Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   34   35   36   37   38   39   40   41   ...   102

_________Milli Kitabxana_________ 
 
114
 
Fəzləli Təbrizi (İrəvani) (1860-1909). Atası Hacı Mirzə 
Əbdülkərim İbn Əbülqasim İbn Mirzə Məhəmməddir. Onun əsli 
İrəvandan olmuş, lakin Təbriz şəhərində yaşamışdır. Fəzləli Təb-
rizi 1860-cı ildə anadan olmuş  və 1909-cu ildə  vəfat etmişdir. 
Onun aşağıdakı  əsərləri vardır: “Hədaiqül-Arifindir” (“Ariflərin 
bağları”). Bu əsərdə Mirzə  Fəzləli “Kafi”, “Mənla yəhzərül-Fə-
qih”, “Təhzib”, “İstibsar”, “Vafi”, “Bihar” və “Vəsayil” adlı əsər-
lərdə olan xəbərləri, hadisələri, onların şərhlərini toplamış və ki-
tabın axırında qeyd edilən əsərlərin müqəddimələrini, eləcə də tə-
riqətlər haqqında kitabları yazmışdır. Bu kitab bir neçə cilddədir. 
Lakin Quran ayələri haqqında olan bəzi cildləri nöqsanlıdır. Bun-
dan əlavə Fəzləli “Səfinə” və “Kəşkül” əsərinə oxşayan “Riyazül-
əzhar” (üç cilddə) və “Səfərnameyi-Avropa”  əsərini yazmışdır. 
Onun divanında fars və ərəb dillərindəki şeirlərindən əlavə Seyid 
İsmayıl Hümeyrinin qəsidəsinin şərhi vardı. Aşağıdakı bənd onun 
“Novruziyyə” tərcibəndindəndir: 
Gəldi Cəmşidi Fərvərdin, novruzi-Cəlalı yenə, 
Qocakmış dünya bəsləyir cavanlıq xəyali yenə. 
Təzvirdən uzaq, bir olur dostlarla amalı yenə, 
Bu şən məclisin var qüssə dağıdan əhvali yenə. 
Sazı çal, udu yandır sən, odlandır manqalı yenə. 
(“Danişməndani-Azərbaycan”) 
İrəvani Mirzə Müslüm(1755-1822). İrəvan şəhərində doğul-
muş, dövlət işlərində çalışmış, idarəçilik sistemində təcrübəsi ilə 
məşhur olmuşdur. İran şahı onu yanına dəvət etmişdir. Orada əv-
vəlcə geniş  fəaliyyətə başlasa da, sonra münasibət dəyişdiyinə 
görə geri, İrəvana qayıtmışdır. O, Fəxri Mirzə Abbasın (Hacı 
Mirzə Ağasının) atasıdır. 
Fəxri Mirzə Abbas. 1776-cı ildə  İrəvan  şəhərində doğul-
muşdur. Atasından təhsil və həyat təcrübəsini əldə etdikdən son-
ra, təhsilini davam etdirmək üçün İsfahana getmiş. Təhsilini başa 
vurduqdan sonra tərbiyəçi-müdərris kimi tanınmışdır. O, Ağa 
Məhəmməd Şah Qacarın müəllimi olmuşdur. Onun etimadını qa-
zanmış Hacı Mirzə  Ağası A.M.Qacarın 14 il şahlığı dövründə 


_________Milli Kitabxana_________ 
 
115
 
onun baş vəziri olmuşdur və hicri-qəməri 1265-ci ildə İraqda və-
fat etmişdir. Diplomatik fəaliyyətlə yanaşı Hacı Mirzə Ağası ərəb 
və fars dillərində şeirlər yazmışdır:  
Qara saçların dağılıb səpiləndə yanaqlara, 
Deyəsən buludlar örtür ay üzünü ara-sıra. 
Soruşdum neyçün belə pərişan olmuşdur zülflərin, 
Dedi: Həbəş sultanı qoşun çəkmişdir saçlara. 
Höccət Mirzə  Məhəmməd  İrəvani – İrəvandandır. XVIII-
XIX əsrlərdə yaşamış söz sahiblərindəndir. O, Fətəlixan Səbanın 
dediyi qəsidəyə cavab olaraq, İrəvan sərkərdəsi dilindən bir qəsi-
də qoşmuşdur. Həmin qəsidə aşağıdakı beytlə başlamışdır: 
Ey Səba, sənin məhəlləndən bu diyara səba gəldi, 
Onun ətrindən bizim torpağımız qeyrət müşki-ənbəri ilə doldu. 
 
Səba, gətir səba nəsimini bu yerə, 
Çevirdik bu torpağı gözəl müşkə, ənbərə! 
(“Danişməndani-Azərbaycan”) 
Hərif İrəvani: XVIII əsrdə yaşamış şairlərdəndir. Onun şeir-
lərindən Abbas Mirzə Naibüssəltənətin tərifinə yazdığı qəsidə da-
ha çox məşhurdur. Aşağıdakı beyt həmin qəsidənin başlanğıcıdır: 
Novruz gəldi və esfənd ayı keçdi, 
Keçdi azər ayı və yenə gəldi azar ayı. 
 
Əcəm novruzu gəldi, isfənd günləri getdi, 
Azər ayı da ötdü, bahar günləri yetdi. 
        (“Nücümüs-səma” məcmuəsi) 
İrəvani Möhtac Hacı Əbülhüseyn. XIX əsrdə yaşamış şair-
dir. Onun yaradıcılığı dinin izahına və bu mənalı ayinlərin təsviri-
nə həsr olunmuşdur. “Qəsaid” və “Növhəcat” adlı əsərləri indi də 
qalır. Onlar Azərbaycan Elmlər Akademiyasının Əlyazmaları İns-
titutundakı fondda saxlanılır (Fond nömrəsi B-2069). Köçürülmə 
tarixi hicri 1289 (miladi 1872-ci il, həcmi 125 vərəq, farscadır). 
XIX əsrdə Qərbi Azərbaycanın İrəvan xanlığı ərazisində nəc-
carlıq və rəssamlıq sənətinin nadir incilərinin yaradılması sahəsin-
də də tanınmış yaradıcı sənətkarlar olmuşdur. Onlardan bir ailənin 


_________Milli Kitabxana_________ 
 
116
 
üzvləri – ata-oğul İrəvani Məmmədhüseynin və İrəvani Mirzə Qə-
dimin qısa tərcümeyi-halları barədə məlumat da yerinə düşər.  
 İrəvani Məmmədhüseyn Qədim oğlu. 1789-cu ildə  İrəvan 
şəhərində doğulmuş, 1851-ci ildə  vəfat etmişdur. Nəccar(dülgər, 
xarrat) ailəsindəndir. O, atasından ağac üzərində işləmə sənətini öy-
rənmişdir. Sənətini getdikcə  təkmilləşdirərək ağac üzərində oyma 
sahəsində böyük sənətkar olmuşdur. Onun yaratdığı  ağac füqurları 
XIX əsrin əvvəllərində İrəvan sərdarlarının sarayını bəzəyirdi. 
İrəvani Mirzə Qədim Məhəmmədhüseyn oğlu. 1825-ci il-
də İrəvan şəhərində dülgər ailəsində doğulmuşdur. Bu, o dövrlər 
idi ki, İrəvan xanlığı ömrünün son illərini yaşayırdı. İki ildən son-
ra  İrəvan  şəhərinin azərbaycanlıların  əlindən çıxma dövrünün 
əsası qoyulacaqdı. M.Q.İrəvani ilk təhsilini doğma  şəhərindəki 
“Üsuli-cədid” məktəbində almış və sonra isə Tiflisdə progimnazi-
yanı bitirmişdir. Təhsilini başa vurub İrəvana qayıdanda onun 15 
yaşı var imiş. Bir müddət poçtda teleqrafçı vəzifəsində işlədikdən 
sonra bədii oyma ustası olan atasından öyrəndiyi sənətini davam 
etdirmişdir. O, Azərbaycanda dəzgah boyakarlığının yaradıcısı 
kimi yüksək səviyyəyə çatmışdır. Monumental boyakarlıq və por-
tret sahəsində daha çox işləmişdir. Xüsusi rəssamlıq təhsili alma-
sa da, özünün fitri istedadı sayəsində yüksək yaradıcılıq səviyyə-
sinə qalxmışdır. Yaradıcılığının ilk dövründə dekorativ sənətlə 
məşğul olmuş, bir sıra portretlər – “Süvari”, “Rəqqasə”, “Dərviş” 
və s. yaratmışdır. Həmin sənət əsərləri hazırda da R.Mustafayev 
adına İncəsənət Muzeyində qorunub saxlanılır. 
M.Q.İrəvaninin yaradıcılığının təkmilləşmə dövrü XIX əsrin 
50-ci illərinə təsadüf edilir. O, şöhrət qazanmış bir sənətkar kimi 
İrəvan sərdarı Hüseynqulu xanın sarayındakı pannoları və süjetli 
kompozisiyaları bərpa etmiş, sarayın güzgülü zalında yağlı boya 
ilə bir neçə portret (“Fətəli şah”, “Abbas Mirzə” və b.) çəkmişdir. 
Belə portretlərdən ən məşhuru uzun müddət ədəbiyyatda pəhlivan 
portreti kimi təqdim olunan “Sərkərdə portreti”dir. 
Fətəli şah arxasında buta naxışlı mütəkkə, bəzəkli xalça üzə-
rində dizi üstə oturmuş halda təsvir olunur. Başında tac, belində 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə