Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə43/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   39   40   41   42   43   44   45   46   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

Гюллю Сеидли 
 
ВОЕННАЯ ТЕМА В СРЕДНЕВЕКОВОЙ
АЗЕРБАЙДЖАНСКОЙ ЛИТЕРАТУРЕ 
Резюме
В статье анализируется поэзия разных представителей средневековой 
военной литературы Азербайджана. В азербайджанской литературе этого пе-
риода имеются различные военные произведения, принадлежащие перу Хатаи, 
Хагани Ширвани, Бадра Ширвани, Гатрана Табризи и др. В этой статье пред-
ставлены конкретные исторические факты, события, которые повлияли на 
создание интересной военной поэзии в азербайджанской литературе. 
В статье говорится о различных поэтах, которые участвовали в необыч-
ных исторических событиях, повлиявших на создание военной поэзии в азер-
байджанской литературе. 


113 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1
 
Gülnar QASIMLI 
Nizami adına Ədəbiyyat İnstitutu
gulnar0486@mail.ru
 
MÜSTƏQİLLİK DÖVRÜ POEMALARINDA TARİXİ VƏ 
İCTİMAİ-SİYASİ HADİSƏLƏRİN BƏDİİ DƏRKİ
 
 
Açar sözlər:
poema, şair, çağdaş tarix, Qarabağ müharibəsi 
Key words:
poem, poet, contemporary history, Karabakh war 
Ключевые слова:
поэма, поэт, современная история, Карабах, война
 
Azərbaycan ədəbiyyatı tarix boyu olduğu kimi XX əsrdə də 
dünya ədəbi prosesinin mühüm tərkib hissəsi oldu. Lakin bir əsrdə 
ölkəmizin dörd dəfə ictimai-siyasi quruluşunu dəyişməyə məcbur 
olması ədəbiyyata təsirsiz qalmadı. XX əsrin son onilliyində Azər-
baycan suveren dövlət kimi özünü dünyada təsdiqlədi. Ölkəmiz müs-
təqillik əldə etdikdən sonra ədəbiyyat yeni bir inkişaf mərhələsinə 
qədəm qoydu. Akademik İsa Həbibbəyli bu inkişafı belə xarakterizə 
edir: “Həm ədəbiyyat tarixçiliyi və ədəbiyyat nəzəriyyəsi, həm də 
dünya ədəbiyyatı və müqayisəli ədəbiyyatşünaslıq, habelə folklor-
şünaslıq və mətnşünaslıq istiqamətlərində inkişaf prosesləri nəinki 
başlamış, hətta xeyli dərəcədə sürətlənmişdir” [1, s. 5]. Bu tərəqqi nə 
qədər sevindirici olsa da, məlumdur ki, çağdaş dövrün ictimai-siyasi 
prosesləri ədəbiyyata həm birbaşa, həm də dolayısı ilə təsir edir. 
Yaranmış mövcud çətinliklərə baxmayaraq, ədəbi proses tamamilə 
geri çəkilmədi. Ən müxtəlif formalarda öz varlığı uğrunda mübarizə 
apardı. Söz sahiblərinin əksəriyyəti nəinki ədəbiyyatın, hətta dövlə-
timizin azadlığı üçün xalqın yanında oldular. Tənqidçi Vaqif Yusifli 
bu mübarizədə yazarların rolunu belə səciyyələndirir: “Azərbaycan 
yazıçıları müstəqillik uğrunda mübarizədə də fəal iştirak etmiş və istər 
sovet dönəmində, istərsə də 90-cı illərdə xalqımızın azadlıq duyğu-
sunu, suverenlik arzularını qələmə almışlar” [1, s. 12]. Məlumdur ki, 


114 
xalq bu azadlıq arzusuna çatana qədər böyük tarixi qurbanlar vermiş-
dir. Azadlıq uğrunda meydana toplaşan əhalinin bir gecədə məhv 
edilməsi yaxın tariximizin ən faciəvi gerçəkliklərindəndir. Həmin qır-
ğının həqiqətləri barədə faktlara baxaq: “İki milyonluq dinc əhaliyə 
divan tutmaq üçün əksəriyyətini Stavropol və Krasnodar erməniləri 
təşkil edən sovet ordu hissələri Bakıya soxularaq misli görünməmiş 
qırğın törətmişlər. Qanlı şənbə gecəsində 131 nəfər qətlə yetirilmiş
744 nəfər yaralanmış, 321 nəfər itkin düşmüş, 841 nəfər həbs edil-
mişdir” [2, s. 16]. Təbii ki, bir millətin başına gətirilən bu cür faciə öz 
bədii əksini tapmalıydı. Bu mövzuda ən təsirli əsərlərdən biri Bəxtiyar 
Vahabzadənin “Şəhidlər”, digəri isə Məmməd Aslanın “Ağla, qərənfil, 
ağla” poemasıdır. “Şəhidlər” poeması barədə Bəkir Nəbiyev yazır: 
“B.Vahabzadə ən mühüm əsərlərindən olan “Şəhidlər” poemasını so-
vet qılıncının dalı da, qabağı da kəsən bir vaxtda qələmə almışdı...” [3, 
s. 214] Poemada 20 Yanvar faciəsinin konkret qurbanlarının da obraz-
ları yaradılmışdır. 
Eyni faciənin bədii inikası olan Məmməd Aslanın “Ağla, qə-
rənfil, ağla” şeiri hər bir vətəndaşımıza bir yaddaş ağrısı kimi təqdim 
olunur. Əsər yazılarkən müəllif onu şeir adlandırıb. Lakin həcminə və 
problematik yükünə görə bu şeiri poema kimi təqdim edə bilərik. İlk 
baxışdan lirik şeirlər toplusu kimi görünən həmin əsər özünəməxsus 
daxili süjetə malik poemadır. Belə ki, əsərin başlanğıcında göylərin – 
tanrının məskəninin qarışıq olduğunun xüsusi vurğulanmasını sənət-
karın epik təqdimatının girişi kimi mənalandırmaq olar. “Sirr düyünlü 
kisə” tək obrazlaşdırılan göyün açılmaqda olan sirri barədə şairin 
sanki ürəyinə nəsə damır. Fitnə toxuyan bu gecədə nəsə olacağı müəl-
lifi çox narahat edir. Bu təlatümlərin sıxıntısında müəllif “Kim yazır, 
kim oxuyur?!” sualı ilə ekspozisiyanı – girişi tamamlayır. Orijinal bir 
düyün vurulur. Bayaqdan “nəsə” törədəcəyi hiss olunan bu gecəni so-
vet qoşunu hönkür-hönkür ağlatmağı bacarır. Qırmızı imperiya ordu-
sunun törətdiyi bu qırğında “sanki dünya dağılır”. Məhv edilən azər-
baycanlıların əvəzinə “bu gecə şər doğulur”. Həmin qətliamı törədən-
lərdə insanlığa sığmayan belə bir vəhşiliyin gücü insanı dəhşətə gə-
tirir. Amansızlığın gücünün Bakı şəhərində dinc əhaliyə qarşı istifadə 
edildiyini göstərməklə şair əsərin kulminasiya nöqtəsini tamamlayır. 
Üstünə dəstə-dəstə tank gələn əhalinin tankları gül ilə qarşılamasının 
əvəzində, gülləyə tuş gəlməsinin təsvirindən sonra yazar hadisəni ay-
dınlaşdırmağa keçir. Faciənin törədilməsinin səbəbi kimi həyata keçi-
rilən qırğını lənətləyir: 


115 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə