu da qeyd edək ki, bölgənin sufi saz havalarından birinın 
adı  “Göyatlı”dır.  O  da  maraqlıdır  ki,  “Abbas-Gülgəz”  dastanında  Dəli  Becan  Aşıq 
Abbasın  sevgilisi  Pərini zorla apararkən Abbas fəryad edib haray qoparır.  Həmin 
s
əhnə “Azərbaycan məhəbbət dastanları” kitabında aşağıdakı kimi verilmişdir: 
Başına döndüyüm, qurban olduğum, 
Qoyma D
əli Becan yarım apardı. 


 
224 
Alışıb oduna büryan olduğum, 
Qoyma D
əli Becan yarım apardı. [30, 290] 
B
əndin məzmunundakı  anlaşılmazlıq  ilk  baxışda  hiss  olunur.  Cünki  burada 
Abba
sın kimə  müraciət etdiyi, kimdən kömək istədiyi bəlli deyil. Həm də dastanın 
sonrakı səhifələrində “darda qalanların dadına yetən Şahi-Mərdan”ın Abbası quyudan 
xilas etm
əsi, Aşıq Abbasın 
Kor olasan, ay gözl
ərim, 
Ağam görən hara getdi? 
Beşikdə ikən əntəri, 
Iki böl
ən hara getdi? [30, 293]  
– 
deyib  oxuması  yuxarıdakı  bəndlə  tamamilə  ziddiyyət təşkil  edir. 
Xatırlatdığımız bəndi Ağbabalı aşıqlar [Aşıq İsgəndər Ağbabalı, Aşıq Paşa Göydağlı 
v
ə b.] bu cür oxuyurdular: 
Qibl
ə tərəfindən gələn göy atlı, 
Ağa, qoyma, Becan yarım apardı. 
Atının nalına qurban olduğum,  
Ağa, qoyma, Becan yarım apardı. [11] 
Fikrimizc
ə, bu bənd ateizm təbliğatı  ilə  əlaqədar olaraq, o dövrdə  sovet 
ideololgiyasının təsiri altinda dəyişdirilmiş və qeyd olunduğu kimi, anlaşılmaz şəklə 
düşmüşdür.  Bütün  bu  xüsusiyyətlər təhlilini  apardığımız  Göy  atlı  obrazının  sufi-
semantik m
əzmununu özündə əks etdirir. Başqa cür desək, islami mahiyyət daşıyan 
t
əsəvvüf  semantikasının  daha  dərin  qatlarında  tanrıçılıqla  bağlı  mifik  təsəvvürlərin 
izl
əri mühafizə olunmaqdadır. Bizə elə gəlir ki, Göy atlı ifadəsinin birinci tərəfi rəng 
m
ənasını  deyil,  daha  cox  ilahi  anlamı,  yəni səma,  göy  anlamını  bildirir.  Görkəmli 
mifoloq M.Seyidovun fikrinc
ə,  “Türkdilli  xalqlarda  ağ,  göy,  sarı  (altun,  qırmızı) 
r
ənglərinin  mifoloji  inamlarla  bağlılığı  geniş  olmuşdur”  [139,  162]  .  Ulu 
babalarımızın ibtidai təsəvvürlərində göy rəng tanrının simvolu sayılmışdır. Türkün 
mifoloji düşüncə sistemində göy – tanrı, tanrı – göy anlamını bildirmişdir. Elə buna 
gör
ə  də,  “...  tanqrı  ilkin  göy  –  səma demək  imiş.  Göyün  –  tanqrının  baş  tanqrı 
sayılması  əsas  vermişdir  ki,  onun  rəngi də  müqəddəs  sayılsın”  [139,  164].  Bu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə