MÜASİR AZƏRBAYCAN DİLİ VƏ TERMİNOLOGİYA MƏSƏLƏLƏRİ
____________________________________________________________________
__________________________________________________________
«Tədqiqlər», 2008, №1, səh.149
İSTIFADƏ ОLUNMUŞ ƏDƏBIYYAT.
1. Məhərrəmli Q. Tеlеviziya rекlamlarının dili.
Tədqiqlər, 2000, № 1, s. 58-65
2. Морозова И. Слагая слоганы. Москва, изд. Агар, 2003, 67 с.
К.А.ГАБИБОВА
РЕКЛАМЫ И КУЛЬТУРА ПИСЬМА
РЕЗЮМЕ
Сегодня мы очень часто сталкиваемся с различными рекламными
текстами. Но к сожалению в большинстве этих реклам мы наблюдаем
различные лингвистические ошибки рекламодателей. В связи с этим в
статье рассматриваются орфографические ошибки в рекламных текстах,
а также в различных брендах, торговых марках, названий фирм и т.д.
K.A.HABIBOVA
ADVERTISMENTS AND WRITING CULTURE
SUMMARY
Today we often meet various advertising texts. But unfortunately in the
majority of these texts we observe various linguistic mistakes of advertizers.
In according
with it in this article are considered spelling mistakes in advertis-
ing texts,
and also in various brands, trade marks, names of firms and etc.
MÜASİR AZƏRBAYCAN DİLİ VƏ TERMİNOLOGİYA MƏSƏLƏLƏRİ
____________________________________________________________________
__________________________________________________________
«Tədqiqlər», 2008, №1, səh.150
Könül İSMAYILOYA
AZƏRBAYCAN DİLİNDƏ RUS MƏNŞƏLİ ƏDƏBİ
MODERNİZM TERMİNLƏRİ
ARL-də
futurizm termini verilir və “napravlеniе v еvrоpеysкоm isкus-
stvе 10-х–20-х qq. ХХ v., оtvеrqavşее кulğturnое i хudоcеstvеnnое naslеdiе
prоşlоqо, prоpоvеdоvavşее urbanizm, razruşеniе fоrm i uslоvnоstеy isкusstva
radi sliəniə еqо s usкоrеnnım ciznеnnım prоüеssоm ХХ v.”(1,4,730) kimi izah
olunur. Əlbəttə, bu növ təyinlər izahlı lüğət təyinlərindən çox ensiklopedik
təyinin qısa formasını xatırladır. Bu cür estetik cərəyan bildirən terminlər ayrı
cür verılə də bilməz, lakin belə lüğət məqalələri də qüsurlu görünür. Iş
orasındadır ki, onlar cərəyanın mahiyyətini açmağa calışır. Lakin
hər bir
estetik cərəyanın əsasını fəlsəfi konsepsiya təşkil edir. Fəlsəfi konsepsiyalar
isə dolğun izahat tələb edirlər, çünki hər hansı bir məhdud təyin onlar
haqqında yanlış təsəvvür yaradır. Deməli, estetik cərəyanın məzmununu
açmaqdansa, həmin sözün siqnifikatını təqdim etmək daha düzgün olar. Hər
halda futurizm terminini ARL-də əks etdirməklə lüğətin
tərtibçiləri
Azərbaycan dilində belə bir filoloji terminin olmasını təsdiqləyir.
Futurizm termini, həqiqətən də, bütün mədəni dillərdə olduğu kimi müa-
sir Azərbaycan dilində də var. Bunun XX əsrin əvvəllərində real ictimai və
mədəni səbəbləri mövcud olub. Qeyd etdiyimiz kimi, estetik hadisənin əsasını
fəlsəfi
konsepsiya təşkil edir, yəni konseptual səviyyədə formalaşmış müəyyən
dünyagörüşü təşkil edir. Futurizmin fəlsəfi əsasını XX əsrin əvvəlini səciyyə-
ləndirən siyasi, iqtisadi, elmi və s. inqilabi hadisələr təşkil etmişdir. Məsələn,
A.Eynşteynin zaman, məkan və kainat haqqında mülahizələri, Z.Freydin insan
psixikası haqqında yaratdığı nəzəriyyə, nəhayət, insan cəmiyyətini alt-üst edən
sosializm və faşizm ictimai konsepsiyaları XX əsrin əvvəllərində bütün dün-
yada insan şüurunda inqilabi çevrilişlərə səbəb oldular. Incəsənətdə klassik
estetik normaları inkar edən futurizm məhz bu fəlsəfi və elmi zəmində yaranır.
Bu, danılmaz həqiqətdir. Eləcə də danılmaz həqiqətdir ki, Azərbaycan Rusiya-
nın və böyük dünyanın ayrılmaz hissəsi olub bütün
göstərilən proseslərə XX
əsrin əvvəlində məruz qalıb.
MÜASİR AZƏRBAYCAN DİLİ VƏ TERMİNOLOGİYA MƏSƏLƏLƏRİ
____________________________________________________________________
__________________________________________________________
«Tədqiqlər», 2008, №1, səh.151
Reallıq sistem təşkil etdiyi kimi, təfəkkür və yaranan konseptual baxışlar
da sistem təşkil edir. Bunun dildə bilavasitə nəticəsi kimi müvafiq terminlərin
sistem şəklində əks olunmasıdır. Yəni XX əsrin əvvəlini səciyyələndirən hadi-
sələr çoxşaxəli olub, dildə ayrı-ayrı termin və sözdə yox – sistematik şəkildə
əks olunmuşdur. Deməli, Azərbaycan dilində
futurizm termini mövcuddursa,
avanqardizm,
abstraksionizm və s. terminlər də mövcuddur.
Lakin ARL-də
futurizm termini əks olunduğu halda nə
abstraksionizm, nə
avanqardizm söz-
ləri yoxdur.
Məsələn, ARL-də
abstraksiya, abstrakt, abstraktlaşdırılma, abstraklaş-
dırılmaq, abstraklaşdırma, abstraklaşdırmaq, abstraklaşma, abstraktlaşmaq,
abstraktlıq sözləri qeydə alınıb(1,37-38), lakin
futurizm termini
ilə eyni leksik-
semantik paradiqmaya daxil olan
abstraksionizm termini verilmir.
Futurizm tipli yeni cərəyanların ümumi adı kimi dünyanın bütün dillə-
rində
avanqardizm termini işlənir. Terminin daxili formasından göründüyü
kimi, onun etimoloji mənası öz aktuallığını itirmir və həqiqətən “avanqard”
məfhumunun əsasında bu qəbildən olan istənilən terminin ümumi adı kimi bu
gün də çıxış edə bilir. Qeyd edək ki,
avanqardizm termini bütün dillərdə çox
işləkdir və həm də ən əlverişlidir. Onun bütün konkret substitutları dar məna-
lara malikdir,
avanqardizm isə ümumi
ad olaraq fəlsəfə, psixologiya və mədə-
niyyətin bütün sahələri ilə assosiasiya olunur.
ARL-də
avanqardizm terminin nədənsə qeydə alınmır. Bu kökə malik
iki söz verilir: “AVANQARD... AVANQARDLIQ” (1,1,39).
Maqaqlıdır ki, hər iki sözün mənaları da, verilən illüstrativ material da
kommunizmə və kommunist partiyasına aiddir. Bunun sosiolinqvistik əsasları
bəllidir, “avanqard” məfhumu ilk növbədə kommunist partiyasının cəmiyyətdə
avanqard rolu ilə assosiasiya olunurdu.
Lüğətdə
futurizm termini ilə yanaşı
sürrealizm termini də haqlı olaraq
verilir. Terminin mənası belə izah olunur: “SÜRREALİZM I suh. Sörrеalizm
(avanqardistsкое napravlеniе v burcuaznоy litеraturе i isкusstvе ХХ v.,
оtriüaöhее rоlğ razuma i оpıta v isкusstvе i ihuhее istоçniкi tvоrçеstva v sfеrе
pоdsоznatеlğnоqо). II. pril. Sörrеalistiçеsкiy.
Sürrealizm cərəyanı
sörrеalistiçеsкое tеçеniе (napravlеniе)” (1,4,294).
Bununla kifayətlənməyib Lüğət
sürrealist sözünü də verir.
Sürrealizm termini
futurizm termini
ilə vahid faktoloji, elmi və leksik-
semantik paradiqma yaradır, ona görə heç ola bilməz ki, bir dildə
futurizm
sözü olsun,
sürrealizm sözü – olmasın. Qeyd etdiyimiz kimi, Lüğət tamamilə