Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə69/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   65   66   67   68   69   70   71   72   ...   100

 
210 
Dastan sözünün bel
ə  ikinci dərəcəli mənaları  çoxdur.  Özü  də  bu mənalar 
h
əmişə  sabit  olmamışdır.  Müxtəlif  əsrlərdə  bu mənaların  bəzisi tez-tez və  geniş 
şəkildə işlənmiş, bəziləri isə hətta tamamilə unudulmaq dərəcəsinə çatmışlar. Lakin 
bel
ə mənalar nə qədər çox olsa da, dastan bütün əsrlərdə daha çox ədəbi istilah kimi 
istifad
ə edilmiş və indi də edilməkdədir” [151, 37]. 
Göründüyü kimi, dastan bir çox m
əna və məna çalarları ifadə etsə də, çağdaş 
ədəbiyyatşünaslığımızda bu söz iri həcmli epik-lirik janrın adını bildirir. Əski türk-
oğuz eposçuluq ənənəsinin tarixi çox-çox qədim dövrlərlə bağlıdır. Məhz bu tarixi-
genetik q
ədimliyi,  dastançılıq  təfəkkürünün təşəkkül və  təkamül mərhələlərini, bir 
janr  kimi  onun  semantik  poetikasını  tədqiq edən  folklorşünaslarımız  dastanların 
t
əsnifini müəyyən bölgülər  əsasında  aparmışlar.  Azərbaycan  folklorşünaslığı 
tarixind
ə ilk dəfə daha mükəmməl elmi-prinsiplərə əsaslanaraq prof. M.H.Təhmasib 
dastanları aşağıdakı kimi təsnif etmişdir: 
1.
 
Q
əhrəmanlıq dastanları 
2.
 
M
əhəbbət dastanları 
3.
 
Ail
ə-əxlaq dastanları 
Alim  bu bölgünün birinci v
ə  ikinci bəndlərini müəyyən qruplara, həmin 
qrupların bəzilərini isə alt qruplara ayırmışdır [151, 112]. 
N
ə qədər mürəkkəb bir təsnifat olsa da, bu, elmi-nəzəri səviyyəsi ilə əhatəli və 
m
əzmunlu bir bölgü kimi folklorşünaslığımızda təqdir olunmuşdur. 
Prof. A.N
əbiyev Azərbaycan  xalq  dastanlarını  məzmununa görə  qruplaşdır-
maqla onları üç əsas başlıq altında təsnif etmişdir: 
1.Q
əhrəmanlıq dastanları 
2.M
əhəbbət dastanları 
3.Ənənəvi süjetlər əsasında yaranan məhəbbət dastanları [125, 350]. 
Prof.V.V
əliyev  dastanların  təsnifini daha sadə  bölgü  əsasında  aparmışdır 
[160, 299].  Ümumiyy
ətlə, Azərbaycan dastanlarının tədqiqi və təsnifi, tarixi inkişaf 
m
ərhələləri,  mövzu  problematikası,  struktur  poetikası  və  sair məsələlərin 
öyr
ənilməsində  P.Əfəndiyev, M.Cəfərli,  İ.Abbaslı,  B.Abdulla,  M.Allahmanlı, 


 
211 
F.Bayat,  H.İsmayılov,  K.V.Nərimanoğlu,  N.Cəfərov, X.Bəşirlinin  və  başqalarının 
xidm
ətləri olmuşdur. 
Türkiy
ə  folklorşünaslığında  türk  eposunun  təsnifi ilə  bağlı  O.Ş.Gökyay, 
M.Ergün,  F.Kırzıoğlu,  N.Boratav,  Ş.Elçin,  H.Kartari,  B.Alptəkin və  başqa  alimlər 
t
ədqiqatlar aparmışlar. 
Prof.Ş.Elçin dastanların tipoloji bölgüsünü tarixi-mədəni baxımdan aparmağı 
m
əqsədəuyğun hesab edərək onları bu cür təsnif etmişdir: 
1.Türk  qaynaqları  əsasında  yaranan  dastanlar  (“Kitabi-Dədə-Qorqud”, 
“Koroğlu”, “Əsli - Kərəm”, “Aşıq Qərib və Şahsənəm”, “Şah İsmayıl” və s.) 
2.Ərəb-islam mənbələri  əsasında  yaranan  dastanlar  (“Leyli  və  Məcnun”, 
“Veys
əl Qarani”, “Qəzavətli Əli” və s.) 
3.İran-Hind  qaynaqlarından  gələnlər (“Fərhad və  Şirin”, “Kəlilə  və  Dimnə” 
v
ə s.) [190, 444]. 
Dastanların təsnifinə aid bu qısa xülasəni ümumiləşdirərək demək istəyirik ki
Ağbaba-Çıldır  aşıq  mühitində  ənənəvi  dastanlarla  (“Əsli  -  Kərəm”,  “Koroğlu”  və 
onun müxt
əlif  qolları,  “Tahir  -  Zöhrə”,  “Şah  İsmayıl”,  “Abbas  -  Gülgəz”,  “Aşıq 
Q
ərib” və  s.)  yanaşı,  bir  sıra  dastanların  bölgə  variantları  da  yaranmış  və  aşıqların 
repertuarında  özünə  önəmli  yer  tutmuşdur.  Onu  da  qeyd  edək  ki,  aşıq  yaradıcılığı 
prosesind
ə dastanların  müxtəlif  variantları  yaranıb  formalaşdığı  kimi,  ayrı-ayrı  saz-
söz s
ənətkarlarının fərdi yaradıcılıq məhsulu olan dastan və dastan-rəvayətlər də xalq 
arasında geniş yayılmışdır.  
Professor  Ensar  Aslan  Şərqi  Anadolu  aşıqları  tərəfindən otuz dörd xalq 
hekay
əsinin  (dastanının)  yaradıldığını  və  burada geniş  yayıldığını  göstərir.  “Şərqi 
Anadoluda d
əyişik bir tərz və özünəməxsus gələnəyini qoruyaraq mühafizə edən xalq 
dastanlarının əksəriyyətinin bu bölgədə yaşamış aşıqların təsnifi olduğunu görürük” 
[164, 18]. Maraqlıdır ki, bu aşıqların əksəriyyəti Ağbaba-Çıldır aşıq mühitinə mənsub 
olan saz-söz s
ənətkarlarıdır.  Ümumiyyətlə,  E.Aslan  Şərqi  Anadolu  aşıqlarının 
repertuarında altmışdan yuxarı dastanın və “Koroğlu”nun on altı qolunun mühüm yer 
tutduğunu qeyd edir. 


 
212 
Xatırlatmaq yerinə düşər ki, Koroğlu ilə bağlı ağbabalıların şifahi yaddaşında 
maraqlı  əhvalatlar,  əfsanə  və  rəvayətlər bu gün də  yaşamaqdadır.  Bu  əfsanələrin 
birind
ə deyilir ki, Koroğlu Qıratın, Nigar xanım Düratın üstündə Çənlibelə gedərkən 
q
əflətən Qarsın yaxınlığında sıldırım qayalarla əhatə olunmuş bir yerdə mühasirəyə 
düşürlər. Düşmənin mühasirəsindən çıxa bilməyəcəklərini görən Nigar allaha yalvarır 
ki, bizi onların əlindən qurtar. Həmin anda möcüzə baş verir: yer yarılır, Koroğlunu 
da, Nigarı da udur. Deyilənə görə, Koroğlu və Nigar torpağın altına girərkən Nigar 
xanım  ləng tərpəndiyindən  yer  bitişəndən sonra onun kələğayısının  ucu  torpağın 
üstünd
ə qalmış, Qırat isə arxa ayağını bir qayaya çırpdığından izi qayaya düşmüşdür. 
İndi  həmin  qayada  Qıratın  ayağının  izi  aydın  görünür.  Torpağın  təkindən  çıxıb 
yell
ənən kələğayını  andıran  bir  qaya  isə  Nigar  xanımın  kələğayısıdır.  Yerli  əhali 
buranı  tez-tez ziyarət edir, həmin  qayaları  müqəddəs  sayır.  Əfsanədə  torpağın 
xilaskarlıq  –  hami  funksiyasında  çıxış  etməsi, mədəni qəhrəmanın  qayada,  dağ-daş 
kultunda izl
ərinin mühafizə olunması maraq doğuran mifik elementlərdir. 
Elin igid oğulları, xalq qəhrəmanları haqqında Ağbaba-Çıldırda onlarla belə 
əfsanə və rəvayətlər yaranmış, nəğmələr qoşulmuş, dastanlar ərsəyə gəlmişdir. Belə 
dastanlardan biri d
ə  “Qaçaq Usuf” dastanıdır.  Qaçaq  Usuf  (1875-1913) tarixi 
şəxsiyyətdir. Onun rus çarizminin müstəmləkəçilik siyasətinə, xan-bəy zülmünə, yerli 
çinovnikl
ərin  özbaşınalığına  qarşı  mübarizə  apardığı  illər çox mürəkkəb tarixi 
hadis
ələrlə  dolu idi. Qars vilayəti  çar  Rusiyası  tərəfindən  işğal  edildikdən sonra 
Ağbaba  mahalında  da  yad  səslər  eşidilməyə  başladı.  Usuf  bu  keşməkeşli  illərdə 
Ağbaba  nahiyəsinin Göllü kəndində  Hacaloğlu  Məmmədin ailəsində  anadan 
olmuşdu.  Usufun  atası  Məmməd gözü-könlü tox və  dövrünün  açıqgözlü 
adamlarından biri imiş. 
Dastan  Usufun  anadan  olması  ilə  başlanır.  Əksər  dastanlarımızda  olduğu 
kimi, Usuf “günl
ə-ayla böyüyən”, qorxmaz və  igid bir gənc kimi təsvir olunur. 
Usufun t
əpəköylü Mədinəni  qaçırması  və  bundan  sonra  araya  düşən  qan  davası 
süjetin düyün nöqt
əsini təşkil  edir.  Dastanda  iştirak  edən surətlərin  əksəriyyəti  – 
Usuf, M
ədinə, Mirzə  kişi,  Paşa,  Aslan  ağa  və  digər  obrazlar  tarixi  şəxsiyyətlərdir. 
H
ələ  XX  əsrin  əvvəllərində  Qaçaq  Usufun  igidliyi  haqqında  çoxlu,  bir-birindən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə