Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   55   56   57   58   59   60   61   62   ...   86

Məlumdur ki, Mirzə Adıgözəl bəy, M.P.Kolubyakinin tapşırığı ilə 1845-ci 
ildə məşhur "Qarabağnamə" əsərini yazmışdı. Bu məqalədə də Mirzə Adıgözəl 
bəyin "Qarabağnamə"sinin qısa icmalı verilir. 
"Закавказский  вестник" qəzetindəki ikinci məqalə "Ağa Məhəmməd xan 
Qacarın həyatı, Qacar sülaləsinin yaranması, onun Qafqazda hərbi səfərləri" 
adlanır
1
. Redaksiya qeydindən həmin  əsərin ingilis dilinə  tərcümə olunduğu 
göstərilmişdir. Həmin məqalədə Qacarın 1797-ci il yürüşləri və  Şuşada 
öldürülməsi barədə tarixi həqiqətlə səsləşən faktlar xüsusilə maraq doğurur. 
Əsrimizin 20-ci illərindən başlayaraq Azərbaycan xalqının tarixinə dair 
mənbələrin nəşrinə başlandı. Azərbaycan tədqiq və  tətəbbö cəmiyyəti 
tərəfindən A.Bakıxanovun "Gülüstani-İrəm"  əsəri 1926-cı ildə rus dilində, 
1951-ci ildə Azərbaycan dilində çap edildi, bir qədər sonra əsərin farsca elmi 
tənqidi mətni işıq üzü gördü. Bu əsər XVIII əsr Azərbaycan xanlıqlarının 
tarixini öyrənmək üçün də  əvəzsiz elmi mənbədir. "Qarabağnamə'Tərdə irəli 
sürülən fakt və mülahizələri dəqiqləşdirmək məqsədilə "Gülüstani-İrəm"ə tez-
tez müraciət olunur. 
Şərq və  Qərb tarixçilərinin  əsərlərini, Azərbaycanın maddi mədəniyyəti 
abidələrini diqqətlə öyrənən A.Bakıxanov ilk dəfə xalqımızın tarixini bütöv 
halda işıqlandırmağa səy göstərmişdir. 
Qarabağ tarixinin öyrənilməsində Şeyx İbrahim Qüdsi Gəncəvinin "Gəncə 
tarixi"  əsərinin də mühüm əhəmiyyəti var. F.Köçərli qeyd edir ki, "Gəncə 
tarixi" əlyazma şəklində əldən-ələ gəzirdi. Təəssüf ki, həmin əlyazma indiyədək 
əldə edilməmişdir. "Kavkaz" qəzetinin 1846-cı il 37-ci nömrəsində Lazerev 
imzası ilə "Gəncə" adlı geniş bir məqalə çap olunmuşdur. Redaksiya qeydində 
deyilir: "Həmin məlumat Gəncə sakinləri arasında tatar (Azərbaycan - N.A.) 
dilində əldən-ələ gəzən əlyazmasından alınmışdır". 
"Gəncə tarixi"ndən bəhs edən "Gəncə" məqaləsi  şəhərin  əsasının 
qoyulmasından 1804-cü ilə qədər - Sisianov tərəfindən zəbt olunmasına qədərki 
uzun bir dövrü əhatə edir. 
1926-cı ildə "Azərbaycanı  tədqiq və  tətəbbö cəmiyyəti" tərəfindən "Şəki 
xanlarının ixtisar üzrə tarixi" əsəri çap olundu. Onun müəllifi Əbdüllətif Əfəndi 
idi. Sonrakı illərdə S.Mümtazm axtanşları göstərdi ki, "Şəki xanlarının 
ixtisarüzrə tarixi" əsərinin müəllifi Əbdüllətif Əfəndi deyil, Səlim xanın nəvəsi, 
Fateh təxəllüsü olan Kərim Ağadır. 1829-cu ildə qələmə alınmış bu əsərin şəkli 
Fətəli xanın oğlu Kərim ağa Fateh tərəfindən yazıldığı  Ə.Hüseynzadə 
tərəfindən də  təsdiq olunmuşdur
2
. Həmin  əsərin Qarabağ tarixi ilə bağlı  bəzi 
sətirləri xüsusilə diqqəti cəlb edir. 1795-ci ildə  Ağa Məhəmməd xanın 
Qarabağa hücumu zamanı  Şəki xanı  Səlim xan Qacarın yürüşünün qarşısını 
almaqda  İbrahim xana yaxından kömək etmişdir. 1805-ci ildə  də  Səlim xan 
İbrahim 
                                                           
1 Вах: "Закавказский вестник", 1845, 14-18 
2 Bax: Ə.Hüseynzadə. XIX əsrin ikinci yarısında Azərbaycan tarixşünaslığı, Bakı, 1967, səh.29. 
 
 
183


 
xanın təklifinə razı olub Kürəkçayda  Şəki xanlığının Rusiya tərkibinə daxil 
olması haqda müqaviləni imzalamışdı. 
"Şəki xanlarının ixtisar üzrə tarixi" əsəri də  təsdiq edir ki, 1806-cı ildə 
İbrahim xan öz ailəsi ilə birlikdə  Şuşa qalası yaxınlığında qala komendantı 
Lisaneviç tərəfindən öldürülmüşdür. Öldürülənlər arasında Səlim xanın bacısı 
da var idi. Bu qətldən sarsılan Səlim xan öz yanında olan bir neçə rus soldatını 
öldürdü. General Nebolsin isə  Səlim xana qarşı qoşun göndərdi. Səlim xan 
İrana keçməyə məcbur oldu... 
İskəndər bəy Hacınskinin "Qubalı  Fətəli xan" əsəri də XIX əsr 
tarixşünaslığının maraqlı nümunələrindəndir.  Əsər ilk dəfə 1847-ci ildə, 
Tiflisdə "Kavkaz" qəzetinin 48-49-cu nömrələrində  dərc olunmuşdur. 
İ.Hacınski Qafqaz canişinliyində mütərcim vəzifəsində  işləyirdi, Fətəli xanın 
hərbi-siyasi fəaliyyətini işıqlandıran həmin əsərdə Qarabağ xanlığından da söz 
açılır.  Əsərdə göstərilir ki, Fətəli xan İbrahim xanın qardaşı Mehrəli bəyi 
himayə etdiyi üçün onların bir-birilə arası yox idi. Həm də Fətəli xan Qarabağı 
almaq istəyirdi.  Əsərdə oxuyuruq: "Qarabağlı  İbrahim xan Quba xanı ilə 
mübarizə etmək üçün Şirvan hakimlərinə tez-tez kömək etdiyindən Fətəli xan 
güclü qoşun toplayıb, 1784-cü ildə Qarabağa hərəkət edir. Lakin Şuşa qalasına 
hücum etmək iqtidarında olmayıb Ağdamı  və Qarabağ xanlığının başqa aşağı 
mahallarını talan etdi"
1
.  Əsərboyu Qarabağ xanlığı  və onun mərkəzi  Şuşanın 
hərbi-siyasi qüdrəti nəzərə çapdırılır. Lakin müəllif Mehralı  bəyi səhvən 
İbrahim xanın qardaşı oğlu kimi təqdim edir. 
XIX  əsrin  əvvəllərində Rusiya - İran müharibələri haqqında daha dolğun 
təsəvvür verən mənbələrdən biri də Nasir Nəcminin "Abbas Mirzə, yaxud 
Qacar sülaləsinin  ən qəhrəman,  ən vətənpərvər oğlu və  İran-Çar Rusiyası 
müharibələri" əsəridir
2

Həmin  əsərdə Türkmənçay müqaviləsi ilə  nəticələnən sonuncu rus - İran 
müharibəsinin (1826-1827) təsviri verilir. 
Qarabağ tarixini yazmaq üçün bir sıra Azərbaycan ziyalılan da XIX əsrdə 
və XX əsrin  əvvəllərində  təşəbbüs göstərmişlər. O cümlədən Baharlının 
"Əhvalati-Qarabağ", Həsənli Xan Qaradağinin "Qarabağ tarixi", Həsən İxfanın 
"Şura tarixi", Mirzə  Rəhim Fənanın "Qarabağ tarixinə aid materialları", 
müəllim Mirzə Xosrov Axundovun "Qarabağ tarixinə dair qeydləri" məlumdur. 
Adı  çəkilən  əsərlər yarımçıq və  səthi olsalar da, onları çap etmək müəyyən 
maraq doğura bilər, həm də azərbaycanlı müəlliflərin Qarabağ xanlığı tarixini 
öyrənməyə sonsuz marağını nümayiş etdirir. 
"Qarabağnamə"lərdə Qafqaz canişini olmuş bir sıra görkəmli rus 
generallarının adı çəkilir, onların Qarabağla əlaqələrindən söz açılır. Lakin tez-
tez   
                                                           
1 İskəndərbəy Hacınski. Qubalı Fətəli xan. Bakı, 1959, səh.20.
2 Nasir Necmi. Abbas Mirzə, yaxud Qacar sülaləsinin  ən qəhrəman,  ən vətənpərvər oğlu və  İran-Çar Rusiyası 
müharibələri, Tehran, hicri 1326.
 
184


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə