Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   35   36   37   38   39   40   41   42   ...   102

_________Milli Kitabxana_________ 
 
117
 
kəmər və qamçı var, əllərilə toppuz tutmuşdur. Sərkərdə də, şah 
da əmr edən, başçılıq edəndir. Sərkərdə ilə şahın səlahiyyətlərini 
tabeçilik baxımından fərqləndirməyə müvəffəq olan rəssam bu 
portretdə şahla sərkərdə arasındakı fərqi və oxşarlığı aydın şəkil-
də  nəzərə çarpdırmağa müvəffəq olmuşdur. Portretdə  təsvir olu-
nan əlamət və cizgilər pəhlivandan çox qoşun başçısının olduğu-
nu təsdiq edir: sərkərdənin üzünün fərdi cizgiləri – enli alnı, düz 
burnu, uzun bığları, irəliyə doğru dikilmiş gözləri və kiçik ağzı 
rəssamın obrazı konkretləşdirməyə çalışdığını göstərir. Bu əsər-
lər, eləcə  də akvarel və tempera ilə  işlənmiş, sonrakı variantları 
(Azərbaycan İncəsənət muzeyi) Azərbaycan incəsənətini orta əsr 
miniatürlərinə xas olan şərtilikdən realist boyakarlığa keçid döv-
rünün ən yaxşı nümunələridir. Bu cəhətdən Mirzə Qədim İrəvani-
nin 1860-1870-ci illərdə yaratdığı “Vəcihulla Mirzə”, “Molla”, 
“Ayaq üstə dayanmış qadın”, “Gənc oğlan” (Azərbaycan Incəsə-
nət muzeyi), “Mah tələti” (Gürcüstan Dövlət Incəsənət Muzeyi) 
portretləri surətlərin ifadəliliyi, zəngin koloriti ilə fərqlənir. İrəva-
ninin ikifüqurlu tematik kompozisiyalarına (“Şahzadə Aleksandr 
arvadı ilə” və s.) məişət lövhələri daxil edilmişdir. Rəssamın 
“Oturmuş qadın portreti”ndə gözəl bir qadın surəti təsvir edilir. 
Qadın rəngarəng naxışlarla toxunmuş xalçanın üzərində  əyləşib, 
arxasındakı mütəkkələrə söykənib. Təsvir olunan otaq şəraiti
qadının geyimi, boynundakı  qızıl boyunbağı onun varlı ailəyə, 
zadəgən silkinə  məxsusluğunu bildirir. Qadının bir əlini dizinin 
üstünə qoyması, digərində  dəsmal tutaraq gözlərini bir nöqtəyə 
zilləməsi nə barədəsə düşündüyünü andırır.  
Mirzə Qədim İrəvaninin əsərlərində təsvir olunan xalça, ge-
yim və ev əşyalarının üzərində çəkilmiş zərif naxışlar, mürəkkəb 
ornamentli şəbəkələr, gül, çiçək və quşların canlı, real əksi (“Çi-
çəklər və quşlar”, Ermitaj, Sankt-Peterburq) bir çox məşhur mu-
zey və qalareyalarda qorunub saxlanılır. Onun “Türk sultanı” və 
tarixi şəxsiyyətlərə həsr etdiyi portretləri, “İkinəfərlik səhnə” ki-
mi əsərləri mövcuddur [178]. 


_________Milli Kitabxana_________ 
 
118
 
Rəssamın nəvəsi, Əməkdar incəsənət xadimi İsmət Axundo-
vun fikrincə, “İrəvana müxtəlif vaxtlarda gəlmiş səyyahlar, incə-
sənət həvəskarları onun (M.Q.İrəvaninin – Z.M.) rəsmlərini öz öl-
kələrinə aparmışlar”. İ.Axundov Fransada olarkən Parisdə məşhur 
“Mütəfəkkir” heykəlinin müəllifi Rodenin ev muzeyində babası-
nın bir əsərinin saxlandığını qeyd edir. ...Mirzə  Qədim  İrəvani 
Sərdar sarayını bəzəyən şəkilləri çəkərkən səhhəti korlanmış, sə-
nətinin çiçəkləndiyi bir vaxtda, 1875-ci ildə 50 yaşında vəfat et-
mişdir. M.Q.İrəvaninin nəticəsi Gülşən xanımın verdiyi məlumat-
lara görə Sankt-Perterburqdakı  məşhur Ermitaj muzeyində iki 
otaq yalnız Mirzə  Qədimə ayrılmışdır. Təxminən 1979-1982-ci 
illərdə burada onun əsərlərininin orijinalı və fotoşəkilləri nümayiş 
etdirilmişdir. Bu reallıqları əks etdirən tablolar tamaşaçıların də-
rin marağına səbəb olduğu üçün muzeylərin “rəy dəftərlərində” 
vəcdlə yazılmış  təşəkkürlər vardır. M.Q.İrəvaninin bir tərəfdən 
klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrinə, digər 
tərəfdən Avropa realist boyakarlığına  əsaslanan yaradıcılığı ilə 
Azərbaycan təsviri sənətinin inkişafında yeni mərhələ başlan-
mışdır. 
 
 
  
 
 


_________Milli Kitabxana_________ 
 
119
 
II FƏSİL  
 
MÜHİTİN FOLKLOR ÖRTÜYÜNDƏ  
ŞİFAHİ SÖZ SƏNƏTİ VƏ AŞIQ YARADICILIĞI 
 
İnsanın mənəvi-estetik inkişafı prosesində müstəsna əhəmiy-
yət kəsb edən vasitələrdən biri də  bədii  ədəbiyyatdır. Görkəmli 
söz sərraflarından N.Çernışevskinin sözləri ilə desək,  ədəbiyyat 
insanları elmi cəhətdən nadanlıqdan, bədii cəhətdən kobudluq və 
bayağılıqdan xilas edir. Bədii ədəbiyyat geniş miqyaslı hadisədir, 
onu yalnız pedaqoji proseslə  məhdudlaşdırmaq düzgün olmaz. 
Onun tərbiyəvi rolunu bədii-estetik zövqün formalaşması ilə de-
yil, insanı ömrü boyu müşayiət edən bədii oxu vasitəsi ilə yanaşı, 
teatr, kino, televiziya vasitəsi ilə ona mənəvi-estetik mühit yara-
dan  əvəzsiz dünyagörüş formalaşdırır. Hüseyn Cavid bədii  ədə-
biyyatı millətdəki əhvali-ruhiyyənin inikası adlandırırdı. 
Azərbaycan haqqında, onun mədəniyyəti, ədəbiyyatı, incəsənəti 
barədə müxtəlif mənşəli və xarakterli elmi mənbələrdən məlumat-
lara malik olsaq da, elmi məlumatlar qədim dövrlərdən bəri mövcud 
olsa da, azərbaycanşünaslıq bir elm kimi əsasən XIX əsrin sonların-
da və XX əsrin  əvvəllərində formalaşmağa başlamışdır. Azərbay-
canşünaslığın meydana gəlməsi Azərbaycanda elmi təfəkkürün inki-
şafı ilə bərabər azərbaycançılıq milli-ictimai təfəkkürünün müxtəlif 
sahələrində dünyagörüşün təşəkkülü ilə vəhdət təşkil etmişdir. 
Azərbaycanşünaslığın aparıcı problemi hesab edilən Azər-
baycan xalqının etnogenezi (mənşəyi), tarixi Azərbaycan dili, 
onun yazılı və şifahi ədəbiyyatı, folkloru, mədəniyyəti, Azərbay-
canda yaşayan müxtəlif mənşəli etnosların öz dillərini, etnoqrafik 
xüsusiyyətlərini qoruyub saxlaması, aparıcı etnokulturoloji möv-
qeyin yalnız və yalnız Azərbaycan türklərinə məxsusluğu barədə 
kifayət qədər elmi cəhətdən əsaslandıdılmış faktlar vardır. 
Azərbaycanşünaslıq Azərbaycan adlanan məkanın bütün əra-
zilərində yaşayan qeyri-türk etnoslarının əhatəsində formalaşmış-
dır. Bu ərazilərdə mühafizə olunan antropoloıi, etnoqrafik, etno-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə