Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə45/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   41   42   43   44   45   46   47   48   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

... Dırnaq-dırnaq eşdilər qarı, 
Ovuc-ovuc qaşıdılar qarı. 
Tapdılar torpağı, 
bir dırnaq da qopmadı torpaq. 
Əldən düşüb axır, 
İki daş arasında dəfn elədilər. 
Azərbaycanlıların yurd-yuvalarından köçürülməsi məqsədli şə-
kildə ilin ən sərt fəslinə salınır. Qar altında tamamilə donmuş torpaqda 
qəbir də qazmaq mümkün olmur. Əlacsız qalıb meyidi daşların 
arasında “dəfn edirlər”. Fəxrəddin o kəndin torpaqsız “dəfn edilən” ilk 
ölüsü olur. Bununla da o, otuz beş illik lallığını anasına bağışlayır. Bu 
yerdə şair folklora müraciət edir. “İsgəndərin buynuzu var. Buynuzu... 
Və gələn gün buynuzsuz qoçun qisasını buynuzluda qoymayacaq”, – 
[7, s. 74] sətirlərində mübarizənin davam etdiyinə və haqlı tərəfin 
qələbəsi ilə bitəcəyinə ümid edildiyi görünür. 
Müharibənin bədii əksi barədə Nərgiz Cabbarlı “Müharibə və 
ədəbiyyat” məqaləsində yazır: “Biz yaxın tarixdə çoxumuzun gör-
mədiyi, duymadığı, hətta bəzilərinin heç hiss etmədiyi bir müharibəni 
yaşadıq. Halbuki müharibə haralardasa çox yaxınlarda gedirdi. Onun 
dəhşətlərini isə hər zamanlar olduğu kimi, yalnız zərbəsini dadanlar 
duyurdular. Amma deyilənə görə, söz sənətinin (təxəyyüllə birlikdə 
götürülərsə) istənilən dəhşətin təəssüratını yaratmaq gücü var. Hər 
halda, indiyə qədər yaradılanlar arasında bu fikrin sübutu olan əsərlər 
mövcuddur” [8, s. 228]. Təbii ki, bu tipli əsərlər Azərbaycan ədə-
biyyatında da yaradılmışdır. Çağdaş dövrdə yazılan əsərlərdə müha-
ribənin gedişatının təsvirindən daha çox, onun insan taleyində oyna-
dığı amansız rolundan yazılır. Ən yeni tarixin ədalətsiz müharibə-
lərindən biri də Qarabağ müharibəsidir. Bu müharibənin başvermə 
səbəbləri və törədilən qırğınların kökündə dayanan ictimai-siyasi 
prinsipləri böyük ictimai xadim Cavad Heyət belə xarakterizə edir: 


118 
“Əlbəttə ki, Qarabağın işğalı tək erməni qoşununun işi deyil... Bu 
savaş erməni-azəri savaşından çox xristian-müsəlman davası və xaç 
savaşlarının yenidən canlanmasıdır” [9, s. 682]. Elə bu səbəblərdən də 
həmin savaşın əhatə dairəsi daha böyükdür. Neçə illərdir bu savaşın 
bitməməsi artıq dünyanın həlli vacib olan qlobal problemlərindən 
birinə çevrilib. Siyasətçiləri məşğul etdiyi qədər, yazarları da məşğul 
edən bu müharibə ən müxtəlif janrlarda bədii təcəssümünü tapır. 
Bununla belə, poema janrında da, mövzuya kifayət qədər müraciət 
edildiyini görmək olar. “Qarabağ olaylarının bədii təcəssümü, müha-
ribə görüntüləri yaratmaq meyilləri poemada qabarıqlaşır. Son iki ildə 
Qarabağa, milli ağrılarımıza, şəhid obrazlarının təcəssümünə həsr 
olunmuş bir sıra əsərlər var ortada: Ələkbər Salahzadənin “Xocalı 
xəcilləri”, Fikrət Qocanın “Şəhidlər xiyabanı”, Zəlimxan Yaqubun 
“Şuşa”, Ədalət Əsgəroğlunun “Xoca”, gənc şair Ələmdar Cabbarlının 
“Kəlbəcərsiz 19 il”, Musa Ələkbərlinin “Mübariz”, Şahnaz Nəsirlinin 
“Mübariz”, Mahir Cavadoğlunun “Riad” poemaları adından da bəlli 
olduğu kimi müharibə gerçəklərini əks etdirən poemalar sırasındadır” 
[10, s. 61]. Qarabağ müharibəsinin ən müxtəlif səhnələrinin poema-
larda canlandırılmasına kifayət qədər nümunələr gətirmək olar 
Ələmdar Cabbarlının “Kəlbəcər tacıdır Azərbaycanın” poeması 
da yaşanılmış ağrıların təzahür formasıdır. Əsərdə Məmməd Aslan, 
A.Cəmil, X.R.Ulutürk, Dədə Şəmşir, Dədə Ələsgər, Ənvər Rza, Aşıq 
Ədalət, Sücaət, Mirsəyyaf, Bəhmən Vətənoğlu kimi sənətkarların ad-
ları çəkilir. Şairin fikrincə, Kəlbəcərə, eləcə də Qarabağa qayıtmaq 
üçün bütün Azərbaycan sonacan qana-qan deməlidir. “Bu xalqın bu 
boyda dözümü səbri, Dünyanın növbəti möcüzəsidi” misralarında 
üsyankar bir qazilik ruhu hiss olunur. Şairin vətənsizlikdən sarsılmış 
ümidləri poemada ifadəsini belə tapır: 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə