Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə41/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   37   38   39   40   41   42   43   44   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

Meydanda ərkək kişi nər tək gərək
Yaxşı-yaman, qatı-yumşax olsa xoş, 
Sərvərəm deyən kişi ərkək gərək [3, s. 57]. 


108 
Çox güman ki, sənətkar əsgərlərin döyüş ruhunu qaldırmaq 
məqsədilə bu səpkidə tuyuqlar yazmışdır. Erkək meydanda necə dav-
ranmalı, özünə güvənən kişi mərdi-mərdanə tufan qoparıb, cəsarətilə 
hər kəsə nümunə olmalıdır – fikri tuyuqlarında əsas ideyanı təşkil edir. 
Qazi Bürhanəddin hökmdar olmuşdur. Bunu nəzərə alsaq, şeir-
lərində mərdlik və hünərin tərənnüm olunması təəccüblü deyil. Mütə-
madi olaraq, qaynar sosial-siyasi fəaliyyəti onu bir qədər məhəbbət, 
dini, mistik motivli şeirlərə daha çox yönləndirmişdir. Lakin ərənlərə 
yol verəcək, onları meydana səsləyən, ruhlandıran tuyuqları da vardır: 
Qoşunlar bir-birinə qaxşaşmaşda, 
İki aləm çərisi çaxşaşmaşda, 
Topumuz bolınısar xalqa ümid
Bu cəhan xalqı işi oxşaşmaşda.
XV əsr Azərbaycan şairi Bədr Şirvani poeziyasında yaşadığı 
çətin tarixi şəraiti, hərbi sıxıntıları yaradıcılığında ortaya qoyan sə-
nətkarlardandır. Bədr Şirvaninin dövrümüzə qədər gəlib çatan divanı 
vardır. Bu divanda 12473 beytdən ibarət olan qəzəl, qəsidə, rübai, 
mərasi, müqəttiat, həbsiyyat, məsnəvi, təvarix, müəmma kimi janrlar 
yer almışdır. "Divan hal-hazırda Özbəkistan Elmlər Akademiyasının 
Əbu Reyhan adına Şərqşünaslıq İnstitutunda 132-ci nömrə altında 
qorunmaqdadır" [3, s. 30].
Bədr Şirvani dövrünün ictimai-tarixi və mədəni mənzərəsinə 
nəzər saldıqda, onun müəyyən döyüş motivli beytlərinin nədən qay-
naqlandığını anlamaq olar. Bədr Şirvaninin ömür yolu 1387-1450-ci 
illər arasındakı dövrə təsadüf etdiyindən sənətkarın yaradıcılığında 
XV əsrin əvvəllərindən ortalarına qədər yaşanmış tarixi hadisələr əsas 
yer almışdır. 
Aparılan tədqiqatlara görə, Bədr Şirvaninin təxminən 122 beyt-
dən çox şeiri tarixi hadisələrə həsr olunub. Bu baxımdan da Şirvan 
ərazisində baş verən tarixi hadisələrə diqqət etmək vacibdir. Belə ki, 
XIII əsrin 20-ci illərində Azərbaycanın iqtisadi inkişafında bir fasilə 
yarandı. Buna səbəb isə monqolların bu illərdəki yürüşləri əsas səbəb 
kimi tarixi qaynaqlarda öz əksini tapmışdır. "Əsasən, Gəncə, Bərdə, 
Beyləqan və Şabran şəhərlərinin varlığına son qoyuldu. Bütün bunlar 
Şirvanda hərtərəfli geriliyə səbəb oldu. Şirvanşahlar dövləti bu tarixi 
proseslərdən keçərək XV-XVI əsrlərə doğru siyasi fəaliyyətini davam 
etdirirdi. Bədr Şirvaninin yaşadığı dövrdə 1382-ci ildə yerli feodallar 
İbrahim ibn Sultan Məhəmməd ibn Keyqubadı hökmdar seçdilər.


109 
Şirvanşah İbrahimin hakimiyyət illəri dövründə Şirvanşahlar 
daim kənar qüvvələrin maraq dairəsində olmuş, türkmən, Cəlairi, 
Cuci, Teymuri sülalələri arasında Azərbaycan, Arran, Şamaxı uğrunda 
amansız mübarizələr gedirdi. Bütün vəziyyətlərdə təmkinli davranıb, 
ağıllı siyasət yeridən Şirvanşah İbrahimin bu keyfiyyətləri Bədr Şir-
vaninin də müsbət mənada diqqətini cəlb etmişdi. Şirvanşah İbrahimin 
saray şairi olan Bədr Şirvani onu mədh edir, eyni zamanda həyata 
keçirdiyi bir çox hərbi yürüşləri də heyranlıqla nəzmə çəkirdi. Mə-
sələn, şair Şeyx İbrahimin Avar qalası adlanan yeri ələ keçirməsini 
belə təsvir edir: 
ن امو ناخ نيک شتآ زا یتخ وس ا ر نا رف اک بضغ نيع ز ا و راو آ هماق یتف رگ نوچ 
)Avar qalasını ələ keçirdiyin zaman qəzəbli gözündən və nəs-
linin kin-küdurətindən saçılan od-alovla kafirləri, dinsizləri yandırıb 
yaxdın) [3, s. 37]. 
Bu şeirində Şirvanşah İbrahimin hakimiyyət illəri zamanında 
tez-tez həyata keçirdiyi müxtəlif döyüşlər zamanı göstərdiyi uğurlu 
siyasəti dəstəklədiyini, eyni zamanda onu böyük fəxrlə mədh etdiyini 
aydın görürük.
Bədr Şirvaninin yaşayıb-yaratdığı illər ərzində Şirvanın haki-
miyyətində idarəçilikdə daha bir sərkərdə tarix yazmışdı. Belə ki, İb-
rahim şahın ölümündən sonra onun oğlu və varisi Şirvanşah I Xəli-
lullah hakimiyyətə gəlmişdi. Mənbələrdə göstərilir ki, Teymurun oğlu 
Şahrux fəallaşmışdı. O, İrana, Orta Asiyaya ağalıq edirdi. Lakin Şah-
rux Şirvana yürüş edərkən Qarabağa gələrək burada qışlamışdı. Şir-
vanşah Xəlilullah qiymətli hədiyyələrlə ona sədaqətini, hörmətini gös-
tərməyə çalışmışdı. Bu hərəkət Şahrux tərəfindən bəyənilmiş və o 
Şirvanın hakimi kimi Şirvanşah Xəlilullahı tanımışdı. 
"Tarixdən bizə məlumdur ki, Qaraqoyunlu İsgəndər Şirvana bir 
neçə dəfə qoşun yeritmişdir (1425-1427, 1428, 1431) [3, s. 46]. Onun-
la Şirvanşah Xəlilullah arasında baş verən döyüş səhnələrini Bədr 
Şirvani Xəlilullaha yazdığı qəsidələrində bu cür təqdim etmişdir: 
 
نا ديم رد یور هد رک و تشچ لکوت رن هداهن اچزا ینکفا مصخ ات ريشمش رن تسد ه داشگ 
ناديمرد ريشراوس نيا تسناتفآ ناشخ رد تفگ نود رگديد ه را وس ترصن بک رم رنا رت 
ناياچين یا رحص رد تخند ريگن شتسد رگد اچ زا داتف واردنکس تمهسزا دروخ ر دنکس 
((Sən) Düşməni məhv etmək üçün şəmşirə əl atarkən,
 
(o) quy-
ruğu kəsilmiş halda meydandan üz çevirib qaçdı. Fələk sənin zəfər 


110 
atını mindiyini görüb dedi: bu şir belindəki süvari meydanda parlayan 
bir günəşdir. İsgəndər sənin atdığın oxdan büdrəyib yıxıldı, o sonsuz 
səhrada onun bəxti gətirməz) [4, s. 46]. Bu misralardan bəlli olur ki, 
Şirvanşah Xəlilullahın İsgəndərlə olan döyüşlərində Xəlilullah böyük 
rəşadət göstərərək müvəffəqiyyət qazanır. Sənətkar sərkərdəni mədh 
etməklə döyüşün əsas detalları ilə bağlı tarixi məlumatlar verir. Bir 
çox tarixi yer adları, eyni zamanda istinadgahların adlarının çəkilməsi 
həm tarixi fakt olaraq, eyni zamanda uğurlu sənət nümunəsi kimi 
hərbi poeziyanın bariz nümunələri olaraq ortaya qoyulmuşdur. 
XVI əsr orta dövr Azərbaycan ədəbiyyatında xüsusi yeri olan 
sənətkarlardan biri də Məhəmməd Bayram xan olmuşdur. Hindistanın 
tarixində böyük rolu olmuş sənətkar, həm hörmətli sərkərdə, həm də 
filosof, şair olaraq tarixə düşmüşdür.
Qəzənfər Əliyevin "Байрам хан туркменский поэт" adlı mo-
noqrafiyası bu gün üçün də Bayram xan haqqında yazıya alınmış ən 
böyük əsər olaraq qiymətləndirilir. Bu əsərdə Bayram xanın hərbçi ol-
masına rəğmən savaşa qarşı olan etirazı olduqca duyğulu şəkildə qə-
ləmə alınmışdır. "В туркменских газелях Байрам хана явствен мо-
тив жалобы на пороки современного поэту, раздираемого меж-
дуусобными войнами обшества. В одной из газелей поэт говорит: 
Хер соз ки гаразгу дийсе,эй яр,ынанма, 
Эрбабы-гараз созиге зынхар ынанма. 
О друг мой, не верь словам интригана, 
О, не верь никогда слову корыстных людей" [9, s. 82].
Əsərdə göstərilir ki, Bayram xan müxtəlif hakimiyyət qüvvə-
lərinin feodal münasibətləri çərçivəsində apardıqları müharibələr, 
döyüşlər, müxtəlif hakimiyyət çəkişmələri onun özünə belə heç bir 
fayda gətirməyib, əksinə, bu hadisələrin qurbanına çevrilib. Sənətkar 
xoşbəxtliyi xeyirxah işlərdə, təmiz mənəviyyatda görür. Müharibələr, 
döyüşlər isə ona görə ancaq bədbəxtliyə səbəb ola bilər. 
Bayram xanın Qəndəhar və Sirhindin alınmasında göstərdiyi 
şücaət onun Xan-xanan (Xanlar xanı) titulunu almasına səbəb olmuş-
dur. Eyni zamanda bu döyüş onun yaradıcılığında da öz əksini bu və 
ya digər şəkildə almışdır: 
مهب داش روضح ميرح رد 
مغيب و مرخ مينيشنب 
مينک دنس راک رکف نآ زا دعب 
مينک دنه کلم ريخست مزع 


111 
(Şadlıq içində birlikdə qəmsiz və xoşbəxt oturaq; bundan sonra 
Sindi düşünək, Hind torpaqlarının fəthinə hazırlaşaq) 
“Fəthnameyi-Qəndəhar”da bu sətirlər vardır: 
.دش هتشون و هتفگ ههيدب راهدنق ﮥمان حتف ﮥيشاح رد مارك رتشا حتف زا دعب ار تايبا نيا 
Bu beytlər Əştər Kəramın fəthindən sonra “Fəthnameyi-Qəndə-
har”ın haşiyəsində bədahətən söylənmiş və yazılmışdır [10, s. 38]. 
İkinci əsər “Tarixi-fəth bər Suriyan” dördlüyüdür. Hicri 962-ci il 
şaban ayının 2-də (miladi 1555-ci il fevralın 4-ü) Suri əfqanları üzə-
rindəki qələbə şərəfinə yazılmışdır.
ديبلﻁ نوميم علاﻂ ز درخ ﺀىشنم 
ديبلﻁ نوزوم عبﻁ ز نخس ﻯاشنا 
ناتسودنه حتف درك وچ ريرحت 
ز ﺦيرات

.ديبلﻁ نويامه ريشمش
Əqli yaradan, qismətindən xoşbəxtlik istəyir, 
Sözü yaradan təbindən ahəng istəyir. 
Necə ki, qələm etdi Hindistanı fəth, 
Tarixdə, Hümayunun qılıncından istəyir [10, s. 39]. 
Orta əsrlər Azərbaycan ədəbiyyatı yaddaşlarda qalan böyük 
sənətkarlarla zəngindir. Hərb poeziyasının bu dövr kəsiyində kiçik, 
lakin dərin məzmunlu əsərlərlə yadda qaldığını qeyd etmək mümkün-
dür. Müharibə və ya döyüş səhnələrinin kiçik təsviri, döyüş ruhunun 
yüksəldilməsi məqsədilə, eyni zamanda sonrakı nəsillərin tarix səhnə-
sində yaşanmış hadisələrlə məlumatlanmasını təmin etmək olmuşdur. 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə