Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə44/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   40   41   42   43   44   45   46   47   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

 
Düşünülmüş planlar, 
Gerçəkləşmiş yalanlar... 
Şahə qalxıb ilanlar, 
Ağla, qərənfil, ağla [4, s. 45]. 
M.Aslan bu qırğının niyəsini də açıqlayır ki, biz haqlı olduğu-
muz üçün bizi qırırlar. Uşaqdan böyüyə hər kəsin öldürülməsi şairi 
heyrətdən dondurur. Bununla belə, o, özünü itirsə də, qaniçənlərdən 
hesabat istəyir. 
Canlardan o səd hanı?! 
Can gedib, cəsəd hanı?! 
Əcəldən fürsət hanı?! 
Ağla, qərənfil, ağla [4, s. 61]. 
Poemanın “Qan götürdü dünyanı...” misralarından bəlli olur ki, 
sonsuz sayda öldürülənlər olub. Lakin onların cəsədlərini də aradan 
götürüblər. Əsərin sonlarına yaxın şair qərənfilə “Al qanıma bat-
mısan” – deyə xəbərdarlıq edir. Hər gözə qərənfil dəyəndə, yada 
yalnız o gecə düşür.
Eşq, sevda giləsiydin, 
Xonçada gələsiydin, 
Toylarda güləsiydin, 
Ağla, qərənfil, ağla [4, s. 81]. 
Finala yaxın şairin qərənfili hər şey üçün ağlamağa çağırmasının 
bircə səbəbi var ki, “Xeyirə şər üstün gəldi” [4, s. 103]. Poemanın da 
mərkəzi yükünü bu üstünlüyün ədalətsizliyinə etiraz missiyası təşkil 
edir. Əsərə diqqətlə nəzər salanda, onun ciddi süjet xəttinə malik, lirik 
olsa da, epik hadisələri sərgiləyən bir poema olduğunu görürük. 
Çağdaş dövrün poemalarında təcəssümünü tapan ictimai-tarixi 
mövzulardan biri 20 Yanvar faciəsidirsə, digəri də Qarabağ müna-
qişəsidir. Elnarə Akimova bu barədə yazır: “Poemalarımızda Qarabağ 
mövzusu, şəhid, şəhid anası obrazı, tarixi yaddaşımızı oyatma, Azər-
baycan tarixinin yazılışına etiraz, tarixi qəhrəmanların obrazlarının 
çağdaş ədəbiyyata gətirilməsi, milli-mənəvi dəyərlərimizin, sərvətləri-
mizin tərənnümü əsas yer tutur” [1, s. 81]. Bu mövzuların aktuallığını 
öz əsərlərində qabardan şairlərdən biri də Qulamrza Səbri Təbrizidir. 
Professor Qara Namazov onun yaradıcılığında vətənin problemlərinə 


116 
toxunulması barədə belə ümumiləşdirmə aparır: “Müəllifin uşaqlar 
üçün yazdığı şeirlərdə Dağlıq Qarabağ dərdi, Xocalı faciəsi, qaçqınlıq, 
köçkünlük və didərginliyin acı, kədərli mənzərəsi, Azərbaycanın 
parçalanması və millətin bütövlük istəyi poetik ifadəsini tapmışdır” [5, 
s. 4]. Eləcə də onun 2008-ci ilin noyabr-dekabr aylarında qələmə 
aldığı “Ruhun tüğyanı” poeması da həmin problemlərin aktuallığına 
həsr olunmuşdur. Otuz üç yarımbaşlıqdan ibarət olan poemanın ilk 
sətirlərindən Azərbaycanın tarixinin çox qədim olması, dünyanın ilk 
mədəniyyətini əski türklərin-şumerlərin beş min il əvvəl yaratması 
qeyd olunur. Türkün qədim mədəniyyətinin yunandan təsirlənməsini 
isbat etmək istəyən türk dünyasının tələbələrinə belə yanlışlığa yol 
verməmələrini tövsiyə edir. Əsərdəki “Səttar xana”, “Bakı-Təbriz”, 
“Ziya Sədrin xatirələrindən”, “Seyid Cəfər Pişəvəriyə”, “Səfərxan 
Qəhrəmaniyə”, “Mərziyə Uskuyiyə”, “Səməd Behrəngiyə”, “Əzizə 
Cəfərzadəyə”, “Savalan”, “Səhənd”, “Ərk qalası”, “Balaş Azəroğlu-
na”, “Əbülfəz Elçibəyə”, “Bütövlük məramı” və s. bölümlərdə Azər-
baycan tarixinin müxtəlif zaman kəsimləri milli düşüncə kontekstində 
gələcək nəsillərə ötürülür. Poemanın son bölümü “İran cəlladlarına 
xitab” adlanır. “Unutmayın sizləri gözləyən Qiyamət gününü Təbriz-
də” [6, s. 214] misralarıyla xəbərdarlıq edilir. İkiyə bölünmüş Azər-
baycanın mərkəzi hesab edilən Təbriz şəhərinin bütövlük simvoluna 
çevriləcəyinə inam yaradır. 
Bu poemada əksini tapan tarixi və ictimai-siyasi hadisələrin 
bədii inikası çağdaş dövr poemalarının əksəriyyətində özünü göstərir. 
Belə ki, vətənimizin ikiyə bölünməsi, torpaqlarımızın itirilməsi, XX 
əsr boyu soydaşlarımızın öz yurd-yuvalarından didərgin salınması 
yazarların mütəmadi olaraq müraciət etdikləri mövzulardandır. Bu 
çətinliklərin bədii ifadəsi digər janrlarda olduğu kimi poema janrında 
da təzahür edir. Köçürülmə və qaçqınlıq mövzusunda qələmə alınmış 
əsərlərə Xasay Qərvəndlinin “Didərginlər”, Kəmaləddin Qədimin 
“Köç”, Musa Urudun “Bu dəstə hara gedir” poemalarını nümunə 
göstərə bilərik. Musa Urudun “Bu dəstə hara gedir” poeması “Etiraf” 
adlı sərlövhə ilə başlayır. Əsərin “Hüseyn kişi” adlanan ikinci bölümü 
onun vətənin tarixi kimi keşməkeşli həyatından bəhs edir. Şair qəh-
rəmanının durumunu belə bir mübaliğəylə canlandırır. “Ağlaya bil-
mədi... əlacsızlıqdan ömrü boyu ağladığı ağlamaq çıxmışdı yadından 
Ağlamağın hər üzünü tanıyan adam möhtac qalmışdı bir hönkürtüyə” 
[7, s. 68]. Sonrakı bölmə “Bu dəstə hara gedir” adıyla təqdim olunur. 
Bu hissədə on səkkizinci ildən üzü bəri yetmiş ildə başımıza gətirilən 
bəlalardan, qırx yeddinci il köçürülməsindən bəhs olunur. Növbəti 


117 
hissə “Üzü didərginliyə”, son bölüm isə “Didərgin qəbri” başlığıyla 
verilib. Narxanım ananın 35 yaşlı oğlu Fəxrəddin həm kar, həm də lal 
idi. Ananı balasını xilas etməyə çovğun, boran, yoxuş, yarğan qoy-
murdu. Ana taqətdən düşüb qar üstə yıxılıb qalanda oğluna dəstədən 
geri qalmamağa, yoluna davam etməyə işarə edir. Lakin əlacsız oğlu 
anasının əllərini toqqasıyla öz ayaqlarına bağlayıb dəstənin arxasınca 
sürünməyə başlayır. Dağın zirvəsində, tanrıya ən yaxın yerdə Fəx-
rəddinin ürəyi partlayır. Bu müsibətin ağrılarını şair belə qələmə alır: 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə