Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə71/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   67   68   69   70   71   72   73   74   ...   100

 
216 
Usufun öz d
əstəsi ilə  birlikdə  Öksüz kəndində  mühasirəyə  düşməsi  əhvalatından 
Salman  Mümtazın  məlumatı  var  imiş.  Ona  görə  də  tanınmış  folklorşünas  Usufu 
Göllülü yox, Öksüzlü  (Öysüzlü) kimi t
əqdim  edir.  İkinci  bir  tərəfdən,  “El  şairləri” 
kitabında  bütün  bəndləri “yoxdur mənim  bir  imdadım  ağlaram”  misrası  ilə  bitən 
qoşmanın dörd bəndi verilmişdir. İlk öncə qeyd etmək lazımdır ki, bu ifadə dastanın 
q
əhrəmanlıq ruhu ilə uyuşmur. Qaçaq Usuf kimi igid və sarsılmaz bir el qəhrəmanı 
düşmən  qarşısında  heş  vaxt  “ağlaram”  deməzdi. “Zülümkar divana ərzələr yazaq”, 
“Aslan  qardaş  getdi,  yoldaşım  öldü”  kimi  misralarda  tarixi  həqiqətlər təhrif 
olunmaqla yanaşı, Qaçaq Usuf ümidsiz və zəif insan təsiri bağışlayır. Məlumdur ki, 
q
əhrəmanlıq dastanlarımızda ən çətin anlarda belə dastan qəhrəmanları “ağlaram ” – 
dey
ə  fəryad  qoparmır.  Bu  cür situasiyalarda  yalnız  uca tanrıdan  imdad  diləyir, “ay 
m
ədəd”, “ay fələk”, “a dünya” və  s. ifadələrlə  gərdişin  vəfasızlığından,  fələkdən 
şikayətlənməklə öz hisslərini büruzə verirlər. 
Çox  güman  ki,  “Ağlaram”  qoşması  Qaçaq  Usuf  haqqında  olan  şeirlərin ilk 
variantlarından biri olmuşdur. Zaman keçdikcə dastan cilalanmış, tarixiliklə bədiilik 
bir-
birini  üzvi  şəkildə  tamamlamışdır.  “Qaçaq  Usuf”  dastanında  həmin  qoşma  altı 
b
ənddən ibarətdir. “Ay fələk” rədifli bu qoşmada Usuf çuğulların satqınlıq etməsini, 
dayısı Asdan ağanın onu döyüş meydanında tək buraxmasını (“El şairləri”ndə qardaşı 
kimi göst
ərilir-  A.M.), qaçaq yoldaşı  Allahyarın  vurulmasını  təsirli bir dillə  ifadə 
edir: 
Qism
ət bu idi ki, dağlarda gəzək, 
Yağı düşmənlərin səfini pozaq, 
İnsafdımı bir igidə yüz kazak, 
Baxtım necə çıxdı zalım, ay fələk. 
 
Öysüzün 
ətrafı çayırdı, çöldü, 
M
ənim gəlişimi kazak nə bildı? 
Asdan 
dayım getdi, simsarım öldü, 
Aldı dörd yanımı ölüm, ay fələk. [103, 37] 


 
217 
Keç
ən  əsrin 80-ci illərində  Aşıq  İsgəndər  Ağbabalıdan  və  Qaçaq Usufun 
h
əmkəndlisi Nizami Ömərovdan qələmə  aldığımız  bu  qoşmada  və  Usufun 
öldürülm
əsi süjetində  tarixi həqiqətlər daha dolğun  və  obrazlı  şəkildə  əks 
olunmuşdur. 
Qaçaq Usuf v
ə  onun  silahdaşı  Allahyarın  qoşa  qəbirləri Göllü kəndinin 
q
əbiristanlığında  1988-ci ilədək dururdu. Bu igid el qəhrəmanlarının  xatirəsi  əziz 
tutulur, q
əbirləri ziyarət olunurdu. Aşıq İsgəndər Ağbabalı “Gələr” rədifli qoşmasında 
qaçaqlara olan sevgisini ifad
ə edərək yazırdı: 
O cüt q
əbirləri görəndə hərdən
Yaş axar gözümdən nə yaman gələr. 
Bir d
ə Ağbabaya, bizim dağlara, 
Usuf t
ək qəhrəman nə zaman gələr. [11] 
Mehralı  bəy də  Qaçaq  Usuf,  İsgəndər bəy,  Kamilağa və  başqa  tarixi  
şəxsiyyətlər  kimi  çar  Rusiyasının  işğalçı  siyasətinə  qarşı  mübarizə  aparan el 
q
əhrəmanlarından  biri  olmuşdur.  Çarizmin  Şərqi  Anadoluda  apardığı  istilaçı 
müharib
ələr, müstəmləkəçilik üsul-  idarəsi  xalqı  cana  doydurur,  kəndlilərin sosial 
v
əziyyəti daha da ağırlaşırdı.  
Amansız  istismara,  mütləqiyyətə  qarşı  fəal mübarizə  aparan  silahlı  kəndli 
h
ərəkatı kəskin xarakter alır, geniş xalq kütlələrini əhatə edirdi. “Qaçaq hərəkatının 
sosial  xarakter  daşımasını,  kəndlilərin  əsarət və  istismara qarşı  fəal  etirazının  bu 
h
ərəkatda ifadəsini  tapdığını  sübut  edən  ən  inandırıcı  dəlillərdən  biri  qaçaqların 
ümumxalq  yardımına  arxalanması  idi.  Çar  hakimiyyət  orqanlarının  özü  belə  bunu 
etiraf etm
əyə  məcbur olurdu. Çoxsaylı rəsmi sənədlərdə qaçaqların xalqın ən geniş 
yardımına arxalandıqları qeyd edilir” [43, 309]. 
Söz yoxdur ki, bel
ə  bir  tarixi  şəraitdə  aşıq  yaradıcılığında,  xüsusilə  dastan 
repertuarında sosial problemlər daha qabarıq şəkildə əks olunurdu. 
Rus ordusunda qulluq ed
ən erməni  əsilli  əsgər və  zabitlər türklərə  arxadan 
z
ərbə  vurur, görünməmiş  qırğınlar  törədirdilər.  “Barbarlığın  xatirələri bu gün belə 
Qarslı  və  Axıskalı  türklər  arasında  lənətlə  anılıb  “Başkovuş  /Başkovuç”  deyilən 
general Kont Paskeviçin idar
əsində  Anadoluya  saldıran  rus  ordusunun”  [213, 26] 


 
218 
zülmünü Behbudov, Melikov, Sizov kimi yüks
ək rütbəli çar zabitləri daha asanlıqla 
h
əyata keçirdilər. Əslən Borçalının Darvaz kəndindən olan Mehralı bəy doqquznuncu 
rus-türk müharib
əsində (1877-1878) və ondan sonrakı illərdə Borçalıda, Ağbabada, 
Qa
rsda rus işğalçılarına qarşı qəhrəmanlıqla mübarizə aparmışdır. Tarixi sənədlərdə 
Anadolu  ordusunun  baş  komandanı  Əhməd  Muxtar  Paşanın  Mehralı  bəyə  minbaşı 
rütb
əsi verməsi, bu igid xalq qəhrəmanının  dəstəsində  beş  yüzdən  artıq  könüllü 
döyüşçünün olması haqqında məlumat vardır [213, 39].  
Ağbaba-Çıldır,  Borçalı  mahalında  xalq  arasında  dolaşan  rəvayətlərdə, 
“Mehralı bəy” dastanında Mehralı bəyin atası Məmli kişinin rus kazakları tərəfindən 
öldürülüb  xristian q
əbiristanlığında  dəfn edilməsi,  Mehralı  bəyin atasının  nəşini 
oradan  çıxarıb  öz  kəndlərində  torpağa  tapşırması,  rus  əsgərləri ilə  vuruşub  qaçaq 
düşməsi, Bahar adlı bir qızı sevməsi və sair maraqlı epizodlar diqqəti çəkir.  
Qaçaq Usuf kimi Mehralı bəyin də yerli zülmkarlar və rus işğalçılarına qarşı 
mübariz
əsi, geniş coğrafi əraziləri əhatə edir. Borçalı, Ağbaba, Ərzurum, Sivas, Kars 
v
ə başqa yerlərdə Mehralı bəy namərdlərlə, türkün düşmənləri ilə üz-üzə gəlir. Onun 
Muxtar  Paşa  ilə  görüşü,  Ağbaba,  Şörəyel,  Çıldır  qarapapaqlarını  öz  ətrafında 
toplaması,  Kars  ətrafında  rus  əsgərlərinə  divan  tutması  və  sair  əhvalatlar  xalqın 
Mehralı  bəyə  olan məhəbbətini, onun  qətiyyətli və  təəssübkeş  bir  igid  olduğunu 
göst
ərir.  
Mehralı  bəy  yerli  satqınları da  eyni qətiyyətlə  cəzalandırır.  Tülü,  Lətif bəy, 
Hacı kimi milli satqınlar Qaçaq Mehralının ədalət divanından yaxa qurtara bilmirlər. 
Mehralı  bəylə  bağlı  maraqlı  əhvalatlardan  biri  onun  Musa  çavuşla  üz-üzə  gəlməsi 
s
əhnəsidir. Məlumdur ki, qaçaqçılıq hərəkatını zəiflətmək üçün istismarçı dairələr bir 
qayda olaraq  qaçaqlar
ın arasına yerli satqınları yeridir, müxtəlif yollarla onları  ələ 
alır,  öz  məqsədi üçün onlardan istifadə  edirdilər.  Musa  çavuş  da  onlardan  biridir. 
Mal-dövl
ətə aldanan Musa çavuş Mehralı bəyi ələ keçirmək üçün dəridən-qabıqdan 
çıxır. Mehralı bəy “əlimi qanına bulaşdırma. Bilirəm ki, kafirlər sənə pul verib, gəl 
tamahından əl çək”,  – deyə ona müraciət edir: 
Musa çavuş, ikimiz də müsəlman, 
Kafirin sözün
ə uyma, yazıqsan. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə