Avtomobil texnikasi


 Yanıcı və işçi qarışıqların yanma istilikləri



Yüklə 6,38 Kb.
Pdf görüntüsü
səhifə31/56
tarix22.05.2018
ölçüsü6,38 Kb.
#45398
1   ...   27   28   29   30   31   32   33   34   ...   56

 
84 
11.2. Yanıcı və işçi qarışıqların yanma istilikləri. 
 
Mühərrikin silindrində yanacağın yanması zamanı alınan istiliyi daha düzgün qiymətləndirmək 
üçün  yalnız  yanacağın  yanma  istiliyini  deyil,  yanacaq-hava  qarışığının  yanma  istiliyini  nəzərə 
almaq  lazımdır.  Vahid  miqdarda  yanacağın  yanması  nəticəsində  ayrılan  istilik  miqdarının  yanıcı 
qarışığın  miqdarına  olan  nisbəti  yanıcı  qarışığın yanma  istiliyi  adlandırılır  və  aşağıdakı  düsturla 
təyin edilir: 
                                                       
1
М
H
H
u
.
qar
.
yan

 




кmol
МC
                                                (11.5) 
və yaxud 
                                                       
1
m
H
H
u
.
qar
.
yan

 






кq
МC
.                                                 (11.6) 
Qığılcımla  alışdırmalı  mühərriklərdə  yanma  prosesi  hava  çatışmamazlığı  şəraitində,  daha 
doğrusu, 
1


  olduqda  baş  verərsə,  onda  natamam  yanma  nəticəsində  itirilən  istilik  miqdarı 
aşağıdakı düsturla hesablana bilər: 
                                               
0
1
95
119
L
)
(
.
H
u




 






mol
к
МC
.                                         (11.7) 
1


 olduqda yanıcı qarışığın yanma istiliyi: 
                                              
1
М
H
H
H
u
u
.
qar
.
yan



 






mol
к
МC
                                             (11.8) 
və yaxud  
                                               
1
m
H
H
H
u
u
.
qar
.
yan



 






q
к
МC
.                                              (11.9) 
Yanıcı qarışığın yanma istiliyi də əsasən hava artıqlıq əmsalından asılıdır. Lakin qeyd etmək 
lazımdır  ki,  yanıcı  qarışığın  yanma  istiliyi  yanacağın  yanma  istiliyinə  mütənasib  deyildir.  Hava 
artıqlıq əmsalının eyni qiymətində dizel yanacağı ilə hava qarışığının yanma istiliyi benzinlə hava 
qarışığının  yanma istiliyindən bir qədər  çoxdur. Bu onunla izah olunur ki, vahid miqdarda dizel 
yanacağının tam yanması üçün həmin miqdarda benzinin tam yanmasından daha az miqdarda hava 
lazımdır. 
Yanma  zamanı  silindrdə  yanıcı  qarışıq  deyil,  işçi  qarışıq  olduğundan  yanacağın  yanması 
nəticəsində  ayrılan  istiliyi  işçi  qarışığa  aid  etmək  lazımdır.  Onda  işçi  qarışığın  yanma  istiliyini 
aşağıdakı kimi təyin etmək olar: 
                 
1


 olduqda 
)
(
М
H
М
М
H
H
r
u
r
u
.
qar
.






1
1
1
 






.
qar
.

.
kmol
MC
                        (11.10) 
                 
1


 olduqda 
)
(
М
H
H
H
r
u
u
.
qar
.






1
1
 






.
qar
.

.
kmol
MC
.                                         (11.11) 
(11.10) və (11.11) düsturlarından göründüyü kimi işçi qarışığın yanma istiliyi yanıcı qarışığın 
yanma istiliyinə mütənasib olaraq dəyişir. Hava artıqlıq əmsalının eyni qiymətində benzin və dizel 
yanacaqları üçün qalıq qazlar əmsalının azalması işçi qarışığın  yanma istiliyinin artmasına səbəb 
olur. 
YOXLAMA SUALLAR 
1. Kimyəvi və həqiqi molekulyar dəyişmə əmsalı nəyə deyilir və hansı düsturla hesablanır?  
2. Qalıq qazlar əmsalı nəyə deyilir və hansı düsturla hesablanır? 
3. Yanıcı qarışığın yanma istiliyi nəyə deyilir və hansı düsturla hesablanır? 
4. Natamam  yanma nəticəsində itirilən istilik miqdarı hansı şəraitdə  yaranır və hansı düsturla 
hesablanır? 
5. 
1


 olan zaman yanıcı qarışığın yanma istiliyi hansı düsturla hesablanır?   
6. İşçi qarışığın yanma istiliyi nəyə deyilir və hansı düsturlarla hesablanır? 


 
85 
Mühazirə 12 
Sorma prosesinin gedişi. Ətraf mühit və qalıq qazların parametrləri.  
Sorma prosesinin sonundakı təzyiq və qalıq qazlar əmsalı.  
Sorma prosesinin sonundakı temperatur və doldurma  əmsalı. 
 
12.1. Doldurma (sorma) prosesinin hesabı. 
 
Doldurma  prosesi  mühərrikin  silindrini  yeni  işçi  cisimlə  doldurmaq  üçündür.  Bu  proses 
porşenin  hərəkəti  nəticəsində  silindrlə  ətraf  mühit  arasında  əmələ  gələn  təzyiq  düşküsündən 
istifadə  etməklə  və  ya  xüsusi  doldurucu  nasoslar  vasitəsilə  icra  olunur.  Birinci  halda  doldurma 
sorma  vasitəsi  ilə  olduğundan,  çox  vaxt  sorma  prosesi  adlandırılır.  Bu  üsulla  doldurma  üstəlik 
üfürməsiz mühərriklərdə tətbiq edilir və adi üsul sayılır. 
İkinci halda isə işçi cisim silindrə təzyiqlə (məcburi) doldurulur və ona  görə də silindr ətraf 
mühit  şəraitində  tuta  bildiyindən  çox  doldurula  bilir.  Bu  üsulla  doldurma  üstəlik  üfürməli 
mühərriklərdə doldurma prosesi adlanır. 
Şəkil 12.1-də və 12.2-də 4 taktlı mühərriklərdə uyğun olaraq sorma və doldurma proseslərində 
təzyiqin dəyişməsi göstərilmişdir. 
Bu  şəkillərdə  r',  da',  aa''  əyriləri  sorma  (doldurma)  prosesi  ərzində  silindrdə  təzyiqin 
dəyişməsini,  r'  və  a''  nöqtələri  isə  uyğun  olaraq  sorma  klapanının  açıldığı  və  bağlandığı 
momentləri göstərir. 
Sorma prosesinin hesabı zamanı bu prosesin nöqtəsində başlayıb a nöqtəsində qurtarması və 
bu zaman təzyiqin əvvəlcə ani olaraq rr'' xətti üzrə dəyişməsi, daha sonra isə sabit qalması  (r''a  
düz xətti ) qəbul olunur. Hesablamalardan sonra r, r'' və a nöqtələrinin koordinatları təyin olunur 
və ra' əyrisi üzrə yuvarlaqlaşdırma aparılır. 
    
               
 
Şəkil 12.1. Üstəlik üfürməsiz 4 taktlı                            Şəkil 12.2. Üstəlik üfürməli 4 taktlı 
mühərrikdə sorma prosesi zamanı təzyiqin                   mühərrikdə doldurma prosesi zamanı 
dəyişməsi.                                                                      təzyiqin dəyişməsi.  
 
Müasir itisürətli avtomobil və traktor mühərriklərində sorma klapanının açılması porşen y.ö.n.-
ə 10÷30° qalmış, bağlanması isə a.ö.n.-dən 40÷80° keçmiş baş verir. Lakin qeyd etmək lazımdır 
ki,  göstərilən  hədlər  konstruktiv  mülahizələrə  görə  böyük  və  yaxud  kiçik  tərəflərə  dəyişdirilə  də 
bilər. 
Sorma  klapanının tez  açılması,  əvvəla,  porşen  y.ö.n.-ə  çatana  qədər klapanda  müəyyən  keçid 
sahəsinin  yaranmasına  səbəb  olur  ki,  bu  da  silindrin  doldurulmasını  yaxşılaşdırır.  İkincisi  isə, 
sorma klapanının tez açılması, həm də silindrin üfürülməsi üçün istifadə edilir. Belə ki, bu zaman 
yanma  məhsullarının  açıq  olan  xaricetmə  klapanından  sürətlə  çıxması  nəticəsində  sorma  klapanı 
ətrafında  seyrəklik  yaranır  və  bunun  da  hesabına  silindrə  sorulan  təmiz  hava  (dizel 
mühərriklərində)  və  yaxud  yanıcı  qarışıq  (qığılcımla  alışdırmalı  mühərriklərdə)  silindrin  yanma 
məhsullarından  yaxşı  təmizlənməsinə  səbəb  olur.  Sorma  klapanının  tez  açılması  nəticəsində 
silindrin  üfürülməsi  hesablamalarda  təmizləmə  əmsalı  (
.
tem

)  ilə  nəzərə  alınır.  Təmizləmə 
əmsalının qiyməti başlıca olaraq üstəlik üfürmə təzyiqindən, mühərrikin sürət  rejimindən və hər 
iki  klapanın  eyni  zamanda  açıq  qalmaları  müddətindən  aslıdır.  Bu  əmsal  yalnız  üstəlik  üfürməli 


Yüklə 6,38 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə