Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə70/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   66   67   68   69   70   71   72   73   ...   100

 
213 
maraqlı  qəhrəmanlıq  rəvayətləri  yaranmışdır.  Bu  rəvayətlər  xalq  arasında  yayılaraq 
zaman keçdikc
ə  cilalanmış,  Ağbaba-Çıldır  aşıqlarının  nəfəsi,  sazı-sözü ilə  daha da 
z
ənginləşmişdir.  Buna  görə  də  dastan qəhrəmanları,  xüsusilə, Qaçaq Usuf bitkin 
obraz kimi diqq
əti çəkir.  Dastanın  obrazlar  tipologiyası  tarixi  şəxsiyyətlərlə  zəngin 
olduğu  kimi,  hadisələrin cərəyan etdiyi yerlər də  geniş  coğrafi  əraziləri  əhatə  edir. 
Qaçaq Usuf ictimai zülm
ə,  ədalətsizliyə  qarşı  mübarizəni  yalnız  Ağbabada  deyil, 
Qarsda, Borçalıda, Dağıstanda və digər yerlərdə aparır. Onun zülmkarlara, ədalətsiz 
m
əmurlara,  insafsız  adamlara  qarşı  apardığı  mübarizədə  el-obanın  igid  və  qeyrətli 
oğulları  yaxından  iştirak  edir,  Qaçaq  Usufa  dayaq  dururlar.  Bu  isə  onu göstərir ki
Qaşaq  Usufun  şəxsi  intiqamdan  doğan  mübarizəsi tezliklə  ictimai mahiyyət 
qazanmış,  xalq  kütlələrinin mənafeyi  onun  başlıca  məqsədinə  çevrilmişdir.  “Xalq 
arasında  şöhrət qazanan və  haqqında  rəvayətlər,  əfsanələr,  nağıllar,  nəğmələr 
yaradılan ... qaçaqların dəstəsində olan yüzlərlə igid adamlar yenilməz bir ordunun 
c
əsur sərkərdələri idilər” [123, 10-11].  Bu  qaçaqların  arasında  “iyirmi  ilə  yaxın 
zalımlarla,  xalqı  incidənlərlə  döş-döşə  gələn, bir kimsənin  haqqını  özgəsi yeməyə 
qoymayan” Qaçaq Usuf el-
obanın təəssübünü çəkən, xalqı incidənlərə qarşı barışmaz 

vqe  tutan  igid  kimi  şöhrətlənmişdi.  Dastanda  camaatı  incidən kovxa ilə  Qaçaq 
Usufun qarşılaşdığı səhnənin təsviri bu baxımdan səciyyəvidir. “Usuf başının dəstəsi 
il
ə Göllüyə enmişdi. Eşitmişdi ki, kəndin kovxası orda camaatı incidir. Mırıx Həmzə 
x
əstə olduğundan biyara gedə bilməmişdi. Kovxa da hökumətə xoş gəlsin deyin onu 
x
əstə-xəstə  atın  qabağına  qatıb  işləməyə  aparmışdı.  O  gündən  Mırıx  Həmzə 
düşmüşdü yorğan-döşəyə. Yönü də bəri deyildi. 
Usuf  kovxanı  evindən  çıxarıb  şenniyin  yığnaq  yerinə  gətirdi. Usufu görən 
camaat ür
əkləndi. Kovxa kimə  nə  eləmişdisə  hamısını  bir-bir Usufun ovcuna 
qoydular.  Kovxa  baxıb  gördü  ki,  işlər  xarabdır,  Usuf  onu  cəzasız  buraxmayacaq, 
onun ayaqlarına döşənib dedi: 
- Usuf, s
ən Ömərin goru keç günahımdan. Bir də belə qələt iş tutmaram. 
Öm
ərin adını eşidəndə Usufun dərdi təzələndi. Bir istədi kovxanın elə oradaca 
başına bir güllə sıxsın. Amma and vermişdi, anddan keçə bilmədi. Usuf dedi: 


 
214 
- Ay
ə, ay qurumsaq, camaatı niyə incidirsən? Toyuq toyuqdu, o da su içəndə 
başını  qaldırıb  Allaha  baxır.  Niyə  Allahsız  iş  tutursan?  Mırıx  Həmzənin bir bölük 
külf
əti var. Bir qaşıq ağartı tapa bilmir, sən də bir yannan ona zülm eləyirsən. 
Daşdan-qayadan səs  çıxdısa,  kovxadan  da  elə.  Usuf  hamının  dərdinə  qulaq 
asandan sonra üzünü kovxaya tutub dedi: 
-  Ged
ərsən, Həmzə  kişinin  qapısına  yanıbuzovlu  bir  inək  bağlayarsan.  Bu 
d
əfə səni bağışlayıram. Amma bir də belə iş tutsan, özünnən küs” [103, 24-25]. 
Bu  epizoddan  göründüyü  kimi,  Qaçaq  Usuf  xalqın  qayğısını  çəkən, 
yoxsulların  himayədarı,  zülmkarların  barışmaz  düşməni  olmuşdur.  Diqqəti çəkən 
dig
ər məqam  Usufun  xalqın  milli  adət-ənənəsinə  yüksək ehtiram bəsləməsidir. 
Qardaşı  Ömərin  goruna  and  verdiyi  üşün  o,  kovxanı  öldürmür.  Dastanda  bu  cür 
etnoqrafik epizodlar çoxdur. 
Dastanda erm
ənilərin namərdliyi və  bədxahlığı,  onların  etno-milli 
psixologiya
sındakı satqınlıq, fürsət düşən kimi öz mənafeləri üçün yararlanmaq kimi 
sif
ətləri ifşa olunur. Qaçaq Usufu tutub öz rütbəsini artırmaq və hökumətdən çoxlu 
pul  almaq  üçün  Sahak  adlı  erməninin xəyanətkarlığı  oxucuda  və  dinləyicidə  nifrət 
hissi oyadır. Qaçaq Usufun sərrast atəşi ilə sağ qulağı deşilən Sahak gülünc vəziyyətə 
düşür. “Sahakın sırğası” əhvalatı el-obanın gülüş hədəfinə çevrilir. 
Kinkor  adlı  bir  erməninin    taleyi  daha  acınacaqlı  olur.  Usufun  Gümrüdən 
Baytara g
əldiyini eşidən Kinkor başına 10-15 nəfər yığıb onu tutmaq istəyir. Lakin 
Qaçaq Usuf t
ək olsa da, onlardan qorxmur, Kinkoru və  bir neçə  ermənini öldürür. 
Usufun Kinkora dediyi sözl
ər ermənilərin  iç  üzünü,  onların  təbiətindəki  qorxaqlığı 
çox tutarlı şəkildə ifadə edir: 
Çaqqalsan get hin
ə xəlvəti giriş, 
Aslan ormanından gec deyil sürüş, 
Kişilik kökündə varmı, başa düş, 
G
əl vermə başını bada, erməni. [11] 
Aşıq İsgəndər Ağbabalının dilindən qələmə aldığımız bu qoşma aşıq Nəsibin 
“Erm
əni” divanisi ilə  yaxından  səsləşir.  Aşıq  Nəsib ermənilərin xislətindəki 
fitn
əkarlığı, hiyləbazlığı özünəməxsus ötkəm ifadələrlə təsvir edir: 


 
215 
Yaranandan şeytan oldun, 
Yalandı, sözün, erməni. 
Ell
əri dərbədər saldın, 
Tökülsün gözün erm
əni. 
Qarışdırdı insanları, 
Oğulun, qızın, erməni. 
Zül
üm etsin haqqın özü, 
Qalmasın tozun, erməni. [25, 46] 
Dastanın ən təsirli epizodlarından biri Qaçaq Usufun qəhrəmanlıqla vuruşub 
h
əlak olduğu səhnədir. Təsirli bir təhkiyə ilə təsvir olunan bu əhvalat gerçək tarixi 
h
əqiqətin obrazlı ifadəsi kimi maraq doğurur. 
Bu xüsusiyy
ət  “Qaçaq  Usuf”  dastanında  da  qabarıq  şəkildə  nəzərə  çarpır. 
Dastanda  iştirak  edən surətlərin  əksəriyyəti  real  tarixi  şəxsiyyətlərdir.  Əsərdə  adı 
ç
əkilən bir sıra yer-yurd adları – Ağbaba, Balıqlı, Göllü, Öksüz, Ömərölən, Çaldaş, 
Göydağ  və  s. toponimlər Qərbi Azərbaycanın  Amasiya  rayonunun  [indiki  Aşosk] 
toponimiyasını öyrənmək baxımından əhəmiyyətlidir. 
Qeyd etdiyimiz kimi, Usufun h
əlak olması kədərli, eyni zamanda qürur hissi 
doğuran bir səhnə kimi yadda qalır. Yerli satqınların xəyanəti nəticəsində öldürülən 
Qaçaq Usuf m
ərdliyi və  qorxmazlığı  ilə  hətta  düşmənləri də  heyrətə  salır.  İbrahim 
adlı bir nəfər ağır yaralanmış Usufun üstünə hücum çəkmək istəyəndə naçalnik onu 
şallaqlayıb deyir: “Elə qoçaqlığın varıydı, döyüşdə görsədəydin, indi burda niyə şirə-
p
ələngə  dönürsən?  Usuf  kişi  kimi  vuruşdu,  kişi  kimi  də  ölür, o sənin  tayın  deyil” 
[103, 38].  
“Qaçaq  Usuf”  Ağbaba-Çıldır  aşıqlarının  dastan  repertuarında  müəyyən 
yaradıcılıq prosesi keçirmişdir. Usufun uşaqlıq və gənclik illəri, Ömərin öldürülməsi, 
Qaçaq Usufun Qars s
əfəri,  onun  son  döyüşü  və  həlak  olması  epizodlarında  bu 
keyfiyy
əti daha aydın görmək olar. 
Qeyd ed
ək  ki,  Qaçaq  Usufun  ölüm  ayağında  söylədiyi  qoşma  Salman 
Mümtazın “El şairləri” kitabında “Öysüzlü Qaçaq Usufun dastanı” başlığı altında çap 
olunmuşdur.  Güman  etmək  olar  ki,  “Qaçaq  Usuf”  dastanı  haqqında  olmasa  da, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə