Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə14/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   10   11   12   13   14   15   16   17   ...   114

______________Milli Kitabxana_______________ 
44 
adamın barəsində yaxşı bir mini monoqrafiya yazacaq və biz 
orada “inək qabadiş” ayamasına rast gəlməyəcəyik. Ancaq 
düzünü söyləyək ki, “inək qabadiş” ləqəbi Tuqanovun dəqiq 
ədəbi  şarjıdır, ona əntiqə yaraşır. Görünür, bəzi adamlar heç 
kəs duymasın deyə, Tuqanovu öz aralarında bu ayama ilə 
tanıdırlarmış.  
     Mehdinin  o  biri  məqalələri: bu məqalələr həm onun həyat 
faktlarına bir işıq salır, həm də teatr düşüncələrinə. Tələbə 
Mehdi 1936-cı ildə Bakıda qaldığı  təqribən 8 aylıq müddət 
ərzində respublika mətbuatında iki resenziya dərc elətdirir: 
“Maqbet” və  “Şahnamə”. Birinci tamaşa ilk dəfə göstərilib 
martın 15-də, ikinci tamaşa isə - may ayının 28-də. Buna 
müvafiq resenziyalardan biri martda, o biriysə iyunda qəzet 
səhifələrində teatr ictimaiyyətinə təqdim olunub. Deməli, 1936-
cı ilin martından Mehdi respublikanın teatr həyatına qoşulub, 
rus dili üzərində çalışıb, gələcək dərslərinə hazırlaşıb: bu onu 
bildirir ki, mart ayında Mehdinin səhhətiylə bağlı 
problemlərdən daha söhbət gedə bilməzdi. Qaldı yanvar, fevral 
ayları. Bu arada o, ata-anasının səhhəti, öz müalicəsiylə məşğul 
olub, naxoşun yastığının yanında oturub. Yəqin ki, fevraldan 
sonra atasının ölümü münasibətilə evdə yas mərasimi keçirilib. 
Bəs onda xəstəxanada nə vaxt  yatıb Mehdi? Rza Təhmasibə 
göndərilmiş  məktubdan öyrənirəm ki, onun müalicəsi qısa bir 
müddətə tamamlanıb. Yəni Mehdinin xəstəliyilə  əlaqədar 
söhbətlərin böyük əksəriyyəti şəhər folklorunun içində gəlişib, 
folklor mənşəli olub. 
     Bax,  bu  da  belə: nə bir artıq, nə bir əskik; real hadisələrin 
mozaikasından görünən olum və ölüm fakturası. 1936-cı ildə 
Mehdinin məqalələrində  sərgilənən güclü analitik pafos, 
inandırıcı  tənqid, məntiqli mühakimə yürütmək qabiliyyəti də 
bu insanın sağlam psixoloji bir durumda olduğunu təsdiqləyir. 
“Maqbet” tamaşasının quruluşçu rejissorunun Aleksandr 
Tuqanov (“inək qabadiş”) olmasına baxmayaraq Mehdi 
resenziyasının iki əsas fiquru, iki əsas qəhrəmanı vardı: cənab 


______________Milli Kitabxana_______________ 
45 
Şekspir və  cənab  Şərifzadə. Bu məqalənin birinci hissəsi ona 
həsr olunub ki, mən Azərbaycanda  Şekspir  əsərlərinin  əla 
bilicisiyəm; ikinci hissənin aparıcı leytmotivisə budur ki, 
Şərifzadə əla Maqbetdir. Öz resenziyası ilə Mehdi Məmmədov 
sanki deyirdi: “Mən rejissor Abbas Mirzəni birinci məqaləmdə 
tənqid eləsəm də, siz indi görürsünüz ki, o mənim aktyor 
idealımdır”. Buyurun, bu da həmin resenziyadan bir sitat: 
“Maqbet” tamaşası öz qələbəsi üçün hər şeydən əvvəl Maqbet və 
Ledi Maqbet rollarının qüdrətli ifaçılarına, Azərbaycan 
səhnəsinin böyük sənətkarları Abbas Mirzə  Şərifzadəyə  və 
Mərziyə xanıma borcludur. Maqbet obrazı tamaşada baş verən 
bütün hadisələri öz ətrafında toplayır və  əsas konflikti sanki öz 
daxilində  mərkəzləşdirir. Maqbet əsasən öz daxili aləmi ilə 
yaşayan obrazdır. Onun bütün mübadiləsi öz hissi, öz ehtirası və 
mühakiməsi ilədir. Aktyor bu daxili aləmdə  məharətlə yaşayır, 
obrazın psixoloji ziddiyyətlərini, odlu mühakimələrini, iztirablı 
tərəddüdlərini, sonralar isə getdikcə daşa dönən qəlbinin kin və 
qəzəbini məharətlə yaradır  (aktyor kin və  qəzəbi yarada bilərmi; 
aktyor kin və qəzəbi oynaya bilərmi? - A.T.). Lakin heyf ki, aktyor 
Maqbetin zahiri görkəmini, sifətini eybəcər cizgilərlə örtür. 
Maqbetin qatil sifətli olması vacib deyil. O hətta pyesin əvvəlində 
də  hələ müti və sadiq bir sərkərdə, təmiz bir adamdır. 
A.M,Şərifzadə özü də obrazın həyatını belə başlayır, düzgün 
inkişaf etdirir və onun faciəli ömrünü belə də sona çatdırır”.
41 
     1937-ci ildə Abbas Mirzəni güllələyəcəklər. 
      Mehdi  bu  zaman  Moskva  şəhərində kommunizm 
ideallarına sədaqətlə inana-inana təhsilini davam etdirəcək və 
bir də 1963-cü ildə A.M.Şərifzadə haqqında portret yazı 
işləyəcək; bu yazıda, bəlkə  də eyhamla, bəlkə  də üstüörtülü 
məna ilə, bəlkə də hamletcəsinə, yazacaq ki, 
“o, faciə ustası idi. 
Dünya dramaturgiyasının faciə repertuarında elə rol tapmaq 
çətindir ki, onun qarşısında Abbas Mirzə aciz qalsın. Faciə janrı 
onun stixiyası, onun əsl yaradıcılıq meydanı idi”;
42
  və Mehdi 
Məmmədov açıq mətnlə bu yazıda yazmayacaq ki,  sövet 
ideologiyasının ona “sırıdığı”, ona təhlükəsizlik orqanlarının 
metodu ilə təlqin etdiyi “siyasi düşmən” obrazı A.M.Şərifzadə 


______________Milli Kitabxana_______________ 
46 
kimi səhnəni titrədən bir nəhəngi  əlacsız, sısqa bir zavallıya 
döndərmişdi. 
     Hələliksə, 1936-cı ildir və Mehdi tərifindən də  çəkinmir, 
tənqidindən də: obyektivliyini də maksimal şəkildə qoruyub 
saxlayır, “Maqbet”i “gözəl tamaşa” adlandırmaqla yanaşı onun 
rejissor partiturasını qədərincə qüsurlu görür. 1936-cı ilin daha 
bir resenziyası rejissor İsmayıl Hidayətzadənin “Şahnamə” 
tamaşasına həsr olunub. Mehdi məqaləsinin yarısında 
pozitivlər, yarısında isə neqativlər sadalanıb çözülür: 
R.Mustafayevin bədii tərtibatı,  Ə.Əzimzadənin geyim və 
əlbəsə eskizləri, S.Paniyevin bəstələri,  Ə.Ələkbərovun, 
İ.Osmanlının, Abbas Mirzənin, Mərziyə xanımın, Sidqi 
Ruhullanın ifaları tamaşanın müsbət cəhətləri siyahısındadır; 
A.S.Gəraybəyliyə, Rza Əfqanlıya irad tutulur ki, onlar səhnədə 
öz personajlarının bədii səciyyəsinə adekvat oyun 
sərgiləmirlər. Amma bununla belə Mehdi tamaşanın mənalar 
spektrini, estetik rəngarəngliyini özündə fokuslaşdıran,  Şərq 
ekzotikasını emblemə çevirən,  Şərq mövcudluq tərzini 
markalaşdıran və bir çox sənətçilərin,  şünasların bəh-bəhlə 
bəyəndikləri səhnəni bəyənmir, onu rejissor fikrinə uyğun 
hesab eləmir: 
“Bazar səhnəsi  (tamaşanın estetikası üçün mühüm 
bir epizod - A.T.) Şərq koloriti, oriyental boyalar, tipik cizgilərlə 
yaranmışdır. Buna görə çoxlarının xoşuna da gəlir. Lakin “Şərq 
bazarı” müstəqil mövzu kimi, tamaşadan asılı olmayaraq, bizi 
maraqlandıra bilərmi? Tamaşadan, rejissor fikrindən kənarda 
bu səhnə  əlvan, bəzəkli,  şən, bu qədər canlı  və oynaq 
görünməməli idi. Çünki pyesdə deyilənlərə görə, məmləkət çətin 
vəziyyətdədir. Əhali aclıq, yoxsulluq, zillət içində yaşayır. Ticarət 
ölmüşdür. Müharibə bu çətinliyi bir qədər də artırmışdır. Bunu 
əks etdirən bir lövhə  əvəzinə bizim qarşımızda  şən musiqinin 
müşayətilə  dəbdəbəli, izdihamlı, qızğın alver təsvir edən səhnə 
açılır. Hətta  əyyarlar camaatı  əyləndirir. Xalqın güzəranını 
təsvir edən küçə  səhnələri və xalça karxanasındakı  əhvalat 
tamaşanın ruhuna, rejissor fikrinə uyğun və düzgün qurulduğu 
halda, bazar səhnəsi ümumi traktovkaya müvafiq 
qurulmamışdır”.
43
 Mehdi “Şahnamə”ni vahid üslublu, bədii 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə