1
AZƏRBAYCAN FƏLSƏFƏ VƏ SOSİAL-SİYASİ
ELMLƏR ASSOSİASİYASI
(A F S E A)
FƏLSƏFƏ
və
sosial-siyasi elmlər
Bakı - 2015
1 (37)
elmi-nəzəri jurnal
PHILOSOPHY
and
SOCIAL-
POLITICAL
SCIENCES
ФИЛОСОФИЯ
и
СОЦИАЛЬНО-
ПОЛИТИЧЕСКИЕ
НАУКИ
Fəlsəfə və sosial-siyasi elmlər – 2015, № 1
2
Redaksiya Şurası:
Akademik Ramiz Mehdiyev (sədr),
Prof. Əli Həsənov, prof. Kənan Gürsoy (Türkiyə), prof. Ş.Teoman
Duralı (Türkiyə), akademik V.A.Lektorski (Rusiya), prof. David Evans
(İngiltərə), prof. Əbdümalik Nısanbayev (Qazaxstan), prof. İlham Məm-
mədzadə, prof. A.N.Çumakov (Rusiya), f.e.d. Könül Bünyadzadə (məsul
katib),
Prof. Səlahəddin Xəlilov (baş redaktor).
ISSN 1810- 9047
AFSEA-nın və Redaksiyanın ünvanı:
Bakı AZ1014, Bülbül prospekti, 45
Tel.: (994-12) 498-17-45; Faks: (994-12) 598-13-01
E-mail: jurnal@felsefedunyasi.org
©AFSEA, 2015
©Azərbaycan Universiteti, 2015
3
M Ü N D Ə R İ C A T
REDAKSIYA ŞURASINDAN
Ön söz əvəzi: Dünya hara gedir, fəlsəfə hara?........................................ 5
FƏLSƏFƏ TARİXİ VƏ MÜASİRLƏRİMİZ
Rabia SOYUCAK, Esin Nesrin CEBECİ – Kyerkeqorda ekzistensialist
etika ..................................... 7
Senail ÖZKAN, Könül BÜNYADZADƏ – Səlahəddin Xəlilovun
Fəlsəfi Düşüncələri ............ 26
Süleyman Hayri BOLAY – Müasir fəlsəfənin gənc qadın təmsilçisi –
Gönül Bünyatzade ....................................... 51
SOSİAL FƏLSƏFƏ
Səlahəddin XƏLİLOV – Azərbaycan və Türkiyə türkcəsində “Kültür”,
“Mədəniyyət” və “Sivilizasiya” ....................... 68
Ömer OSMANOĞLU – Andrey Tarkovskinin poetik güzgüsü ............ 81
ELMİ-FƏLSƏFİ HƏYAT
Həyat bir körpüdür (elmi-fəlsəfi seminar) ............................................ 105
Beynəlxalq Fəlsəfə Araşdırmaları Dərnəyinin təsisi ........................... 107
"Fəlsəfədə varislik və nəsillərin görüşü” (dəyirmi masa) ............... 10712
Fəlsəfi Araşdırmalar Müsabiqəsinin ELANI ................................. 10713
Fəlsəfə və sosial-siyasi elmlər – 2015, № 1
4
RƏYLƏR VƏ MÜLAHIZƏLƏR
Tanzimat’tan Günümüze Türk Düşünürleri (Ed. S.H.Bolay) ............. 116
S.Halilov - Aşkın Renkleri (S.Özkan) ................................................... 134
A.Bıçak – Felsefenin Kuruluşu (A.S.Gözcü) ........................................ 134
İÇINDEKILER ........................................................................
146
TABLE OF CONTENTS .........................................................
146
5
Redaksiya Şurasından
Ön söz əvəzi:
Dünya hara gedir,
fəlsəfə hara
?
2014-cü ildə biz “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalının son 36-cı
nömrəsini dərc elədik, 12 il ərzində keçilmiş yola bir növ yekun vurduq. Bu,
sadəcə jurnalın kiçik tarixinə bir yekun deyildi, həm də böyük fəlsəfə
tarixinın ənənəvi yoluna bir yekun idi... İndi biz yaşadığımız yeni xarakterli,
fərqli ab-havası olan bir sosial-siyasi və mənəvi-intellektual ab-havanın as-
tanasında dayanmışıq. Özümüzdən asılı olmadan daxil olduğumuz bu yeni
dünya yeni də dəyərləndirmə sistemi, yeni dünyagörüşü formalaşdırır.
“Fəlsəfə və sosial-siyasi elmlər” jurnalı da yeni həyata başlayır və daxil
olduğumuz yeni dünyanın mahiyyətini açmaq missiyasını rəhbər tutur.
Elmin, texnologiyanın misli görünməmiş nailiyyətləri yaşadığımız
dünyanın getdikcə daha çox texnogenləşməsinə, əvvəllər sadəcə insan həya-
tına aid olan, insanın ölçülərindən biri olan intellektual həyatın müstəqil vir-
tual dünya halına düşməsinə səbəb olmuşdur. İnsan-dünya münasibətlərini
əks etdirən elmi-fəlsəfi görüşlər daha yeni dövrün gerçəkliyinə uyğun gəl-
mədiyindən, fəlsəfə də bir növ yenidən yazılmalı, “yeni insanın” həyat tərzi
və baxışlarına uyğunlaşdırılmalıdır.
Bununla belə, ənənəvi fəlsəfənin XXI əsrə transformasiyası davam
edir. Nəticədə fəlsəfədə yeni dalğalarla əvvəlki dalğaların toqquşması baş
verir. Militarist, siyasi və ideoloji qarşıdurmalar getdikcə şiddətləndiyi bir
şəraitdə çoxlarının hələ də fərqində olmadığı daha böyük miqyaslı bir qarşı-
Fəlsəfə və sosial-siyasi elmlər – 2015, № 1
6
durma formalaşır ki, kim yeni dövrün bu özəlliyini vaxtında nəzərə ala bilsə,
gələcək də onundur.
Təəssüf ki, yaşlı nəsil virtual dünyadan və yeni texnologiyalardan,
gənc nəsil isə fəlsəfədən yan keçməyə çalışır. Nəticədə dövrün bu iki nə-
həng prosesi ya görüşü bilmir, ya da bu görüş yeni tipli konfliktlərə səbəb
olur. Halbuki, insanlığın invariantları, sabit, dəyişməz şərtləri, təməl prin-
sipləri yaxşı-yaxşı mənimsənilməsə, təməllər bir az da möhkəmləndirilməsə,
həyatın hələ tarixin sınağından çıxmamış, sosial-siyasi təcrübədə yox-
lanmamış yeni üzü özünü göstərir, mənəvə-intellektual proseslər insan-
sızlsşır və insan hədəfi bəlli olmayan axınlara düşür.
İkinci bir yenilik jurnalın daha sadəcə Azərbaycan miqyasında
qalmyıb, bütün Türk dünyasının fəlsəfi oyanış ruporu olmaqdan ibarətdir.
Ona görə də jurnalın əsas dili Azərbaycan türkcəsi ilə yanaşı, Türkiyə
türkcəsi olacaqdır.
Üçüncüsü, bundan sonra jurnal sadəcə AFSEA-nın deyil, həm də
UFAD-ın – Uluslararası Fəlsəfə Araşdırmaları Dərnəyinin elmi-fəlsəfi orqa-
nı kimi fəaliyyət göstərəcəkdir. Bu sayımızda da UFAD-ın yaranması və ilk
addımları barədə məlumat verilmişdir.
Dostları ilə paylaş: |